Məhkəmə qərarları › İş №3(5-153)-225/2026

Samux Rayon Məhkəməsi Qərar — İş №3(5-153)-225/2026

11.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(5-153)-225/2026 11.03.2026 SAMUX RAYON MƏHKƏMƏSİ X9 Əhməd oğlunun sədrliyi, Əhmədli İnal Söhrab oğlunun katibliyi, Samux rayon Prokurorluğunun nümayəndəsi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Samux rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs X2 məxsus fərdi yaşayış evinə 3865 manat dəyərində ziyan vurmuşdur. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Samux rayon Prokurorluğunun nümayəndəsi X7 bildirdi ki, Şəxs 28 iyun 2025-ci il tarixdər 29 iyun 2025-ci il tarixə keçən gecə Samux rayon, Burunqovaq kəndində onunla çəpər qonşuluqda yaşayan 1937-ci il təvəllüdlü X1 gecə saatlarında evinə gəlmiş, sonuncunun həyat üçün vacib orqanlarının yerləşdiyi nahiyyələrə çoxsaylı zərbələr endirərək X3 qəsdən həyatdan məhrum edib qəsdən öldürmüş, cinayət izlərini gizlətmək məqsədilə səhərə yaxın hadisə yerinə qayıdaraq evi bir neçə yerdən yandırmışdır. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda (beş min manatdan yuxarı olmayan məbləğ) inzibati xətasını törətmişdir. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, özünü təqsirli bilmir, X1 evini yandırmamışdır. Məhkəmədən barəsində yüngül inzibati tənbeh növü seçilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 sentyabr 2025-ci il tarixli 10/50xx-xx/5101 nömrəli rəyindən görünür ki, Samux rayon Burunqovaq kəndində X1 yaşadığı fərdi yaşayış evində yanğının mənbəyi, evin yaşayış otağının daxilində iki hissədə müstəqil və əlaqəsiz zonalarda olmuşdur. Onlardan biri otağa girişdən sağ tərəfdə çarpayının yerləşdiyi sahədə döşəmədə yuxarı (yataq dəstləri) səviyyəsində, digəri isə otağa girişdən üzbəüz çarpayının yerləşdiyi sahədə döşəmə səviyyəsində olmuşdur. Yanğın qeyd olunan mənbə zonalarından ətrafa geniş şəkildə inkişaf etməmişdir. Yanğın kənardan gətirilmiş alışdırma mənbəyinin təsiri ilə evin yaşayış otağı daxilində iki hissədə müstəqil və əlaqəsiz mənbə zonalarının yaranması(-dılması) nəticəsində baş vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası “X4” 08 yanvar 2026-cı ul tarixli 08 nömrəli qiymətləndirmə rəyindən görünür ki, aparılmış təqiqatlar nəticəsində Samux rayonu Burunqovaq kəndində yerləşən X2 məxsus çiy kərpicdən inşa edilməklə üzəri palçıqla suvanmış, eni 5.09 metr, uzunluğu 6.82 metr, hündürlüyü isə 3 metr olan fərdi yaşayış evinin 2025-ci ilin iyun ayı üçün orta bazar qiyməti 3.865.00 manat müəyyən edilir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərardaddan görünür ki, Samux rayonu, Burunqovaq kənd sakini Şəxs barəsində Azərbaycan Respublikası inzibati xəta xətalar məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32 və 33-cü maddələrinə əsasən Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. İXM-in 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona inzibati cərimə növündə tənbehin təyin edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli, yəni 3865 (üç min səkkiz yüz altmış beş) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar