Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(5-152)-79/2026 09.02.2026 SALYAN RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında qərardan verilmiş şikayət üzrə) Mən, Salyan Rayon Məhkəməsinin hakimi Əliyeva Vəsilə Əlövsət qızı, AR DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş EQ30592928 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, EQ30592928 saylı, xx.xx.2025ci il tarixli inzibati xəta haqqında protokol üzrə tərtib edilmiş inzibati qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, şikayətdə inzibati xəta haqqında protokol mübahisələndirilsə də, mübahisələndirilən protokol və protokol üzrə qəbul edilmiş inzibati xətaya dair qərar şikayətə əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, X1 şikayətini icraata götürərək baxmaq hazırda mümkün deyildir. Mübahisələndirilən protokolun və qərarın təqdim edilməməsi onların qanuniliyinin yoxlanmasını mümkünsüz edir. Protokolun və qərarın mövcud olub-olmamasının, hansı tarixdə, kim tərəfindən tərtib edilməsi və qəbul edilməsinin dəqiq məlum olmaması, qanuniliyinin yoxlanmasının qeyri-mümkünlüyü həmin protokoldan və qərardan şikayəti icraata götürüb baxmağa yol vermir və bunlar şikayət üzrə icraatı rədd edən hallardır. Azərbaycan Respublikası İnizibati Xətalar Məcəlləsinin: 132.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu. Belə olan halda, məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilmiş materiallar natamam olduğundan və düzgün tərtib edilmədiyindən verilmiş şikayət şikayətçiyə geri qaytarılmalı, ona yenidən şikayət ərizəsini düzgün tərtib edərək, mübahisələndirdiyi protokolun və qərarın təsdiq olunmuş surətlərini şikayətinə əlavə edərək təkrarən məhkəməyə şikayət vermək hüququnun olması izah edilməlidir Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 130-cu maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. İş materiallarından göründüyü kimi, X2 ərizəsində qeyd etdiyi qərardan şikayət vermək üçün qanunla müəyyən edilmiş müddəti ötürmüş, lakin həmin müddətin bərpasına dair vəsatətlə müraciət etməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 barəsində qəbul edilmiş EQ30592928 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh tətbiq edilməsi haqqında qərardan verilmiş şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Hakim Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(5-152)-79/2026
Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(5-152)-79/2026
09.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver