Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(5-152)-5/2026 07.01.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə xx.xx.1993-cü ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Salyan rayonu, Xalac kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Sabunçu rayonu Qaraçuxur qəsəbəsi nömrəsiz fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olan 07 yanvar 2026-cı il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Salyan Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 07 yanvar 2026-cı il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 07 yanvar 2026-cı il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(057)-1594/2023 saylı icra sənədi üzrə borc məbləğini tələbkar Zərərçəkmiş şəxs oğlluna ödəməmişdir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərdi ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Salyan Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən olunmuş borc məbləğini uzun müddətdir ödəmədiyinə görə protokolda qeyd olunan məbləğdə borcu yaranmış və ödəyə bilməməsini tələbkara hər hansı borcunun olmaması və işsiz olması ilə əlaqələndirmişdir. Borclu ilə onun istifadəsində olan mobil telefonla əlaqə yaradılmasına və yaşadığı ünvana bildirişlər göndərilməsinə baxmayaraq, onun icra şöbəsinə gəlməsi barədə tədbirlər nəticəsiz olmuşdur. Həmçinin müvafiq tarixlərdə Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib və 500 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərardadı ilə borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclunun barəsində xx.xx.2025-ci il tarixində 720247 saylı nömrəli axtarış işi açılmış və borclu Şəxs xx.xx.2026-cı il tarixdə axtarışda olan Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq İcra və Probasiya Şöbəsinə təhvil verilmişdir. Hazırda icra sənədi üzrə bügünədək hər hansı bir ödəniş etməmişdir. Məhkəmədən inzibati xəta haqqında tərtib olunmuş protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, o, barəsində axtarış olması ilə əlaqədar qərarın olmasından xəbərsiz olmuşdur. xx.xx.2026-cı il tarixdə Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ona məlumat verildikdən sonra, İcra Şöbəsinə yaxınlaşmışdır. Salyan Rayon Məhkəməsinin qətnaməsi və onun əsasında verilmiş icra vərəqəsi ilə, həmçinin icraata başlamaq və icranın könüllü icra olunması ilə bağlı bildirişlə tanışdır. Həmçinin borclu bildirmişdir ki, maddi vəziyyətində olan sıxıntılar səbəbindən ödənişlər edə bilmir. Həmçinin bildirmişdir ki, onun tələbkara hər hansı borcu yoxdur və qətnamədən xəbərsiz olmuşdur. Məhkəmədən onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, qətnamədən sonradan xəbəri olsa da savadsızlıq səbəbindən həmin qətnamədən apellyasiya şikayəti verməmişdir. Həmçinin ona ünvanlanan digər suala cavab olaraq bildirmişdir ki, daha əvvəlki tarixlərdə İXM-in 528-ci maddəsində nəzərdə tutulan inzibati xətanən törədilməsi ilə bağlı inzibati məsuliyyətə cəlb olunmuş və onun barəsində 500 manat məbləğində cərimə növündə inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını və çıxışlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri olması tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Salyan Rayon Məhkəməsinin 2(057)-1594/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdehlər X2 və Şəxs müştərək qaydada 3650 (üç min altı yüz əlli) manat məbləğində maddi zərər alınaraq iddiaçıya ödənilməsi cavabdehlər X2 və Şəxs 56.50 (əlli altı manat əlli qəpik) manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. “İcraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Salyan rayon Məhkəməsinin 2(057)-1594/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsi əsasında iş üzrə icraata başlanılmışdır. Qərar borcluya rəsmi qaydada təqdim edilmişdir. Salyan rayon icra və probasiya şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, Salyan rayon Məhkəməsinin 2(057)- 1594/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. Bildiriş borcluya rəsmi qaydada təqdim edilmişdir. “Borclunun axtarılması barədə” xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, borclu xx.xx.1993-cü ildə Salyan rayonunda doğulmuş və Salyan rayonu Xalac kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. Salyan Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-13-104/2-34749/2024 saylı məktubunun surətindən görünür ki, borclu Şəxs barəsində müvafiq tədbirlərin görülməsi üçün Salyan rayon icra və probasiya şöbəsinə təqdim olunmuşdur. Salyan Rayon Məhkəməsinin 3(057)-1041/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və 500 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qərarı alınmışdır. Salyan Rayon Məhkəməsinin 8(057)-902/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Salyan rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş təqdimat təmin olunmuş və Salyan Rayon Məhkəməsinin 2(057)-1594/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə xx.xx.1993-cü ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Salyan rayonu, Xalac kəndində qeydiyyatda olan borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Salyan rayon icra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli “İcra sənədinin qaytarılması haqqında” Qərarından görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)- 1594/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi Salyan Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Salyan Rayon Məhkəməsinin 8(057)-902/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, ərizəçi Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayət təmin edilmiş, Salyan Rayon Məhkəməsinin 2(057)-1594/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə “İcra sənədinin qaytarılması haqqında” Salyan rayon icra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır. Salyan rayon icra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli “borclunun axtarışı haqqında” Qərarından görünür ki, xx.xx.1993-cü ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Salyan rayonu, Xalac kəndində qeydiyyatda olan borclu Şəxs axtarışının elan olunması və qərarın icra olunması üçün Salya rayon Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır. Salyan Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1993-cü ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Salyan rayonu, Xalac kəndində qeydiyyatda olan borclu Şəxs barəsində xx.xx.2025-ci il tarixində 720247 saylı nömrəli axtarış işi açılmışdır. Azərbaycan respublikası Ədliyyə Nazirliyi “Elektron icra” informasiya sistemindən əldə edilmiş məlumatlarla müəyyən olunur ki, xx.xx.1993-cü ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Salyan rayonu, Xalac kəndində qeydiyyatda olan borclu Şəxs əmlak və gəlir məlumatları barədə hər hansı məlumat tapılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 12.2-ci maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə 03 (üç) ay müddətinədək müəyyən olunur və tətbiq edilir. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. 106.0.1. işin baxılması onun səlahiyyətinə aiddirmi; 106.0.2. işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; 106.0.3. inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; 106.0.4. işin icraatını rədd edən hallar mövcuddurmu; 106.0.5. mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; 106.0.6. işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; 106.0.7. iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsində göstərildiyi kimi, “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”. 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. 84.1-ci maddəsinin tələblərinə görə, “icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.İcra sənədinin icra olunmamasını nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada aşağı həddə inzibati həbs tənbeh tətbiq etməklə İXM-in 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkünsüzdür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, borclu qətnamə ilə müəyyən olunmuş borcunu ödəmir. Borclu bu günədək həmin borcundan ümumiyyətlə ödənişlər etməmişdir. Borclunun barəsində daha əvvəllər də İXM-in 528.1-ci maddəsinə nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə protokolun tərtib olunması və həmin protokolda nəzərdə tutulan inzibati xətanın tötədilməsində təqsirli hesab olunmasından və həmin maddəinin sanskiyasında nəzərdə tutulan ən aşağı növdə olan inzibati tənbeh tədbirindən nəticə çıxarmamış və həmin müddətdən bugünədək ümumiyyətlə hər hansı ödəniş etməmişdir. Həmçinin borclunun barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi səmərəsiz olacaq və barəsində inzibati xətaq haqqında icraat aparılan şəxsin şəxsiyyətinə uyğun olmayan bir tənbeh tədbiri olacaqdır. Həmçinin onun maddi vəziyyətini pisləşdirməklə bərabər daha da maddi yüklənməsi ilə nəticələnəcəkdir. Digər aspektdən yanaşan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, borclunun cərimə olunaraq müəyyən məbləğdə əvəzsiz olaraq dövlət büdcəsinə müəyyən məbləğdə ödəniş etməsi, hazırda protokolun tərtib olunmasına səbəb olan borcuna yönəlik ödənişlərin edilməsini maddi çətinlik nəticəsində daha da mümkünsüz edəcəkdir. Borclu barəsində mütənasib olmayan inzibati tənbehin tətbiq edilməsinə gətirib çıxaracaq və tələbkarın mənafeyinin pozulması ilə nəticələnəcdir. Ona görə də, məhkəmə Şəxs barəsində aşağı həddə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq sayır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədini qərəzli olaraq təmin etmədiyini, şəxsiyyətini və işin hallarını nəzərə alaraq hesab edir ki, İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və İXM-in 40, 43, 48-51, 61, 114, 115 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlanmanın əvvəli 07 yanvar 2026-cı il tarixdə, saat 14:30-dan hesablansın. Şəxs Salyan RPŞ tərəfindən müəyyən edilən yerdə mühafizə altında inzibati həbsdə saxlanılsın. İcra sənədi üzrə borclu Şəxs nəzərinə çatdırılsın ki, icra sənədi üzrə borcunu üzrsüz səbəblərdən ödəməyəcəyi təqdirdə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin tələbinə əsasən onun təkrarən inzibati məsuliyyətə və ya cinayət məsuliyyətinə cəlb olunacağı barədə müvafiq tədbirlər görüləcəkdir. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi və ya inzibati həbsdə saxlandığı yer vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rüstəm Alıyev
Məhkəmə qərarları › İş №3(5-152)-5/2026
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(5-152)-5/2026
07.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver