Məhkəmə qərarları › İş №3(5-152)-43/2026

Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(5-152)-43/2026

26.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(5-152)-43/2026 26.01.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Mən, Salyan rayon məhkəməsinin hakimi X4, "xxxx" MMC-nin direktoru X2 tərəfindən X3 Xidməti Şirvan-Salyan regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarın ləğvi barədə verilmiş ərizəyə (şikayətə) baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: "xxxx" MMC-nin direktoru X2 tərəfindən X3 Xidməti Şirvan-Salyan regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarın ləğvi barədə verilmiş ərizə (şikayət) ilə məhkəməyə müraciət etmişdir. Həmin ərizə (şikayət) xx.xx.2026-cı il tarixdə Salyan rayon məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli qərarla "xxxx" MMC-dən müvafiq sənədlərin təqdim edilməsi üçün X3 Xidmətinin Şirvan-Salyan regional şöbəsi tərəfindən məktublar göndərilsədə lakin MMC tərəfindən təqdim edilməməsi səbəbilə İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin tələbinin pozulması ilə bağlı vəzifəli şəxs kimi barəmdə 1100 (bir min bir yüz) manat məbləğində inzibati cərimənin tətbiq edilməsi müəyyən olunmuşdur. Lakin, qeyd olunan qərar qanunvericiliyin tələblərinə uyğun olaraq mənə rəsmi qaydada təqdim edilməmiş və barəsində inzibati icraat aparılması və qəbul edilmiş qərar barədə vaxtında və düzgün məlumatlandırma aparılmamışdır. Yalnız xx.xx.2026-cı il tarixində MN ******* saylı İnzibati tənbeh vermə haqqında qərar tərəflərinə çatdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, inzibati tənbeh haqqında qərar barəsində çıxarılan şəxsə dərhal və ya qanunla müəyyən olunmuş qaydada təqdim edilməli və bununla da şəxsə müdafiə hüququnun həyata keçirilmsi üçün real imkan yaradılmalıdır. Həmçinin Müfəttişliyin tələb etdiyi sənədlərlə bağlı sorğu və protokolun tərtib edilməsi ilə bağlı dəvət məktubu tərəflərinə vaxtında göndərilməmiş və vaxtında məlumatlandırılmamış və nəticə etibarilə, inzibati xətanın törədilməsinə əsas olmuş halın qanunla tələb olunan qaydada və müddətdə aradan qaldırılması mümkün olmamışdır. Göstərilənlər isə inzibati icraatın prosessual normalarının kobud pozuntusu olmaqla yanaşı, qəbul edilmiş şərti inzibati təhbehin qanunsuzluğuna və əsassızlığına səbəb olmuşdur. Əlavə olaraq Müfəttişlik tərəfindən qeyd olunan inzibati xətanın törədilməsinə dair vəzifəli şəxslə eyni zamanda hüquqi şəxs barəsində inzibati tənbehin tətbiq edilməsi üçün MN seriylı ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokol tərtib edərək məhkəməyə göndərilmişdir. Həmin protokola dair Salyan rayon Məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixli Qərardad qəbul edilmişdir. Qərardada əsasən, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs "xxxx" MMC Azərbaycan Respublikasının İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və şərti olaraq 2000 (iki min) manat məbləğində cərimə edilsin. "xxxx" MMC-nin törətdiyi hüquqpozmanın aradan qaldırılması üçün bir ay müddət müəyyən edilmişdir. Həmin müddətdə qərarda əksini tapmış hüquqpozmanın aradan qaldırılmaqla bu müddət ərzində məhkəməyə məlumat verilməsi qeyd edilmişdir. Ərizənin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 127-4.1-ci maddəsinə əsasən, barəsində bu Məcəllənin 127-3.2ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmış fiziki şəxs və ya vəzifəli şəxs qərarla razılaşmadığı hallarda həmin qərar ona bu Məcəllənin 57-ci maddəsi ilə müəyyən olunmuş rəsmi qaydada verildiyi vaxtdan iyirmi gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət verə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə elektron qaydada göndərilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci və 127-4.1ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. İş materiallarından göründüyü kimi, "xxxx" MMC-nin direktoru X2 yuxarıda göstərilən məlum qərardan şikayət vermək üçün qanunla müəyyən edilmiş müddəti ötürmüş, lakin həmin müddətin bərpasına dair vəsatətlə qərarı qəbul etmiş orqana və ya məhkəməyə müraciət etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırkı şikayətə mahiyyəti üzrə baxılaraq qərar qəbul edilməsi mümkün deyildir. Odur ki, şikayət geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC-nin direktoru X2 yuxarıda göstərilən məlum qərarın surətinin xx.xx.2026-cı il tarixdə ona təqdim olunduğunu göstərsə də, bu barədə şikayət ərizəsinə heç bir sənəd əlavə etməmişdir. Bununla da onun hazırki şikayəti qanunla müəyyən olunmuş müddət daxilində verməsi öz təsdiqini tapmır, əksinə onun şikayət vermək üçün qanunla müəyyən olunmuş müddəti ötürməsi müəyyən olunur. Eyni zamanda, "xxxx" MMC-nin direktoru X1 izah etməyi zəruri hesab edirəm ki, X3 Xidməti Şirvan-Salyan regional şöbəsinin inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddətinin bərpası barədə vəsatətlə həmin orqana və ya məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İM: "xxxx" MMC-nin direktoru X2 barəsində X3 Xidməti Şirvan-Salyan regional şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarından verilmiş şikayət və ona əlavə olunmuş sənədlər X1 geri qaytarılsın. "xxxx" MMC-nin direktoru X2 barəsində X3 Xidməti Şirvan-Salyan regional şöbəsinin “inzibati tənbeh vermə” haqqında qərarından şikayət vermə müddətinin bərpası barədə vəsatətlə həmin orqana və ya məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar