Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(5-153)-221/2026 16.03.2026 SAMUX RAYON MƏHKƏMƏSİ X2 Əhməd oğlunun sədrliyi, Əhmədli İnal Söhrab oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə Gömrük İdarəsində xx.xx.2026cı il tarixli 00900-00062/26 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, material ilə birlikdə baxılması üçün Samux Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Samux şəhəri Heydər Əliyev prospekti ünvanda qeydiyyatda olan hüquqi şəxs Şəxs MMC-nin ünvanına xx.xx.2026-cı il tarixdə saat 21:02-də P54819 nömrə nişanlı yük nəqliyyat vasitəsində gəlmiş “Ağac Tingləri” yükünə dair idxalatçı tərəfindən mövcud qanunvericiliyə əsasən qısa idxal bəyannaməsi təqdim olunmalı olduğu halda qeyd olunan yük “Qırmızı Körpü” gömrük postundan ölkə ərazisinə gətirilərkən, gömrük orqanına qısa idxal gömrük bəyannaməsi təqdim edilməmiş, bununla da adı çəkilən hüquqi şəxs tərəfindən mövcud qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan faktla bağlı Gəncə Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə xx.xx.2026-ci il tarixdə, 00900- 00062/26 nömrəli inzibati xəta haqqında iş üzrə inzibati araşdırma başlanmışdır. Araşdırma ərzində Samux şəhəri Heydər Əliyev prospekti ünvanda qeydiyyatda olan hüquqi şəxs Şəxs MMC-nin ünvanına xx.xx.2026-ci il tarixli 3-33-1600/2- 000197/2026 nömrəli məktub göndərilərək səlahiyyətli nümayəndəsi dəvət edilmiş, lakin hüquqi şəxsin nümayəndəsi gəlməməsi barədə Gəncə Gömrük İdarəsinə yazılı heç bir sənəd təqdim etməmişdir. Samux şəhəri Heydər Əliyev prospekti ünvanda qeydiyyatda olan hüquqi şəxs Şəxs MMC-ti tərəfindən qısa idxal gömrük bəyannaməsinin təqdim olunması təmin olunmamış, nəticədə Şəxs MMC-ti tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt xx.xx.2026-cı il tarixli 3-33-1600/012/000546 nömrəli raport, mal-müşaiyət sənədləri ilə təsdiq olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, Dövlət Gömrük Komitəsinin Gəncə Gömrük İdarəsinin nümayəndəsi və barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlmədiklərindən və onlardan işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmadığından, məhkəmə səlahiyyətli orqanın və hüquqi şəxsin nümayəndələrinin iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etdi. Belə ki, iş materiallarında olan: xx.xx.2026-cı il tarixli raportdan görünür ki, idxalatçı Şəxs MMC Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyənnaməsi təqdim edilməmişdir. -xx.xx.2026-cı il tarixli **********9167 nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC-nin ünvanına Yunanıstan Respublikasından ölkə ərazisinə gətirilmiş “ağac tingləri” yükü gömrük bəyannaməsi tərtib edilərək, gömrük orqanına bəyan edilmişdir. -xx.xx.2026-cı il tarixli 00900-00062/26 nömrəli qərardadan görünür ki, Şəxs MMC barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanılması və inzibati araşdırma aparılması haqqında qərardad çıxarılmışdır. -xx.xx.2026-cı il tarixli 3-33-1600/2-000197/2026 nömrəli məktubdan görünür ki, Gəncə Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsində barənizdə başlanılmış 00900- 00062/26 saylı inzibati xəta haqqında iş üzrə aparılan araşdırma zamanı məlum olmuşdur ki, tərəfinizdən Bolqarıstan Respublikasından ölkə ərazisinə gətirilmiş “ağac tingləri” yükünə dair mövcud qanunvericiliyə əsasən qısa idxal bəyannaməsi təqdim olunmalı olduğu halda qeyd olunan yük “Qırmızı Körpür” gömrük postundan ölkə ərazisinə gətirilərkən, gömük orqanına qısa idxal gömrük bəyannaməsi təqdim edilməmiş, bununla da qanunvericiliyin tələbləri pozulmuşdur. -xx.xx.2026-cı il tarixli raportdan görünür ki, Gəncə Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti mayoru X1 “19” fevral 2026-cı il tarixdə Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə təqsirli bilinən Azərbaycan Respublikası, Samux şəhəri Heydər Əliyev prospekti ünvanında qeydiyyatda olan hüquqi şəxs Şəxs MMC-nin barəsində başlanmış 00900-00062/26 saylijı inzibati xəta iş üzrə icraatı başa çatdırmışam. İşin icraatı zamanı Azərbaycan Respublikası, Samux şəhəri Heydər Əliyev prospekti ünvanında qeydiyyatda olan hüquqi şəxs Şəxs MMC-nin tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan hüquqpozmanın törədilməsinə dair kifayət qədər sübutlar toplanmışdır Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-ti tərəfindən onun ünvanına gələn yük gömrük ərazisinə gətirilməzdən əvvəl elektron qaydada qısa idxal bəyannaməsi gömrük orqanına təqdim olunmamışdır. Bununla da, Şəxs MMC-ti hüquqi şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC-ti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs MMC-ti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1500 (min beş yüz) manat cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №3(5-153)-221/2026
Samux Rayon Məhkəməsi Qərar — İş №3(5-153)-221/2026
16.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver