Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(5-153)-93/2026 13.01.2026 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Məmmədova Sevinc İsa qızının katibliyi, Samux rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Daşkəsən rayonunda doğulmuş, orta təhsilli, evli, işləməyən, ünvan 1ində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 13 yanvar 2026-cı il tarixli protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında Samux Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 izahat verərək bildirdi ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1691/2015 saylı xx.xx.2015ci il tarixli icra sənədinə əsasən Şəxs 07 sentyabr 2015-ci il tarixdən başlayaraq 21 iyul 2005-ci il tarixdə anadan olmuş X1 üçün hər ay hər uşaq üçün 75 manat məbləğində alimenti X3 xeyrinə verilməsi qət edilmişdir. Borclu Şəxs həmin icra sənədi üzrə 6450 manat aliment borcu var. Mənafeyi üçün alimentin ödənilməli olduğu uşaq artıq yetkinlik yaşına çatıb, buna baxmayaraq aliment borcu borclu tərəfindən qəti şəkildə ödənilmir. Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq borcundan heç bir ödəniş etmir. Onun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, hal hazırda işsizdir, yenidən ailə həyatı qurub, həmin nikahdan olan övladı xəstəliyi səbəbindən müalicə alır, bu səbəblərdən aliment borcunu ödəyə bilmir. Məhkəmə tərəfindən ona vaxt veriləcəyi təqdirdə borcundan müəyyən məbləğdə ödəniş edəcək. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Ağdaş Rayon Məhkəməsinin 2(014)-1691/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Şəxs, 07 sentyabr 2015-ci il tarixdən başlayaraq 21 iyul 2005-ci il tarixdə anadan olmuş X1 üçün hər ay hər uşaq üçün 75 manat məbləğində alimentin X3 xeyrinə verilməsi qət edilmişdir. xx.xx.2015-ci il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, 2(014)-1691/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə borclu Şəxs Samux Rayon Məhkəməsinin icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. xx.xx.2025-ci il tarixli xəbərdarlıqların surətindən görünür ki, Şəxs icra sənədini icra etməyəcəyi təqdirdə inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbardarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu xx.xx.1982-ci il təvəllüdlü ünvan 1i ünvanında qeydiyyatda olan X6 barəsində axtarış edilmişdir Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Şəxs Ağdaş Rayon Məhkəməsinin 2(014)-1691/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədini qanunla müəyyən edilmiş müddətdə icra etməkdən boyun qaçırmış, icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməmiş, hazırda onun sözügedən icra sənədi üzrə 6450 manat aliment borcu var. Onun uzun müddətdir ki, borcundan heç bir ödəniş etməməsi icra sənədinin icrasından qərəzli şəkildə boyun qaçırdığını təsdiq edir. Məhkəmə hesab edir ki, Samux Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh edilməlidir. Azərbaycan Repubilkası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Araşdırma zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, inzibati xətanın aliment öhdəliyinin icra edilməməsindən irəli gəldiyini, onun törətdiyi inzibati xətaya münasibətini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyildir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli xx.xx.2026-cı il tarixdən saat 15:35-dən hesablansın. Qərarın icrası Samux Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №3(5-153)-93/2026
Samux Rayon Məhkəməsi Qərar — İş №3(5-153)-93/2026
13.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver