Azərbaycan Respublikası adından Qərar Salyan rayonu İş № 3(5-152)-305/2026 28.03.2026 SALYAN RAYON MƏHKƏMƏSI Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Protokolu tərtib edən orqan böyük icra məmuru İsmayılov Coşqun Əhəd oğlunun, Zərərçəkmiş şəxs Hüseynova (Aslanova) Nigar Kamal qızının, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakları ilə, ##.##.1984-cü ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Salyan rayonu, Həsənli kəndində qeydiyyatda olmaqla Bakı şəhərində kirayə yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs haqqında Protokolu tərtib edən orqan daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Protokolu tərtib edən orqan tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair ## #### 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Salyan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı icra sənədi üzrə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 7920 manat aliment borcunu tələbkar Hüseynova (Aslanova) Nigar Kamal qızına ödəməyib. Məhkəmə iclasında Protokolu tərtib edən orqan böyük icra məmuru İsmayılov Coşqun Əhəd oğlu öz izahatında tərtib etdiyi izibati xəta haqqında protokolu müdafiə edərək, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Hüseynova (Aslanova) Nigar Kamal qızı borclunun aliment borcunu vaxtında ödəmədiyini, sonuncu dəfə 2025-ci ilin oktyabr ayında 300 manat ödəniş etdiyini övladları ilə təsadüfi hallarda maraqlandığını, uşaqların hər hansı digər xərclərinin ödənilməsində iştirak etmədiyini bildirmiş, buna görə də onun barəsində inzibati həbs seçilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, işsiz olduğu üçün tələb olunan borcunu ödəyə bilməmişdir. Hazırda yaşıllaşdırmada fəhlə işləyir. Məhkəmə tərəfindən ona vaxt veriləcəyi təqdirdə qalan borcunu hissə-hissə olmaqla ödəyəcəyinə söz verir. Odur ki, məhkəmədən ona köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs oğlunun İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Salyan rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli icra sənədindən görünür ki, nikah pozulduqdan sonra ##.##.2017-ci il təvəllüdlü X3, ##.##.2019-cu il təvəllüdlü X4 və ##.##.2022-ci il təvəllüdlü X2 iddiaçı Zərərçəkmiş şəxs yanında qalmaları müəyyən edilməsi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yetkinlik yaşına çatmayan ##.##.2017-ci il təvəllüdlü X3, ##.##.2019-cu il təvəllüdlü X4 və ##.##.2022-ci il təvəllüdlü X2 üçün 2024-cü il ölkə üzrə müəyyən edilən minimum əmək haqqına münasibətdə hər uşaq üçün (345x0.44=151,8) müəyyən edilsin. ## ###### 2024-cü il tarixdən başlayaraq ##.##.2017-ci il təvəllüdlü X3, ##.##.2019-cu il təvəllüdlü X4 və ##.##.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Zərərçəkmiş şəxs xeyrinə ölkə üzrə müəyyən edilən minimum əmək haqqının 0.44 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. “İcraata başlamaq haqqında” ##.##.2025-ci il tarixli qərarın surətindən görünür ki, Salyan rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və həmin tarixdə borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Protokolu tərtib edən orqan tərəfindən borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ünvanlanmış ##.##.2025-ci il tarixli bildirişin surətindən görünür ki, Salyan rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2025-ci il tarixli izahatdan görünür ki, icra sənədi barədə xəbərdardır. İcra sənədi üzrə tələbi bu günədək tam şəkildə icra etməməyinin səbəbi işsiz olduğuna görə ödəyə bilməmişdir. İcra sənədi üzrə bu günədək 100 manat ödəmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2025-ci il tarixli izahatdan görünür ki, xəstə olduğuna görə ödəniş edə bilmir. Telefonu sındığına görə icra məmuru ilə əlaqə saxlaya bilməmişdir. Alimenti ödəməkdən qaçmır. Hazırda ödəyə bilmir. 2450 manat hazırda borcu vardır. Çalışacaq ki, hər ay ödəsin. Salyan Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarından görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətə inzibati həbs edilməsi qərara alınmışdır. ##.##.2025-ci tarixli “borclunun axtarışı haqqında” qərarın surətindən görünür ki, borclu, 1984-04-08-cü il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. Borclu Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Protokolu tərtib edən orqan verdiyi ##.##.2026-cı il tarixli izahatın surətindən görünür ki, Salyan rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı icra sənədinə əsasən Familə, Əbülfəz və Sultan adlı uşaqların yetkinlik yaşalrına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilən minimum əmək haqqının 0,44 misli həddində sabit pul məbləğində aliment ondan alınaraq tələbkar Hüseynova (Aslanova) Nigar Kamal qızına ödənilməli olduğunu bilir. Bu gün Protokolu tərtib edən orqan öhdəsində bu günə olan 7920 manat aliment borcunun Hüseynova (Aslanova) Nigar Kaml qızına ödənilməsi ondan tələb olundu. Əks halda barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1- 1-ci maddəsinə əsasən inzibati prototkol tərtib olunub məhkəməyə veriləcəyi ona izah olundu. Qeyd edir ki, öhdəsində olan 7920 manat aliment borcunu nə bu gün, nə də yaxın vaxtda ödəyə bilmir. Lakin hissə-hissə ödəməyə söz vermişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 528.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və II hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş materiallar, icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları ilə sübuta yetirilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin icrasını təmin etməmişdir. Bununla da, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs borcun icra sənədində göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktlarına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, şəxsin dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs heç bir üzrlü səbəb olmadan yuxarıda göstərilən icra sənədi üzrə ödəməli olduğu borcunu ödəməyərək icra vərəqəsini icra etməmiş, bundan boyun qaçırmış, barəsində inzibati tənbeh vermə haqqında qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə borcunu ödəməyərək icra vərəqəsini icra etməmiş, bununla da, o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə işin digər hallarını nəzərə alaraq, onun barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanın pul borcu ilə əlaqədar olduğunu, pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsə inzibati cərimə növündə tənbehin tətbiq edilməsinin lüzumsuz olduğunu və bu tənbehin tətbiqi ilə inzibati tənbehin məqsədlərinə nail olunmasının mümkün olmadığını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş daha yüngül, yəni inzibati cərimə növündə tənbeh tətbiq edilməklə inzibati tənbeh səmərəsiz olmaqla məqsədinə nail oluna bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq onun barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli ## #### 2026-cı il tarixdən, saat 15:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Salyan Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(5-152)-305/2026
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(5-152)-305/2026
28.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver