Məhkəmə qərarları › İş №3(5-153)-194/2026

Samux Rayon Məhkəməsi Qərar — İş №3(5-153)-194/2026

02.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(5-153)-194/2026 02.03.2026 SAMUX RAYON MƏHKƏMƏSİ X7 Əhməd oğlunun sədrliyi, Əhmədli İnal Söhrab oğlunun katibliyi, Samux rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X2, Şəxs iştirakı ilə, xx.xx.1970-ci ildə Göygöl şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Gəncə şəhəri, Hacıkənd qəsəbəsində qeydiyyatda olan, Samux rayonu, Zazalı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Samux rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2026-cı il tarixdə Samux rayonu, Zazalı kəndində yaşayan Şəxs müvafiq sənədi olmayan 1 (bir) ədəd “Toz” markalı 2 lüləli, 16 çaplı 191116 nömrəli silah aşkar edilmiş, nəticədə onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Samux rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi polis leytenantı X6 inzibati protokoldakı xüsusatları təsdiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, onun əkin sahəsinə quşlar zərər vurduğu üçün ov tüfəngindən istifadə edərək quşları qorxudur. Ona məxsus tüfəngin sənədi yoxudr. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X1 bildirdi ki, onlar Samux rayonu, Zazalı kəndində xidmətdə olarkən Şəxs üzərində ov tüfəndi olduğunu görmüşlər. Yaxınlaşaraq özlərini təqdim etmişlər və əkin sahəsində ov etmənin qadağan olduğunu Şəxs izah etmişlər. Sonra Şəxs Samux rayon Polis şöbəsinə növbətçi hissəyə təhvil vermişlər. İşə əlavə edilmiş 11 fevral 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan, ona əlavə olunmuş 11 fevral 2026-cı il tarixli raportdan, həmin tarixli aktdan və izahatdan görünür ki, polis sahə rəisi polis leytenantı Vasif Qasımovla birlikdə xidmətə olan zaman Samux rayonu, Zazalı kənd ərazisində əkin sahəsində 3 nəfər şəxsin əlində 2 ov silahının olduğu görmüşlər. Onlara yaxınlaşaraq özlərini təqdim etdikdən sonra həmin şəxslərin özlərinə və ov silahlarına məxsus olan sənədlərini verməsini xahiş etmişlər. Samux rayonu, Zazalı kənd sakinləri Şəxs, X4 və Qiyaslı kənd sakini X5 özlərinə və iki ədəd ov silahlarına heç bir sənəd təqdim edə bilmədikləri üçün Samux rayon polis şöbəsinə dəvət edərək, növbətci hissəyə təhvil vermişlər. Beləliklə, Şəxs İXM-in 590.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə olan digər sübutlarla tam sübuta yetirildi. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilmədi. İXM-in 590.2-ci maddəsinə əsasən maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə, silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati qaydada cərimə edilməsini məqsədəuyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 80 (səksən) manat cərimə edilsin. Samux rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 1 (bir) ədəd “Toz” markalı 2 lüləli, 16 çaplı 191116 nömrəli mülki ov silahı müsadirə edilsin. Qərarın icrası Samux rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar