Məhkəmə qərarları › İş №3(5-153)-139/2026

Samux Rayon Məhkəməsi Qərardad — İş №3(5-153)-139/2026

27.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Samux rayonu İş № 3(5-153)-139/2026 27.01.2026 SAMUX RAYON MƏHKƏMƏSİ Samux Rayon Məhkəməsinin hakimi Kərimova Tərifə Əbülfət qızı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 15 noyabr 2025-ci il tarixli, EQ 32010928 saylı inzibati tənbeh vermə haqqında qərardan barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs X2 tərəfindən verilmiş şikayətin mümkünlüyünə dair məsələyə baxaraq m ü ə y y ə n e t d i: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən onun Azərbaycan Respublikası İXM-in 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə barəsində inzibati tənbeh tətbiq edilməsinə dair 15 noyabr 2025-ci il tarixli, EQ 32010928 saylı qərarından məhkəməyə şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, şikayət aidiyyatı üzrə müvafiq məhkəməyə verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, şikayət verilən qərardan da göründüyü kimi, sözügedən qərar 15 noyabr 2025-ci il tarixdə qəbul edilmişdir. X2 qərarın qəbul edildiyi vaxtdan 2 ay sonra həmin qərardan şikayət vermişdir. X2 şikayətə qərarın surətini nə vaxt alması barədə sənəd əlavə etməmiş, həmçinin ötürülmüş müddətin bərpası barədə vəsatətlə müraciət etməmişdir. Bundan əlavə sözügedən qərarda inzibati xətanın Şabran rayonu ərazisində törədildiyi qeyd olunmuşdur. Elektron məhkəmə informasiya sistemi üzərindən aparılan yoxlama zamanı müəyyən edilmişdir ki, qərardan şikayət vermiş şəxs X1 rayonu Ağasıbəyli kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyatı qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikası Milli Məclisinə tövsiyyə edilsin. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində diyişiklik edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 100.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Məhkəmə qeyd edir ki, şikayətçi qərarı rəsmi qaydada aldığı vaxtdan 20 gün müddətində həmin qərardan məhkəməyə şikayət verə bilərdi. Lakin o, məhkəməyə qərarın ona gec təqdim olunmasını təsdiq edən heç bir sənəd təqdim etməmişdir. Həmçinin qanunvericiliyin tələbinə əsasən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs həmin qərardan şikayəti ya inzibati xətanın törədildiyi yer üzrə məhkəməyə, ya da şikayətə onun yaşadığı yer üzrə məhkəmədə baxılmasına dair vəsatətlə müraciət edərək qeydiyyatda olduğu yer üzrə məhkəməyə verməlidir. Sözügedən inzibati xəta Şabran rayonu ərazisi hüdudlarında törədildiyindən, həmçinin qərardan şikayə verən şəxs şikayəyinə onun qeydiyyatda olduğu yerdə baxılmasına dair vəsatət əlavə etmədiyindən, ən əsası da qərardan şikayət verən şəxs şikayətin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti ötürdüyündən və sözügedən qərarın ona gec təqdim olunmasına dair məhkəməyə heç bir sübut təqdim etmədiyindən şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126, 129, 130 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş 15 noyabr 2025-ci il tarixli, EQ 32010928 saylı inzibati tənbeh vermə haqqında qərardan barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs X2 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar