Məhkəmə qərarları › İş №3(5-152)-45/2026

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(5-152)-45/2026

25.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(5-152)-45/2026 25.02.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Dadaşov Cavid Zeydulla oğlunun katibliyi, X1 iştirakı ilə, xx.xx.1960-cı il tarixdə Salyan rayonu, Dayıkənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Salyan rayonu, Dayıkənd kəndində qeydiyyatda olmaqla yaşayan X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 10-cu X9 Xidməti inspektoru, polis baş serjantı X3 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 10-cu X9 Xidməti inspektoru, polis baş serjantı X3 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qərarın ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixində keçirilən iclasında iştirak edən X4 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 10-cu X9 Xidməti inspektoru, polis baş serjantı X3 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli qərarı tamamilə qanunsuzdur. Belə ki, Salyan Rayon Məhkəməsinin 3(057)-1083/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə onun tərəfindən verilmiş vəsatət təmin edilmiş və onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək, barəsində nəqliyyat vasitələrini idarə etmək hüququnun 06 ay müddətinə məhdudlaşdırılmasına dair Salyan Rayon Məhkəməsinin 3(057)-1083/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına xitam verilmişdir. Müvafiq qərardan apellyasiya qaydasında şikayət verilmədiyindən qanuni qüvvəsini almış və icra olunması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə göndərilmişdir. Lakin qeyd olunan bu hallara baxmayaraq, xx.xx.2026-cı il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 10-cu X9 Xidməti inspektoru, polis baş serjantı X3 tərəfindən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi əsası ilə inzibati xəta haqqında qərar qəbul edilərək, 400 manat məbləğində cərimə edilmişdir. Halbuki Salyan Rayon Məhkəməsinin müvafiq qərarı ilə onun nəqliyyat vasitəsini idarə etmək hüququnu məhdudlaşdırımasına dair inzibati iş üzrə icraata xitam verilmişdir. Bu səbəbdən onun barəsində sonradan nəqliyyat vasitəsini idarəetmək hüququ olmayan şəxs kimi inzibati məsulyyətə cəlb olunaraq, inzibati qaydada cərimə olunması qanunsuz olmuşdur. Qeyd etdiklərinin nəzərə alınaraq, onun barəsində qəbul edilmiş inzibati xəta haqqında inzibati qərarın ləğv olunaraq, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Daxili İşlər Nazirliyi BDYPİ-nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə hazırki inzibati qərarın ləğv edilməsi barədə materiala dair işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Salyan Rayon Məhkəməsinin 3(057)-1083/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X4 tərəfindən verilmiş vəsatətin təmin edilməsi və X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək, barəsində nəqliyyat vasitələrini idarə etmək hüququnun 06 ay müddətinə məhdudlaşdırılmasına dair Salyan Rayon Məhkəməsinin 3(057)-1083/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına xitam verilməsi qərara alınmışdır. Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubu ilə Salyan Rayon Məhkəməsinin 3(057)-1083/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı icra edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə göndərilmiş vəxx.xx.2026cı il tarixində saat 15:59-da ünvana çatdırılmışdır. (Sənədin qeydiyyat İD-si - **********68680) AR DİN Baş X8i İdarəsinin 10-cu X9 Xidməti inspektoru, polis baş serjantı X3 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli qərarından görünür ki, xx.xx.2026-cı il tarixində, saat 12:17-də Salyan rayonu, Dayıkənd kəndində qeydiyyatda olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 barəsində tərtib edilmiş xx.xx.2026-cı il tarixli İXP ******* nömrəli protokol tərtib olunmuş və həmin protokolun əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, 400 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. 114.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: - 114.1.1. inzibati tənbeh vermə haqqında; - 114.1.2. inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; - 114.1.3. inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; - 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 125.2-ci maddəsinə əsasən inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: 125.2.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir; 125.2.2-ci maddəsinə əsasən, eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir; 125.2.3-cü maddəsinə əsasən, inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. 332.2-ci maddəsinə əsasən, Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir. 332.3-cü maddəsinə əsasən,Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsi”nə dair 11 noyabr 2021-ci il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsində göstərilən “inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar” müddəasının həmin Məcəllənin 53-cü maddəsində müəyyən edilmiş halları ehtiva edib-etməməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsində nəzərdə tutulmuş qeyd edilən müddəanın həmin Məcəllənin 53-cü maddəsində müəyyən edilmiş inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların bir qismini ehtiva etməsi mümkündür. Bu səbəbdən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxmağa hazırlıq mərhələsində İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsi ilə müəyyən edilmiş icraatı rədd edən hallardan mahiyyəti üzrə işə baxılmanı və sübutların qiymətləndirilməsini tələb etməyən hallar müəyyən olunarsa, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməlidir. Məhkəmə, inzibati araşdırmanı həyata keçirən səlahiyyətli orqanın vəzifəli şəxsinin inzibati xəta hadisəsini müəyyən edib-etməməsi və inzibati xətanın tərkib əlamətlərinə dəlalət edən halları müəyyən etməsi üçün faktiki olaraq təqsirli hesab etdiyi şəxsə inzibati xətanın törədilməsi haqqında protokolun əsasında qərarın qəbul edilməsi mərhələsində işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmaması səbəbindən yalnızca hazırda barəsində icraat aparılan X1 inzibati məsuliyyətə cəlb edilməsi barədə protokol tərtib edilməsi ilə kifayətlənmiş, yekun olaraq araşdırmanın formal olaraq aparılıb qərar qəbul etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 10-cu X9 Xidməti inspektoru, polis baş serjantı X3 tərəfindən inzibati məsuliyyətə cəlb edilmiş X2 vəsatəti əsasında qəbul edilmiş Salyan Rayon Məhkəməsinin 3(057)-1083/2025 saylı, xx.xx.2025ci il tarixli qərarını nəzərə almadan, şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə onun barəsində inzibati tənbeh vermə haqqında qəbul etmişdir. Belə ki, İnzibati xəta haqqında qərarın qəbul olunmasına əsas nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs, yəni X4 tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi olmuşdur. Lakin onun vəsatəti əsasında qəbul edilmiş Salyan Rayon Məhkəməsinin 3(057)- 1083/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə onun barəsində nəqliyyat vasitələrini idarə etmək hüququnun 06 ay müddətinə məhdudlaşdırılmasına dair Salyan Rayon Məhkəməsinin 3(057)-1083/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına xitam verilməsi nəzərə alınmamışdır. Bununla da, X2 inzibati məsuliyyətə cəlb edilməsi zamanı səlahiyyətli şəxs, yəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 10cu X9 Xidməti inspektoru, polis baş serjantı X3 tərəfindən İXM-nin 135.1.5-1-ci maddəsinin tələblərinə əməl edilmədən müvafiq qərar qəbul edildiyi müəyyən olunur. İXM-in 135.1.5-1ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması qərarın ləğv edilməsi üçün əsasdır. Təqsirliliyi sübut etmə yükü məhkəmənin və ya barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin üzərinə düşmür. Bu yük protokolu tərtib etmiş və onun əsasında müvafiq qərar qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Məhkəmə şikayətin inzibati xəta haqqında iş üzrə icraata xitam verməklə inzibati məsuliyyətə cəlb edilməsindən azad edilməsi barədə dəlili üzrə qeyd edir ki, AR İXM-in 135.1.5-1-ci maddəsinin tələblərini pozulmaqla aparıldığı araşdırma nəticəsində şəxsin inzibati məsuliyyətə cəlb olunması qanuni və əsaslı hesab oluna bilmədiyindən hazırki X4 tərəfindən verilmiş şikayət təmmin olunmaqla, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata İXM-in 53.1.1-ci maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 134.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 135.1.5-1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması qərarın ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə işin hallarını tam və hərtərəfli araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, tərtib olunmuş protokol əsasında qəbul edimiş qərar qanunvericiliyin tələblərini pozulmaqla inzibati xəta haqqında işə baxıldığından, şikayət təmin edilməli, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 10-cu X9 Xidməti inspektoru, polis baş serjantı X3 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli qərar ləğv edilməli və inzibati iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinin tələbinə əsasən xitam verilməlidir. Bu səbəbdən yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: X2 şikayəti təmin edilsin. X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 10-cu X9 Xidməti inspektoru, polis baş serjantı X3 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli qərar ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinin tələbinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Sədrlik edən: Rüstəm Alıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar