Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(5-152)-48/2026 28.01.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Salyan Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Salyan rayonunda kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olan xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli və xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan Rayon Polis Şöbəsinin İTB tərəfindən Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli və Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokollardan və ona əlavə olunmuş sənədlərdən görünür ki, vətəndaş Şəxs xx.xx.2025-cı il tarixdə saat T.Davudzadə küçəsində ucadan ünvansız nalayiq söyüşlər söymüş, həmçinin polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Nəticədə onun tərəfindən Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Salyan Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X3 tərtib olunmuş inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə o, işlədiyi Salyan rayonunda Neftçala rayonun Surra kəndinə gündəlik marşurut xətti üzrə yolda olarkən Salyan şəhəri X.R.Ulutürk küçəsində qarşısında əvvəllərdən tanımadığı ondan 2 maşın qabaqdan markasını bilmədiyi maşın yolun ortasında saxlayıb yolu kəsdiyi üçün maşının siqnalını vurduqda və işıqla işarə edib həmin sürücüdən maşını kənara çəkməyini istəmişdir. Bu zaman sürücü onun avtobusuna yaxınlaşaraq ona öz iradəsini bildirdikdə o, həddən artıq əsəbi olduğu üçün bilməyərəkdən onunla mübahisə edib telefonu vasitəsilə onu videoya çəkmişdir. Sonradan ordan sürüb getdikdən sonra həmin videodan sürücünün şəklini çəkərək “Whatsapp” sosial şəbəkəsində status bölməsində şəkilin altında təhqiramiz ifadələr işlədərək həmin şəkili paylaşmışdır. xx.xx.2026-cı il tarixdə səhər 08:40 radələrində Salyan Rayon Polis Şöbəsinin əməkdaşları onu Salyan Rayon Polis Şöbəsinə dəvət etmiş, o da gəlmişdir. Əməlindən peşman olduğunu, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X5 ifadəsində bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə istirahətdə olduğu zaman həmin gün saat təxminən 12 radələrində öz şəxsi avtomobililə Salyan şəhəri, X.R.Ulutürk küçəsində hərəkətdə olan zaman yolun kənarındakı aptekdən dərman almaq üçün dönmə işıq siqnalından istifadə etməklə avtomobilini saxlamaq istəyərkən, yolun hərəkət hissəsində hərəkətdə olan bir mikroavtobus sürücüsü arxadan siqnal verərək avtomobilini saxlamağa mane oldu. O, avtomobildən düşüb həmin sürücünün etdiyi hərəkətin səbəbini soruşmaq istəyərkən sürücü mikroavtobusdakı digər sərnişinlərin yanında uca səslə ona qışqıraraq maşını saxlamağa öz etirazını bildirib, onu öz telefonu ilə videoya çəkməyə başladı. Həmin vaxt o, ailə üzvlərilə birgə olduğu üçün mikroavtobus sürücüsünü sakitləşdirməyə çalışmış və yoluna davam etmişdir. xx.xx.2026-cı il tarixdə tanışlarından bir nəfər onun mobil telefonuna zəng edərək mikroavtobus sürücüsü Rəhman adlı şəxsin onun şəklini öz Whatsapp mobil tətbiqinin statusunda paylaşıb şəklin altına qeyri-etik ifadə yazmasını bildirmiş və həmin görüntünü ona göndərmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X4 ifadəsində bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə səhər saat 08:40 radələrində Salyan şəhəri, T.Davudzadə küçəsində Salyan RPŞ-nın Salyan RPŞ-nin PPX-nin polis nəfəri, polis serjantı Əlvan Abasovun yazmış olduğu raportun icrası ilə bağlı Mercedes 601 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs Salyan RPŞ-nə gətirilməsi üçün dəvət etsələr də, həmin şəxs onlarla sözlü mübahisə yaradaraq ucadan ünvansız nalayiq söyüşlər söymüş, onlar onu nizam intizama dəvət etsələrdə o yenə öz hərəkətlərinə davam edib polisin qanuni tələbinə tabe olmadı. Bu səbəbdən onlar Salyan Rayon Polis Şöbəsinin İTB-nin polis nəfəri, polis serjantı Toğrul Həsənov ilə birlikdə Şəxs RPŞ-nə gətirdilər. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, şahid ifadələri və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli qərardaddan görünür ki, Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh növü məhkəmə səlahiyyətinə aid olduğu üçün Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və digər materiallar baxılması üçün aidiyyəti üzrə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs xx.xx.2025-cı il tarixdə saat T.Davudzadə küçəsində ucadan ünvansız nalayiq söyüşlər söymüşdür. xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs xx.xx.2025-cı il tarixdə saat T.Davudzadə küçəsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahənin polis nəfəri, polis serjantı Toğrul Həsənovun tərtib etdiyi xx.xx.2026-cı il tarixli raportdan görünür ki, xx.xx.2026-cı il tarixdə saat 08:40 radələrində Salyan şəhəri T.Davudzadə küçəsində Salyan RPŞ-nin CAB-ın əməliyyyat müvəkkili polis leytenantı Sabir Babayevlə birlikdə xidmətdə olduqları vaxt xx.xx.2026-cı il tarixli 3-13104/1-2524/26 nömrəli raportun icrası ilə əlaqədar “Mercedes” 601 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs Salyan RPŞ-nə dəvət etsələrdə o, onlarla sözlü mübahisə etməyə başladı. Onu nizam intizama dəvət edib, etdiyi əməlin qanun pozuntusu olması ilə əlaqədar hüquqi izahlar versələrdə, lakin o, uca səslə əhalinin sıx toplaşdığı yerdə ünvansız nalayiq ifadələr işlədib öz hərəkətlərini qərəzli şəkildə davam etdirərək polisin qanuni tələbinə qəsdən tabe olmadı. Belə olduğunu görüb həmin şəxs barəsində qanuni tədbir görülməsi məqsədilə onu Salyan rayon Polis Şöbəsinə gətirdilər. Salyan Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı Əlvan Abasovun tərtib etdiyi xx.xx.2026-cı il tarixli raportdan görünür ki, xx.xx.2026-cı il tarixdə istirahətdə olduğu zaman həmin gün saat təxminən 12 radələrində öz şəxsi avtomobiliylə Salyan şəhəri, X.R.Ulutürk küçəsində hərəkətdə olan zaman yolun kənarındakı aptekdən dərman almaq üçün dönmə işıq siqnalından istifadə etməklə avtomobilini saxlamaq istəyərkən, yolun hərəkət hissəsində hərəkətdə olan bir mikroavtobus sürücüsü arxadan siqnal verərək avtomobilini saxlamağa mane oldu. O avtomobildən düşüb həmin sürücünün etdiyi hərəkətin səbəbini soruşmaq istəyərkən sürücü mikroavtobusdakı digər sərnişinlərin yanında uca səslə ona qışqıraraq maşını saxlamağa öz etirazını bildirib onu öz telefonu ilə videoya çəkməyə başladı. Həmin vaxt o ailə üzvləriylə birgə olduğu üçün mikroavtobus sürücüsünü sakitləşdirməyə çalışdı və o yoluna davam etdi. xx.xx.2026-cı il tarixdə tanışlarından bir nəfər onun mobil telefonuna zəng edərək mikroavtobus sürücüsü Rəhman adlı şəxsin onun şəklini öz Whatsapp mobil tətbiqinin statusunda paylaşıb şəklin altına qeyri-etik ifadə yazmasını bildirmiş və həmin görüntünü ona göndərmişdir. Sonradan məlum olmuşdur ki, həmin Rəhman adlı şəxs xx.xx.1991-ci ildə ünvan 2 ünvanında yaşayan Şəxsdur. Salyan Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili X2 izahatından görünür ki, xx.xx.2026-cı il tarixdə səhər saat 08:40 radələrində Salyan şəhəri, T.Davudzadə küçəsində Salyan RPŞ-nin PPX-nin polis nəfəri, polis serjantı Əlvan Abasovun yazmış olduğu raportun icrası ilə bağlı Mercedes 601 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs Salyan RPŞ-nə gətirilməsi üçün dəvət etsələrdə, həmin şəxs onlarla sözlü mübahisə yaradaraq ucadan ünvansız nalayiq söyüşlər söymüş, onlar onu nizam intizama dəvət etsələrdə o yenə öz hərəkətlərinə davam edib polisin qanuni tələbinə tabe olmadı. Bu səbəbdən onlar Salyan Rayon Polis Şöbəsinin İTB-nin polis nəfəri, polis serjantı Toğrul Həsənov ilə birlikdə Şəxs RPŞ-nə gətirdilər. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Buna görə də o, həmin maddələrlə təqsirli bilinməli, lakin aşağıdakı əsaslara görə onun barəsində həmin xətalardan daha ciddi xətaya görə, yəni İXM-nin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məhkəmə onun əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzər alır, ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə işin digər hallarını nəzərə alaraq, onun barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmirəm ki, həmin şəxsin barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab edirəm. Hesab edirəm ki, tətbiq olunacaq inzibati həbs növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, İXM-nin 535.1ci maddəsi ilə 10 (on) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 28 yanvar 2026-cı il tarixdən, saat 16:45-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Salyan Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(5-152)-48/2026
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(5-152)-48/2026
28.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver