Məhkəmə qərarları › İş №3(5-153)-106/2026

Samux Rayon Məhkəməsi Qərar — İş №3(5-153)-106/2026

11.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(5-153)-106/2026 11.02.2026 SAMUX RAYON MƏHKƏMƏSİ X8 Əhməd oğlunun sədrliyi, Əhmədli İnal Söhrab oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin 5 yanvar 2026-cı il tarixli, EQ 33092317 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, inzibati icraata xitam verilməsinə dair X3 şikayətinə və ona əlavə edilmiş materiala baxaraq, məhkəmə müəyyənetdi: Məhkəməyə daxil olmuş şikayətdə və ona əlavə edilmiş materiallarda göstərilmişdir ki, X5 05 yanvar 2026-cı il tarixdə, saat 08:33 radələrində etibarnamə üzrə idarə etdiyi “VAZ 21074” markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə V.Xuluflu küçəsinin kəsişməsində hərəkətdə olarkən Azərbaycan Respublikasının İXM-nin 469.3-cü maddəsi ilə (“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə) ilə 50 manat cərimə edilmişdir. Qeyd edilənlərlə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatlar əsasında 5 yanvar 2026-cı il tarixdə X3 Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair həmin tarixli, EQ 33092317 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmışdır. X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ tərəfindən barəsində tərtib edilmiş xx.xx.2026-cı il tarixli, EQ 33092317 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın və protokolun ləğv edilməklə, Azərbaycan Respublikası İXM-nin 469.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DİN-i BDYPİ-i tərəfindən xx.xx.2026-cı il tarixli, EQ 33092317 nömrəli qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi (İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmasına görə) ilə tənbeh tətbiq edilərək 50 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, həmin qərar əsassızdır və ləğv olunmalıdır. Belə ki, 05 yanvar 2026-ci il tarixində saat 08:33 radələrində etibarnamə üzrə idarə etdiyim “VAZ 21074” markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat şəhəri, Ş.İ.Xətai prospekti ilə V.Xuluflu küçəsinin kəsişməsində hərəkətdə olarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi (İcbari sığortalar haqqında' Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasma görə cərimə edilmişdir. Qərarın mahiyyəti olaraq onun icbari sığorta müqaviləsi bağlanması olmuşdur. Bu əsassız qərardır. "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti ilə xx.xx.2025-ci il tarixində bir illik icbari sığorta müqaviləsi bağlamışdır. İcbari sığorta müqaviləsinin qüvvvədən düşmə vaxtı isə xx.xx.2026-cı il tarixindədir. icbari sığorta müqaviləsinin vaxtı 24.09.2|026-cı il tarixində bitəcəkdirsə ona xx.xx.2026-cı il tarixində İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə uyğun olaraq cərimə tətbiq edilmişdir. Qüvvədə olan icbari sığorta müqaviləsini nəzərə alınmamaqla cərimə tətbiq edilmişdir. Bu qərar Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq onun bir Azərbayacan Respublikasının vətəndaşı olaraq insan hüquq və azadlıqlarını kobud surətdə pozur. Azərbayacan Respublikasının vətəndaşı olaraq o, öhdəliklərini vaxtı vaxtında yerinə yetirmiş. keçmiş icbari sığorta müqaviləsinin bitməsinə günlər qalmış öhdəliklərinin fərqindən olan bir vətəndaş kimi yəni icbari sığorta müqaviləsi bağlamışdır. Bu qərar ona maddi və mənəvi olaraq ziyan vurmuşdur. X4 Məcəlləsinin 469.3-cü maddəsi ilə xx.xx.2026-ci il tarixli EQ 33092317 nömrəli qərarla ona qarşı 50 manat məbləğində inzibati cərimə tətbiq olunmuşdur. Qeyd olunan qərar hüquqi və faktiki baxımdan əsassızdır. Məhkəmə iclasında iştirak edən X5 şikayətə uyğun izahat verdi məhkəmədən şikayətin təmin olunmasını xahiş etdi. İnzibati xəta haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinə şikayətə baxılması vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, həmin orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməmə səbəbə barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə qərardan şikayətə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə şikayətçinin izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, xx.xx.2026-cı il tarixli, EQ 33092317 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərara əsasən, X5 05 yanvar 2026-cı il tarixdə, saat 08:33 radələrində etibarnamə üzrə idarə etdiyi “VAZ 21074” markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə V.Xuluflu küçəsinin kəsişməsində hərəkətdə olarkən Azərbaycan Respublikasının İXM-nin 469.3-cü maddəsi ilə (“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə) ilə 50 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-in 469.3-cü maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması inzibati xətaya səbəb olan əməldir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci bəndlərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İXM-in 469.3cü maddəsinin dispozisiyasından göründüyü kimi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmaması Azərbaycan Respublikasının inzibati xətalar haqqında qanunvericiliyində (İXM-nin 469.3-cü maddəsində) nəzərdə tutulan məsuliyyətə səbəb olur. Lakin təqdim edilən və məhkəmədə tədqiq olunan sübutlarda X5 tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətanın törədilməsi öz təsdiqini tapmır. Çünki, şikayətçinin izahatından, eləcə də, iş materiallarına əlavə edilmiş avtonəqliyyat vasitəsi sahiblərinin məsuliyyətinin icbari sığorta şəhadətnaməsinin surətindən görünür ki, **-RD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi. Qanunvericiliyin tələbinə görə ilk öncə inzibati xəta hadisənin mövcudluğu müəyyən edilməlidir. Hazırkı halda isə inzibati xəta hadisəsinin baş verməsi müəyyən edilmir. Göründüyü kimi, inzibati xəta hadisəsi baş vermədiyi halda səthi araşdırma aparılaraq, Vüqar Babayev qanunsuz olaraq inzibati məsuliyyətə cəlb edilmişdir. Yəni, iş üçün əhəmiyyətli sübutlar toplanmadan, tam və hərtərəfli araşdırma aparılmadan Vüqar Babayevin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi İXM-nin tələblərinə ziddir. Belə ki, Vüqar Babayevin idarə etdiyi nəqliyyat vasitəsi icbari qaydada sığortalanmasına baxmayaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin əməkdaşı tərəfindən onun barəsində xx.xx.2026cı il tarixli, EQ 33092317 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar tərtib edilmiş və həmin qərarda şikayətçi qanunsuz olaraq İXM-in 469.3-cü maddəsi ilə təqsirli bilinərək 50 manat inzibati cərimə edilmişdir. Beləliklə məhkəmə belə hesab edir ki, sözügedən qərar əsasında Vüqar Babayev Azərbaycan Respublikası İXM-in 469.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 84-cü maddəsinin İ və İİ hissələrinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunan Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Sözügedən Məcəllənin 12-ci maddəsinin İ hissəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardandır. Beləliklə, məhkəmə şikayəti, inzibati tənbeh vermə haqqında qərarı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin xx.xx.2026-cı il tarixli, EQ 33092317 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3, 135.1.5-1 və 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin xx.xx.2026-cı il tarixli, EQ 33092317 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar