Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(5-152)-73/2026 05.02.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Neftçala rayonu, İ Qaralı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 04 fevral 2026-cı il tarixli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün inzibati xəta törədən şəxslə birlikdə 05 fevral 2026-cı il tarixdə məhkəməyə gətirilmişdir. İnzibati xəta haqqında MN seriyalı 2196878/42 nömrəli, 04 fevral 2026-cı il tarixli protokolda göstərilir ki, vətəndaş Şəxs xx.xx.2026-cı il tarixdə saat 18 radələrində Salyan RPŞ-nin inzibati binasının arxa qapısında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında MN seriyalı 2196877/43 nömrəli, 04 fevral 2026-cı il tarixli protokolda göstərilir ki, vətandaş Şəxs xx.xx.2026-cı il tarixdə saat 18 radələrində Salyan RPŞ-nin inzibati binasının arxa qapısında uca səslə səs-küy salaraq xırda xuliqanlıq inzibati xətasını törətmişdir. Qeyd olunan faktlarla əlaqədar Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2 tərəfindən Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə 04 fevral 2026-cı il tarixli, MN № 2196878/42 və MN № 2196877/43 saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2 bildirmişdir ki, xx.xx.2026-cı il tarixində saat 18:30 radələrində İnzibati binanın 2 saylı stasionar postunda PPXB-nin polis nəfəri, polis baş serjantı Eldəniz Ağaşov ilə birlikdə xidmətdə olarkən 4 nəfər şəxsin ucadan ünvansız nalayiq söyüşlər söyərək onların xidmət apardığı posta yaxınlaşıb, DYPB-nə gətirilmiş Elnur adlı şəxsin yaxınları olduqlarını söyləyərək onun yanına, yəni inzibati binaya girmək istədiklərini bildirmişlər. Onların həmin şəxslə qohumluq və ya digər şəkildə əlaqəli şəxs olmaması səbəbindən inzibati binaya buraxılmayacaqları ilə bağlı xəbərdar olunmuşlar. Daha sonra həmin şəxslərdən Fərid adlı vətəndaş polis əməkdaşı ilə mübahisə etmiş və daha sonra Şəxs da həmin mübahisəyə qoşulmuşdur. Daha sonra polis əməkdaşı həmin şəxslərə yaxınlaşaraq, bu hərəkətlərinə davam edəcəkləri təqdirdə inzibati məsuliyyətə cəlb olunacaqları barədə xəbərdar etmişdir. Lakin daha sonra Fərid adlı şəxs ilk olaraq bu tələblər əməl etməyərək, mübahisə davam etdiyi üçün onun polis şöbəsinə dəvət olunması ilə bağlı polis əməkdaşı tərəfindən dəvət edilmiş, lakin şəxs tabesizlik göstərməyə cəhd etdikdə orada olan və hazırda barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs polisin Fəridlə bağlı qanuni tələbinə əməl etməməsi səbəbindən onun şöbəyə aparılmasına maneçilik törətməyə çalışmışdır. Daha sonra hər iki şəxsin polis şöbəsinə aparılması üçün əlavə polis əməkdaşları da cəlb olunmuşdur. Bu zaman polis şöbəsinin qarşısında olan səa-küyə görə Salyan RPŞ DYPB-nin rəisi həmin əraziyə yaxınlaşmışdır. Daha sonra digər şəxslərdə polisin qanuni əmrinə tabe olmaqdan imtina etdiklərindən onlar barəsində də inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qeyd olunan bu hallar polis şöbəsinin qarşısında olan videomüşahidə kamerları ilə də təsdiq olunur. Məhkəmədən barəsində icraat aparılan şəxs barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, həmin tarixdə qeyd olunan polis şöbəsinin qarşısında olmaqlarının səbəbini onlarla birlikdə yeyib-içmiş Elnur adlı şəxsin DYP əməkdaşları tərəfindən saxlanılması və şöbəyə gətirilməsi olduğunu bildirmişdir. Onlar həmin gün bərabər spirtli içki qəbul etmişlər və Elnur nəqliyyat vasitəsini spirtli içkinin təsiri altında idarə etdiyindən DYP əməkdaşları tərəfindən saxlanılmışdır. Onlarla birlikdə polis şöbəsinin qarşısında olan Fərid adlı şəxs ilk olaraq, postda xidmət aparan polis əməkdaşına yaxınlaşaraq, Elnur adlı şəxs barədə məlumat əldə etmək istdəyini bildirmişdir. Həmin zaman o digər şəxslərlə birlikdə onlardan biraz kənar məsafədə olmuşdur. Lakin onlar arasında söhbətin mübahisəyə çevirilmə ehtimalına nəzərəən onlara yaxınlaşıb Fəridi kənarlaşdırmaq istəsəm də, Fərid polis əməkdaşı ilə sözlü mübahisəsinə davam etmişdir. Daha sonra polis əməkdaşı yaxınlaşaraq, orada durmamalarını və bu şəkildə hərəkət etməklərinin qanuna uyyğun olmadığını bildirmişdir. Daha sonra isə onlarla birlikdə olan Fərid adlı şəxsi şöbəyə dəvət etmiş, Fərid getmək istədəməyi üçün müqavimət göstərən zaman onları ayırmaq və Fəridi kənarlaşdırmaq istəmişdir. Bu zaman digər polis əməkdaşları ilə birlikdə onu və Fəridi şöbəyə aparmaq istəmişlər. Bu zaman onların bu tələb ilə razılaşmadıqlarını və hansı səbəbdən aparıldıqlarını bildirmək istəmişlər. Hadisə başverən zaman spirtli içkinin təsiri altında olmalarını və həmin əraziyə məhz Elnur adlı tanışlarının DYP əməkdaşları tərəfindən aparlmasının səbəbi barədə məlumat əldə etmək üçün olduqlarını bildirərək, məhkəmədən onların bağışlanmasını xahiş etmişdir. Beləliklə, məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokollara, iş materiallarında olan digər sübutlara məcmu şəklində qiymət verərək hesab edir ki, Şəxs həmin hərəkətləri ilə İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan İnzibati qaydada tutma haqqında AZA seriyalı 027908 nömrəli, 04 fevral 2026-cı il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 18:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında AZA seriyalı 011128 nömrəli, xx.xx.2026-cı il tarixli protokoldan görünür ki, Şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və onun üstündə olan əşyaları yoxlama zamanı üzərindən heç bir əşya aşkar edilməmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün “Alcovisor-AZ817” markalı sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə edilmişdir. xx.xx.2026-cı il tarixdə, saat 18:39-da çap edilmiş qəbzdən görünür ki, alkoqol tərkibi 1.043 promil olmuşdur. İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2026-cı il tarixdə saat 18 radələrində Salyan Rayon Polis Şöbəsinin inzibati binasının arxa qapısında ucadan səs-küy salması və bununla da İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də, həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs xx.xx.2026-cı il tarixdə Salyan Rayon Polis Şöbəsinin inzibati binasının arxa qapısında ucadan səs-küy salaraq, polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-in 34.4-cü maddəsinə əsasən, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və İXM-in 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, sonuncuya İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati həbs növündə tənbeh tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə hesab edir ki, həbsetmənin əvvəli Şəxs inzibati qaydada tutulduğu vaxtdan, yəni 04 fevral 2026-cı il tarixdən saat 18:30-dan hesablanmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs həbsetmənin əvvəli 04 fevral 2026-cı il tarixdən saat 18:30-dan hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Salyan Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi və ya inzibati həbsdə saxlandığı yer vasitəsilə və bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rüstəm Alıyev
Məhkəmə qərarları › İş №3(5-152)-73/2026
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(5-152)-73/2026
05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver