Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(5-153)-186/2026 03.02.2026 SAMUX RAYON MƏHKƏMƏSİ X4 Əhməd oğlunun sədrliyi, Əhmədli İnal Söhrab oğlunun katibliyi, Samux rayon Polis Şöbəsinin İTB-in sahə rəisi polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Samux rayonu, Ağasıbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işsiz, Gəncə şəhəri, Dədə Qorqud küçəsi ev 5 mənzil 57-də qeydiyyatda olan Samux rayonu, Yuxarı Ağasıbəyli kəndində yaşayan Şəxs, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı və 510-du maddələri ilə Samux rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 02 fevral 2026-cı il tarixdə Samux rayon Polis şöbəsinin ictimai binasında uca səslə nalayiq ifadələr işlətmiş və bundan sonra ondan narkotik vasitə olan marixuana istifadə etməsi aşkar olunmuşdur. Şəxs barəsində İXM-in 206-cı və 510-cu maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Samux rayon Polis Şöbəsinin İTB-in sahə rəisi polis leytenantı X2 inzibati protokoldakı xüsusatları təsdiq edərək bildirdi ki, rayon ərazisində baş vermiş oğurluq hadisəsi ilə bağlı izahat alınması məqsədilə Samux rayon Polis şöbəsinə dəvət olunmuşdur. Samux rayon Polis şöbəsinin ictimai binasında izahat alınan zaman Samux rayon Polis şöbəsinin inzibati binasında uca səslə nalayiq söyüş ifadələr işlətmişdir. Onun hal və hərəkətlərində aşkar şəkildə şübhəli hərəkətlər hiss olunmuş, buna görə də narkoloji dispanserə aparlaraq narkoloji tesdən keçirilmiş və ondan qurudulmuş marixuana istifadə etməsi aşkar olunmuşdur. Ona görə də Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün materiallarla birlikdə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, əsəbi olduğu üçün Samux rayon Polis şöbəsinin binasında nalayiq ifadələr işlətmişdir. O, mütəmadi olaraq marixuanadan istifadə edir. Əməlindən peşmandır. Himayəsində 2 azyaşlı uşağının olması və müharibə veteranı olmasını nəzərə alınmaqla barəsində inzibati cərimə növünü tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X3 bildirdi ki, Şəxs şübhəli şəxs qismində Samux rayon Polis şöbəsinə izahatı alınması ilə bağlı dəvət olunmuş, izahatı alınan zaman Şəxs özünü qeyri etik aparmış nalayiq ifadələr işlətmişdir. Polis şöbəsinin iş rejimini pozmuşdur. Sonra Şəxs həkim müayinəsindən keçirərkən narkotik vasitədən istifadə etdyi müəyyən olunmuşdur. Protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin ifadələrini dinləyərək, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-206cı və 510-cu maddələri ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Şəxs barəsində tərtib edilmiş 03 fevral 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 02 fevral 2026-cı il tarixdə Samux rayonu, Polis şöbəsinin ictimai binasında uca səslə nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq etmişdir. Sonra həkim müayinəsindən keçirərkən narkotik vasitədən istifadə etdyi müəyyən olunmuşdur. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 206-cı və 510-cu maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş 03 fevral 2026-cı il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserinin 556/2026 nömrəli tibbi müayinə protokolu ilə Şəxs sidik nümunəsində narkotik vasitə aşkar edilmişdir. İşdə olan 02 fevral 2026-cı il tarixli, 094 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 02 fevral 2026-cı il tarixdə saat 22:30-da inzibati qaydada tutulmuşdur. Beləliklə, Şəxs İXM-in 206-cı və 510-cu maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi şahid ifadələri, özünün etirafedici izahatı və həmçinin işdə olan digər sübutlarla tam sübuta yetirildi. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxs səmimi peşmançılığı, İXM-in 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. İnzibati xəta törətmiş şəxs Şəxs əməlində ağırlaşdıran hal müəyyən edilməmişdir. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda sadalanan qanunvericiliyin maddələrinə əsaslanaraq, məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 206-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 15 (on beş) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 02 fevral 2026-cı il tarixdən saat 22:30-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(5-153)-186/2026
Samux Rayon Məhkəməsi Qərar — İş №3(5-153)-186/2026
03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver