Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(5-152)-32/2026 23.01.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi X2 iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə 23 yanvar 2026-cı il tarixli, MN 2196861/20 saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən vətəndaş Şəxs xx.xx.2026-cı il tarixdə Salyan şəhəri, Ə.Hüseynov küçəsində ucadan ünvansız nalayiq söyüşlər söymüşdür. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X4 protokolun dəlillərinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, barəsində icraat aparılan şəxs Şəxs barəsində inzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb onun xx.xx.2026-cı il tariuxdə yaşadığı mənzilin qarşısında ucadan nalayiq ifadələr işlətməsi olmuşdur. Bu hərəkətlərinə münasibətdə X3 ilə aralarında mübahisə olmuş və X3 tərəfindən Şəxs maddi zərər vurulmuşdur. Qeyd olunanlara əsasən araşdırma aparılmış və araşdırmanın nəticəsi kimi xx.xx.2026-cı il tarixdə “cinayət işi başlanmasının rədd edilməsi barədə” Salyan RPŞ-nin TBnin təhqiqatçısı Mircəlal Ağalarov tərəfindən müvafiq qərar qəbul edilmişdir. Müvafiq qərara münasibətdə şəxslərin hərərkətlərində inzibati xəta tərkibi olduğundan onların barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün məhkəməyə təqdim edilmişdir. Barəsində izibati xəta haqqında icraat aaparılan Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola münasibətdə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə yaşadığı mənzilin qarşısında digər səbəbdən əsəbi olduğu üçün yüksək səslə danışmışdır. Lakin hər hansı nalayiq və ya qeyrietik ifadələr işlətməmişdir. Onun yüksək səslə danışmasına irad bildirən X3 ilə mübahisələri yaranmışdır və mübahisənin gedişində Aqil Əlsəgərov tərəfindən ona maddi ziyan vurulduğundan bu barədə polisə şikayət ərizəsi ilə müraciət etmişdir. Araşdırma aparılmış və yekunda onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir.Məhkəmədən onun barəsində inzibati həbs növündə olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Sədrlik edən tərəfindən məhkəmə iclasında Şəxs ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə “cinayət işi başlanmasının rədd edilməsi barədə” Salyan RPŞ-nin TB-nin təhqiqatçısı Mircəlal Ağalarov tərəfindən müvafiq qərardan nəzarət qaydasında nə prokurorluğa nə dəki məhəmə nəzarəti qaydasında məhkəməyə şikayət verilməmişdir. Salyan RPŞ-nin TB-nin təhqiqatçısı Mircəlal Ağalarov tərəfindən araşdırma zamanı və yekunda xx.xx.2026-cı il tarixli “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərarda qeyd olunan izahatın onun tərəfindən verildiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X5 izahatında bildirmişdir ki, şəxsin barəsində inzibati həbs növündə olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 23 yanvar 2026-cı il tarixli, MN 2196861/20 saylı protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə Salyan şəhəri, Ə.Hüseynov küçəsində ucadan ünvansız nalayiq söyüşlər söymüşdür. “Cinayət işi başlanmasının rədd edilməsi barədə” 23 yanvar 2026-cı il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-nin 510-cu maddəsinə əsasən inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi üçün qəbul edilmiş qərarın surətinin Salyan RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs və onun müdafiəçisinin izahatları inzibati materialda olan digər sənədlərlə Şəxs tərəfindən İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsindən görünür ki, xırda xuliqanlıq xətasının tərkibinin mövcud olması ictimai qaydanı pozan hərəkətlərin törədilməsi zəruridir. İctimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Həmin qaydaların pozulması nümayişkaranə şəkildə olmalı, yəni subyekt ictimai qaydanı pozmaqla yanaşı bunu cəmiyyətdə və açıq nümayiş etdirməli, əhalinin dincliyi pozulmalıdır. Məhkəməyə təqdim edilmiş inzibati xəta materiallarına əlavə edilmiş Cinayət işi başlanmasının rədd edilməsi barədə” 23 yanvar 2026-cı il tarixli qərarında Şəxs oğu izahatında göstərmişdir ki, 09 yanvar 2026-cı il tarixdə DİN-in "102" Xidməti-X7 və Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. X3 onunla qonşulquda yaşayır. Aqil Ələsgərov ilə arasında heç bir düşmənçilik və ədavət olmamışdır. Münasibətləri normal olmuşdur. Hazırda etibarnamə əsasında idarə etdiyi **-TU-*** dövlət qeydiyyat nömrə nişanlı Azsamand markalı avtomaşını vardır. Avtomaşını kreditlə almışdır. Etibarnamə əsasında idarə edir. 09 yanvar 2026-cı il tarixdə saat təxminən 23 radələrində yaşadığı Ə.Hüseynov küçəsində olan zaman ünvansız nalayiq ifadə işlətmişdir. Onunla qonşulquda yaşayan Aqil ona nalayiq ifadə işlətməməyini demişdir. Aqilə gedib işi ilə məşğul olmasını bildirmişdir. Aqil onun üstünə gələrək sözlü olaraq mübahisə baş etməyə başlamışdır. Həmin sözlü mübahisə zamanı atası oraya gələrək, onları ayırmışdır. Yaşadığı evin həyətyanı sahəsinə getmiş və küçəyə çıxan zaman Aqilin ona məxsus olan avtomaşına minməsini görmüşdür. Onu sürmək istəyən zaman atası avtomaşını söndürmüşdür. Aqil də avtomaşının açarını götürüb yerə çırparaq sındırmışdır. Dərhal bu barədə DİN-in "102" Xidməti-X7 müraciət etmişdir. Belə ki, ona məxsus olan avtomaşının açarının yararsız hala düşməsi nəticəsində 300 manat maddi ziyan dəymişdir. Məhkəmə hazırda qeyd etməyi zəruri hesab edir ki, barəsində icraat aparılan şəxs Şəxs məhkəmə iclasında xx.xx.2026-cı il tarixdə yaşadığı binanın qarşısında nalayiq ifadələr işlətmədiyini bildirsə də, Salyan RPŞ-nin TB-nin təhqiqatçısı Mircəlal Ağalarov tərəfindən aparılan araşdırma zamanı izahatında nalayiq ifadələr işlətdiyini bildirmişdir. Həmçinin məhkəmə iclasında ona ünvanlanan suallara cavabında qeyd etmişdir ki, həmin izahat onun tərəfindən verilmiş və qəbul edilmiş müvafiq “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərardan şikayət verməmişdir. Məhkəmə barəsində icraat aparılan şəxs Şəxs bildirdiklərinə məcmu halında qiymət verərək, qeyd edir ki, şəxsin inzibati xəta törətməsi iş materiallarında olan sənədlərlə və proses iştirakçılarının izahatları ilə öz təsdiqini tapır. Odur ki, məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, Şəxs İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hüdudları daxilində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 100 (yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim Rüstəm Alıyev
Məhkəmə qərarları › İş №3(5-152)-32/2026
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(5-152)-32/2026
23.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver