Məhkəmə qərarları › İş №3(5-153)-94/2026

Samux Rayon Məhkəməsi Qərar — İş №3(5-153)-94/2026

09.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Samux rayonu İş № 3(5-153)-94/2026 09.02.2026 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Məmmədova Sevinc İsa qızının katibliyi ilə, tələbkar X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Samux rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Samux Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X12 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 13.01 2026-cı il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda qeyd edilir ki, Samux Rayon Məhkəməsinin 8(058)-159/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə, Samux Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(058)-980/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunmuş, xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2013-cü il tarixdə anadan olmuş X1 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Şəxs X4 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Borclu Şəxs hazırda sözügedən icra sənədinə əsasən 1888 manat borcu var. Ona görə də onun barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə təqdim olunmuşdur. xx.xx.2026-cı il tarixində məhkəmə iclasında iştirak edən Samux Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X12 bildirdi ki, Samux Rayon Məhkəməsinin 8(058)-159/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadına əsasən Samux Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(058)-980/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği indeksasiya olunmuş, xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2013-cü il tarixdə anadan olmuş X1 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Şəxs X4 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Borclu Şəxs müvafiq qətnaməyə əsasən müəyyən olunmuş aliment üzrə borcundan hər ay mütəmadi olaraq ümumilikdə 400 manat ödəniş edir. Hal hazırda protokolda qeyd olunmuş borc məbləği aliment məbləğinin indeksasiya olunmasından sonra yaranmış borcdur. İndeksasiya ilə bağlı icra sənədi icraata xx.xx.2025-ci il tarixində daxil olmuşdur, icra sənədi üzrə tələbkar X4 müvafiq orqanlara çoxsaylı şikayətlər etməsi səbəbilə o, hazırki inzibati protokolu tərtib etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən icra sənədi üzrə tələbkar X7 bildirir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmənin müvafiq qətnaməsinə əsasən müəyyən edilmiş aliment üzrə borcundan hər ay 400 manat ödəniş edir, lakin hazırda məhkəmənin müvafiq qərardadına əsasən alimentin məbləği indeksasiya olunmuş və hər uşağa 472 manat aliment müəyyən olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə onun xahişi ilə məhkəmə tərəfindən verilmiş vaxt ərzində o, icra sənədi üzrə borcundan bir dəfə 300 manat, növbəti dəfə 200 manat pul ödəmişdir. Lakin o, yığılmış bütün aliment məbləğini tələb edir, əks halda Şəxs inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, Samux Rayon Məhkəməsinin 1(058)23/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilnərək 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını çəkib qurtardığı vaxtdan etibarən bu günədək hər ay icra sənədi ürzə borcundan 400 manat ödəniş edir. Hazırda məhkəmənin müvafqi qətnaməsinə əsasən ödədiyi alimentin məbləği Samux Rayon Məhkəməsinin müvafiq qərardadına əsasən ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində indeksasiya olunmuş və bunun nəticəsində hər uşağa 472 manat aliment ödəməli olmuşdur. Lakin o, fəhləliklə məşğul olur, qazancı çox az olur, qazandığı aylıq məvacibdən hər ay yalnız 400 manat məbləğdə aliment ödəməyə maddi imkanı çatır. Məhkəmə tərəfindən ona verilən vaxt ərzində borcundan bir dəfə 300 manat, növbəti dəfə 200 manat pul ödəmişdir, həmin pulları isə tanışından borc alaraq ödəmişdir. Onun icra sənədi üzrə borcunu ödəməkdən qətiyyən yayınmaq fikri yoxdur. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Samux Rayon Məhkəməsinin 8(058)-159/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Samux Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(058)- 980/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunmuş, xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2013-cü il tarixdə anadan olmuş X1 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Şəxs X4 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, 8(058)-159/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borclu X3 Samux Rayon Məhkəməsinin icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. xx.xx.2026-cı il tarixli xəbərdarlıqların surətindən görünür ki, X3 icra sənədini icra etməyəcəyi təqdirdə inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbardarlıq edilmişdir. Samux Rayon Məhkəməsinin 8(058)-147/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadın surətindən görünür ki, Samux Rayon Məhkəməsinin 2(058)-980/2018 saylı xx.xx.2018-ci il tarixli, icra sənədi üzrə borclu xx.xx.1989-cu ildə Samux rayon Sərkar kəndində anadan olmuş, Samux rayon Sərkar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarına əlavə edilmiş qəbzlərin surətindən görünür ki, borclu X5 tərəfindən tələbkar X6 xx.xx.2025-ci il tarixdə 350 manat, xx.xx.2025-ci il tarixdə 50 manat, xx.xx.2025-ci il tarixdə 300 manat, xx.xx.2026-cı il tarixində 100 manat, xx.xx.2026-cı il tarixində 300 manat və xx.xx.2026-cı il tarixində 200 manat ödəniş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs hərəkətlərində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şəxs Samux Rayon Məhkəməsinin 1(058)23/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilnərək 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və o, cəzasını çəkib qurtardığı vaxtdan etibarən bu günədək hər ay icra sənədi ürzə borcundan 400 manat ödəniş edir. Bu halı icra məmuru məhkəmə iclasında verdiyi izahatında təsdiq etmişdir. Məhkəmənin müvafqi qətnaməsinə əsasən Şəxs ödəməli olduğu alimentin məbləği Samux Rayon Məhkəməsinin müvafiq qərardadına əsasən ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində indeksasiya olunmuş və hər ay hər uşağa 472 manat aliment müəyyən olunmuşdur. Hazırda həmin qərardada əsasən verilmiş icra sənədi üzrə Şəxs aliment borcu yığılmış, lakin o, hər ay mütəmadi olaraq 400 manat aliment ödəməyə davam edir. Eyni zamanda onun xahişi ilə məhkəmə tərəfindən ona verilmiş vaxt ərzində aliment borcndan ümumilikdə 500 manat ödəniş etmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan bu hallar borclunun məhkəmə qətnaməsinin icrasından qərəzli şəkildə yayınmadığını təsdiq edir. Ona görə də məhkəmə, onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli olması qənaətinə gəlir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsində əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar