Məhkəmə qərarları › İş №3(5-153)-140/2026

Samux Rayon Məhkəməsi Qərar — İş №3(5-153)-140/2026

02.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(5-153)-140/2026 02.02.2026 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Məmmədova Sevinc İsa qızının katibliyi, Azərbaycan Dövlət Su X3 Suların İstifadəsinə və X4 Xidmətinin 10 saylı X2 nümayəndəsi X6 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü və 264.0.3cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Su X3 Suların İstifadəsinə və X4 Xidmətinin 10 saylı X1 daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Azərbaycan Dövlət Su X3 Suların İstifadəsinə və X4 Xidmətinin 10 saylı X1 Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü və 264.0.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə 15 yanvar 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda göstərilmişdir ki, Şəxs tərəfindən Samux rayonu, Tatlı kəndinin ərazisindən keçən Gəncəçayın sağ istiqamətində yerləşən qum-çınqıl hasilatı və istehsalı müəsisəsinin fəaliyyəti zamanı formalaşan tullantı sularının təyinatsız olaraq çaya axıdıldığı və çayın mühafizəsi zolağının qazıldığı faktı xx.xx.2025-ci il tarixdə aşkar edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü və 264.0.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Dövlət Su X3 Suların İstifadəsinə və X4 Xidmətinin 10 saylı X2 nümayəndəsi X10 bildirdi ki, vəzifə təlimatına uyğun olaraq aparılan nəzarət tədbirləri zamanı Samux rayonu, Tatlı kəndinin ərazisindən keçən Gəncəçayın sağ istiqamətində yerləşən, icarəçi Şəxs istifadəsində və sahibliyində olan qum-çınqıl hasilatı müəssisəsinin fəaliyyəti zamanı formalaşan tullantı sularınının təyinatsız olaraq torpaq məcralı arx vasitəsi ilə Gəncəçayın mühafizə zolağına, oradan isə çaya axıdıldığı və müəssisədən çayın axını istiqamətində 40-50 metr məsafadə çayın mühafizə zonasının ekskovator hyundai markalı ağır texnika vasitəsi ilə qazılaraq çayın məcrasına töküldüyü faktı aşkar olunmuşdur. Bu səbəbdən də Şəxs barəsində inzibati protokol tərtib olunmuşdur. Elektron sistem vasitəsilə yoxlama zamanı müəyyən olunmuşdur ki, Şəxs vergi ödəyicisidir. Onun törətdiyi inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Şəxs özünü qeyd olunan inzibati xətaların törədilməsində qismən təqsirli bilərək bildirdi ki, o, sözügedən müəssisəni icarə müqaviləsi əsasında işlədir və vergi ödəyicisidir. Onun sahibliyində və istifadəsində olan müəssisə karxana fəaliyyəti göstərir. Müəssisədə materialların yuyulması zamanı formalaşan tullantı suları Gəncəçaya axıdılmışdır. Belə ki, həmin suyun çaya axıdılmasının qanun pozuntusu olmasından məlumatsız olmuşdur. Ona görə də həmin hissədə özünü təqsirli bilir. Lakin İXM-nin 264.0.3-cü maddəsi ilə özünü təqsili bilmir. Belə ki, onun tərəfindən ekskovatr vasitəsilə çayın kənarında 4-5 metr enində, təxmini 100 metr uzunluğunda qazınıtı işləri, geoloji kəşfiyyat işləri aparılmış aparmışlar və çayın kənarındakı gil qatı götürülərək çayın yamacına boşaldılmışdır. Bu barədə o, müvafiq orqana müraciət etmiş, ona növbəti ilin yanvar ayında icazə verilcəyinə vəd verilmiş, o icazənin yaxın zamanda veriləcəyinə ümid edərək 1 ay öncədən qazıntı işlərinə başlamışdır və bu barədə sözügedən orqana məlumat verməmişdir. Ona görə də 262.2.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına etirazı yoxdur, lakin İXM-nin 264.0.3-cü maddəsi ilə barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs tərəfindən İXM-in 262.2.3-cü və 264.0.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi iş materialları ilə və onun özünün ifadəsi ilə tam sübuta yetirildiyindən Şəxs həmin inzibati xətaların törədilməsində təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddələrin daha ağırının sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarında olan Azərbaycan Dövlət Su X3 Suların İstifadəsinə və X4 Xidmətinin 10 saylı X2 əməkdaşı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli 002071 nömrəli aktdan görünür ki, 10 saylı X2 xx.xx.2025-ci il tarixli 0022 nömrəli sərəncamı əsasında keçirilən nəzarət tədbirləri zamanı Samux rayonu, Tatlı kəndinin ərazisindən keçən Gəncəçayın sağ istiqamətində yerləşən müəssisənin fəaliyyəti zamanı formalaşan tullantı sularının təyinatsız olaraq Gəncəçaya axıdıldığı və müəssisədən çayın axını istiqamətində 40-50 mentr məsafədə çayın mühafizə zonasının Hyundai markalı ekskovator vasitəsi iə qazılaraq çayın məcrasına töküldüyü faktı aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsinə əsasən su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə görə, fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı Şəxs icarə müqaviləsi əsasında işlətdiyi müəssisənin fəaliyyəti zamanı formalaşan tullantı sularınının təyinatsız olaraq torpaq məcralı arx vasitəsi ilə Gəncəçayın mühafizə zolağına, oradan isə çaya axıdıldığı, həmçinin çayın mühafizə zonasının ekskovator vasitəsi ilə qazılaraq çayın məcrasına töküldüyü faktı müəyyən edilmişdir. Bununla da Şəxs tərəfindən İXM-in 262.2.3-cü və 264.0.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi tam şəkildə sübuta yetirilmişdir. Həmçinin elektron sistem vasitəsilə yoxlama zamanı müəyyən edilmişdir ki, Şəxs vergi ödəyicisi olmaqla vəzifəli şəxsdir. Məhkəmə işin hallarını, inzibati xətanın xarakterini, o cümlədən İXM-in 31.2-ci maddəsi ilə nəzərdə tutulmuş digər halları nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 262.2.3-cü və 264.0.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək barəsində İXM-nin 264.0.3-cü maddəsinin sansiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18.5, 114, 115 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3cü və 264.0.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək İXM-nin 264.0.3-cü maddəsinin sanksiyası çərçivəsində 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar