Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(5-153)-187/2026 03.02.2026 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Məmmədova Sevinc İsa qızının katibliyi, Samux rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Gəncə şəhərində doğulmuş, orta təhsilli, evli, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialında fəhlə işləyən, Kəlbəcər rayonu Mollabayramlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X9 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2026-cı il tarixli protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında Samux Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X9 izahat verərək bildirdi ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-296/2024 saylı qətnaməsinə əsasən 12 avqust 2015-ci il il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün, 29 yanvar 2024-cü il tarixdən hesablanmaqla, cavabdeh X3 hər ay 235 manat sabit pul məbləğində aylıq aliment iddiaçı X1 xeyrinə tutulması qət edilmişdir. Sözügedən icra sənədi aidiyyatı üzrə Samux Rayon İcra və Probasiya Şöbəsinə 2024-cü ilin dekabr ayında daxil olmuşdur. İcra sənədi icraata qəbul edildiyi zaman borclunun yığılmış müəyyən məbləğdə borcu olmuşdur. İcra sənədi Samux Rayon İcra Şöbəsinə daxil olduğu vaxtdan, yəni 2024-cü ilin dekabr ayından 2025-ci ilin dekabr ayınadək icra sənədi üzrə ödəməli olduğu puldan heç bir ödəniş etməmiş, tələbkarın şikayətləri əsasında 2025-ci ilin dekabr ayında və 2026-cı ilin yanvar ayında az məbləğdə ödəniş etmişdir. Hal hazırda Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-296/2024 saylı icra sənədinə əsasən Şəxs 4035 manat aliment borcu var. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borclu borcunu ödəməkdən boyun qaçırır. Ona görə də onun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində bildirdi ki, daimi işinin olmaması səbəbindən borcunu vaxtında ödəyə bilməmişdir, hazırda da heç bir yerdə işləmədiyi üçün ödəniş edə bilmir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-296/2024 saylı icra vərəqəsinə əsasən 12 avqust 2015-ci il il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün, 29 yanvar 2024-cü il tarixdən hesablanmaqla, cavabdeh X3 hər ay 235 manat sabit pul məbləğində aylıq aliment iddiaçı X1 xeyrinə tutulması qət edilmişdir. xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-296/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu Şəxs Samux Rayon Məhkəməsinin icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. xx.xx.2026-cı il tarixli xəbərdarlığın surətindən görünür ki, Şəxs icra sənədini icra etməyəcəyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə xəbardarlıq edilmişdir. Samux Rayon Məhkəməsinin 8(058)-178/2025 saylı qərardadının surətindən görünür ki, Şəxs Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(040)-296/2024 nömrəli icra sənədi üzrə borcunu tam ödəyənədək ölkədən getməmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-296/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədi üzrə müəyyən olunmuş borc məbləğini qanunla müəyyən edilmiş müddətdə icra etməkdən boyun qaçırmış, icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməmiş, hazırda onun 4035 manat borcu yığılmışdır. Məhkəmə hesab edir ki, Samux Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X9 tərəfindən Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Araşdırma zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, inzibati xətanın aliment ödəmək öhdəliyinin icra edilməməsindən irəli gəldiyini, onun törətdiyi inzibati xətaya münasibətini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli xx.xx.2026-cı il tarixdən saat 16:00-dan hesablansın. Qərarın icrası Samux Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(5-153)-187/2026
Samux Rayon Məhkəməsi Qərar — İş №3(5-153)-187/2026
03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver