Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(5-153)-162/2026 25.02.2026 SAMUX RAYON MƏHKƏMƏSİ X15 Əhməd oğlunun sədrliyi, Əhmədli İnal Söhrab oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X7 Xidməti 10 saylı X1 nümayəndəsi X5, Şəxs MMC-nin nümayəndəsi X4 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 262.2.3-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X7 Xidməti 10 saylı X3 Şəxs MMC-nin barəsində İXM-in 262.2.3-cü maddəsi ilə ******* nömrəli 16 yanvar 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. 16 yanvar 2026-cı il tarixli ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Samux rayonu, Qarayeri qəsəbəsinin ərazisindən keçən X16 sağ istiqamətində yerləşən Şəxs MMC-yə məxsus istixananın fəaliyyəti zamanı formalaşan tullantı sularının boru vasitəsi ilə təyinatsız olaraq kanalın beton üzlüklü yamacına, oradan da kanalın məcrasına axıdılması xx.xx.2025-ci il tarixdə aşkar edilmişdır. Nəticədə Şəxs MMC-ti tərəfindən İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X7 Xidməti 10 saylı X1 nümayəndəsi X11 izahatında göstərdi ki, müşahidəçilər tərəfindən su təsərrüfat obyektlərinə nəzarət tədbirləri keçirilən zaman sözügedən yerdən kanala tullantı sularının axıdılması faktı aşkar olunmuşdur. Faktla bağlı yerində baxış keçirilmiş, həmin vaxt tullantı sularının axıdılması faktı müşahidə olunmuşdur. Məsələ ilə bağlı Calal Ələkbərovla telefon əlaqəsi saxlanılmış, suyun axıdılması izah olunmuşdur. Calal Ələkbərov bildirmişdir ki, istixanada olan suların artığı istixana daxilində toplanır, sonra çölə axıdılır, Bakı şəhərinə gedir, bir neçə gün olmayacaqdır. Calal Ələkbərov iştirak edə bilmədiyi üçün və sənəd təqdim etmədiyi üçün məsələ ilə bağlı akt yazılmış, qərardad qəbul olunmuş, araşdırma başladılmış, Dövlət Vergi Xidmətinə sorğu göndərilmişdir. Dövlət Vergi Xidmətini tərəfindən verilmiş cavab məktubunda göstərilmişdir ki, sözügedən ünvandakı istixana Şəxs MMC-yə məxsusdur və bildirimişdir ki, Calal Ələkbərov rəhbəridir. Faktla bağlı Calal Ələkbərova xx.xx.2026-cı il tarixdə dəvət məktubu göndərilmiş, Calal Ələkbərov xx.xx.2026-cı il tarixə saat 10:00-a bölməyə dəvət olunmuş, araşdırmada Calal Ələkbərov iştirak etməmişdir. Faktla bağlı xx.xx.2026-cı il tarixdə Şəxs barəsində hüquqi şəxs qismində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş, yekun qərar qəbul olunması ilə bağlı məhkəməyə göndərilmişdir. Məhkəmədən inzibati protokulun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X10 bildirdi ki, Şəxs MMC-nin şifahi adı olsa da, rəsmi sənədlərdə fiziki şəxs kimi onun atası Məmməd Ələkbərovun adına qeyd olunmuşdur. Üzrlü səbəbdən o, həmin sənədləri təqdim edə bilməmişdir. Şəxs MMC-ti həmin ərazidə fəaliyyət göstərir, fəaliyyət istiqaməti isə əsasən əkinçilikdir. İstixana müasirdir, Şəxs MMC-ti rərəfindən axıdılan su çirkab su deyil, tullantı suyu deyil, mineral sudur. Hətta axıdılan su təkrar istehsal oluna və kənd təsərrüfatı üçün yararlı ola bilər. Məhkəmədən inzibati protokulun təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, hüquqi şəxs Şəxs MMC-ti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: 16 yanvar 2026-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və 23 dekabr 2025-ci il tarixli aktın surətindən görünür ki, Samux rayonu, Qarayeri qəsəbəsinin ərazisindən keçən X16 sağ istiqamətində yerləşən Şəxs MMC-yə məxsus istixananın fəaliyyəti zamanı formalaşan tullantı sularının boru vasitəsi ilə təyinatsız olaraq kanalın beton üzlüklü yamacına, oradan da kanalın məcrasına axıdılması aşkar edilmişdır. Faktla bağlı başladılmış araşdırma zamanı ətrafdakı insanlarla aparılmış şifahi sorğu zamanı müəyyənləşdirilmişdir ki, istixana Calal Ələkbərov adlı şəxsə məxsusdur. Cəlal Ələkbərov ilə yaradılmış telefon əlaqəsi (050 475-30-30) zamanı şifahi olaraq bildirmişdir ki, sözügedən ünvandakı istixana rəhbəri olduğu üçün Şəxs MMC-ti adlı müəssisəyə aiddir və istixananın daxilində formalaşan tullantı suları boru vasitəsi ilə kanala axıdılır. Əlavə olaraq şəxsi işləri ilə bağlı olaraq Bakı şəhərinə getməli olduğu üçün araşdırmaya gələ bilməyəcəyini və axıdılan tullantı suyunun qısa zamanda aradan qaldırılacağını bildirərək faktı təsdiq etmişdir. İş materiallarına çirkab tullantı sularının təyinatsız axıdılmasına dair fotomateriallar əlavə edilmişdir. 24 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardadın surətindən görünür ki, xx.xx.2025-ci il tarixli 002070 nömrəli akt və toplanmış material üzrə Azərbaycan Respublikası İXM-in 262.2.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması qərara alınmışdır. 30 dekabr 2025-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X7 Xidməti 10 saylı X2 ünvanlanmış müraciətin cavablandırılması barədə məktubdan görünür ki, elektron uçot məlumat bazasına və yerində aparılan araşdırmaya əsasən sorğuda qeyd edilən Samux rayonu, Qarayeri qəsəbəsinin ərazisindən keçən X16 sağ istiqamətində yerləşən istixana hazırda Şəxs (VÖEN: **********) istifadəsindədir. 05 yanvar 2026-cı il tarixdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X7 Xidməti 10 saylı X3 tərəfindən Şəxs MMC-nin qanuni təmsilçisi X6 ünvanlanmış məktubdan görünür ki, aşkarlanan faktda inzibati xətanın əlamətlərinin olması müəyyən edilmiş və Bölmə tərəfindən inzibati araşdırma aparılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də inzibati xətanın törədilməsi faktının olub-olmamasının araşdırılması ilə əlaqədar olaraq xx.xx.2026-ci il tarixdə, saat 10:00-da Bölməyə dəvət olunmuş, özünün və ya səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməsi və iş üzrə sübutlar, izahatlar və mülahizələrin təqdim olunması təklif olunmuşdur. Həmin məktub xx.xx.2026-cı il tarixdə Calal Ələkbərova çatdırılmışdır. xx.xx.2026-cı il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış məlumatın təqdim edilməsi barədə məktubdan görünür ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti (VÖEN: **********) Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2006-cı il tarixli 0306-S3-250 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adının dəyişilməsi ilə əlaqədar onun bazasında hüquqi varislik prinsipi əsasında dövlət qeydiyyatına alnmışdır. Elektron uçot məlumat bazasına və vergi ödəyicisinin iş qovluğu məlumatlarına əsasən vergi ödəyicisi olan Şəxs (VÖEN **********) hüquqi ünvanınınn AZ5116, Samux rayonu, Karayeri ŞTQ olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC-ti barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs MMC-ti tərəfindən Samux rayonu, Qarayeri qəsəbəsinin ərazisindən keçən X16 sağ istiqamətində yerləşən Şəxs MMC-yə məxsus istixananın fəaliyyəti zamanı formalaşan tullantı suları boru vasitəsi ilə təyinatsız olaraq kanalın beton üzlüklü yamacına, oradan da kanalın məcrasına axıdılmışdır. Bununla da, hüquqi şəxs Şəxs MMC-ti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, hüquqi şəxs Şəxs MMC-ti İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 262.2.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC-ti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(5-153)-162/2026
Samux Rayon Məhkəməsi Qərar — İş №3(5-153)-162/2026
25.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver