Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(5-154)-1/2026 16.01.2026 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-i tərəfindən qəbul edilmiş 02 oktyabr 2025-ci il tarixli, EQ seriyalı, 31044285 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X2 şikayətinə və ona əlavə edilmiş materiala baxaraq, müəyyənetdi: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-i tərəfindən qəbul edilmiş 02 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31044285 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2025-ci il tarixində, saat 13:18:23-də radələrində Quba rayonunda yerləşən yükləmə məntəqəsindən şebel materialı götürərək (yüklənərək) M-1 129 kilometrliyinin Şabran rayonu Mollakamallı kəndi ərazisində Mersedes Benz markalı, **-XE-*** D/N nişanlı ikioxlu yəhərli dartıcı və **-YC-*** D/N nişanlı üçoxlu özüboşaldan yarımqoşqu ilə hərəkətdə olarkən nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzilərin və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında (X10 X9 Kistler 9835a) AR İXM-nin 353.2-ci maddəsi ilə barəsində xx.xx.2025-ci il tarixli EQ31044285 №-li Qərarlı elektron inzibati xəta haqqında protokol tərtib edilmiş və protokol barəsində məlumat telefonuna elə həmin günü SMS vasitəsi ilə göndərilmişdir. Belə ki, o, Bakı istiqamətində hərəkətdə olarkən Siyəzən rayon Gil-Gilçay qəsəbəsi ərazisində telefonuna SMS gəlmiş və məlum olmuşdur ki, guya artıq yük aparmışdır. O, həmin an maşını saxlayıb qaynar xəttə (141) zəng vuraraq iradını bildirib, əlində yükləmə məntəqəsindən çıxarkən verilən tərəzi qəbzindəki yükün 39560 kq qeyd edildiyini və artıq yükün olmasının mümkünsüzlüyünü bildirmiş, onunla əlaqə saxlayan xanım şikayətinin qəbul olunmasını və ona cavab veriləcəyini bildirilmişdir. Məsələ həllini tapmadığı üçün, AYNA-nın Bakı şəhəri, Nərimanov rayonunda yerləşən baş ofislərinə yollanmış, orada ondan yazılı ərizə, tərəzinin yükü barəsində qəbzin əslini və digər sənədləri alaraq, 15 günə cavab veriləcəyini bildirmişlər. Lakin sonradan onun ünvanına rəsmi məktub göndərilmişdir. Məktubun məzmunundan məlum olur ki, guya onun idarə etdiyi avtomobilə münasibətdə icazə verilə bilən çəkini, yəni müəyyən olunmuş 40000 kq həddi aşmışdır. Bundan sonra hüquqşünasa müraciət edərək və onun məsləhəti ilə elə həmin günü, yəni xx.xx.2025-ci il tarixində, xx.xx.2025-ci il tarixli EQ31044285 №-li İnzibati tənbeh vermə haqqında elektron qərar qanunda nəzərdə tutulmuş sifarişli poçt vasitəsi ilə ona göndərilmədiyinə görə qərarı öz hesabına Siyəzən RPŞ-nin DYPB-dən müraciəti əsasında əldə etmişdir. Beleliklə, xx.xx.2025-ci il tarixli EQ31044285 №-li inzibati xəta haqqında elektron protokolun və qərarın məzmunundan, habelə video görüntülərə əsasən müəyyən olunur ki, idarə etdiyi nəqliyyat vasitəsində daşıdığı yükun çəkisi guya iddia etdiklərinə görə limit 40000 kq olduğu halda, çəki normadan artıq, yəni 51890 kq (yəni təxminən 12 tona yaxın) olmuş və bununla da ona AR İXM-nin 353.2-ci maddəsinə əsasən 600 manat inzibati cərimə tətbiq edilmiş və qanunsuz olaraq 120 manat əlavə dəbbə pulu (peniya) hesablanmışdır. Əvvəla Məhkəmənin diqqətinə çatdırır ki, 40000 kq münasibətdə faktiki yükün çəkisi 51890 kq., yəni təxminən 12 ton artıq olması ağıla batan deyil, belə ki, bu markalı özüboşaldan nəqliyyat vasitələri şeben materialını 52 ton yükləmək olmaz buna avtomaşının parametrləri və texnki imkanları icazə verməz. Bundan əlavə məhkəməyə təqdim edilən video görünrülərdən məlum olur ki, iki nəqliyyat vasitəsi kiçik ara məsafəsi və sürətlə elektron tərəzi quraşdırılan hissədən keçir, özlərinin də mülahizələrinə görə böyük etimalla, kiçik zaman kəsiyində elektron tərəzi hər iki avtomaşının yükünü ayrı-ayrılıqda dəqiqliklə qeydə ala bilməmiş, yəni elə bil iki nəqliyyat vasitəsinin yükləri qismən birləşdirilmişdir. Ona görə də tərəzi yükün normadan artıq olmasını qeydə almışdır. Yükləmə məntəqəsindən yükə dair verilmiş xx.xx.2025-ci il tarixli 53388 nömrəli tərəzi qəbzinə əsasən yükün çəkisinin (Brutto,kq) 39560 kq olduğu müəyyən edilir ki, bu da idarə etdiyi ikisi dartıcı olmaqla, beş oxlu özü boşaldan nəqliyyat vasitəsinin yük götürmə qabiliyyətini, yəni 40000 kq. limit həddini aşmadığını sübut edir. Habelə onu da qeyd edir ki, AR İXM-nin 127-1.3-cü maddəsini tələbinə görə əgər onun yükü normadan artıq olsaydı, bu maddənin tələbinə görə yük bölünən olduğundan nəqliyyat vasitəsi saxlanılb artıq yük boşaldılmalı idi. Lakin qeyd edir ki, xətanın baş verməsinin etimal edilən tarixdə onun avtomobili hər hası post tərəfində saxlanılmamış və artıq yükün boşaldılması halı baş verməmişdir. Hətta o, bir səlahiyyətli şəxs tapıb dərdini ona desə də şikayətinə baxan olmamışdır. Bu fakt da bir daha sübut edir ki, onun idarə etdiyi nəqliyyat vasitəsində yükün həcmi qanunda nəzərdə tutulmuş normadan artıq olmamışdır. Şikayət vermiş şəxs X3, qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinə, həmçinin Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qərardan şikayətə baxılması vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin şikayətçi məhkəmə iclasına gəlməmiş, eləcə də işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmiş, həmçinin qərarından şikayət verilən orqan və maraqlı şəxs nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə, İXM-nin 133.2.4-cü maddəsinə əsasən qərardan şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-i tərəfindən 02 oktyabr 2025-ci il tarixdə tərtib edilmiş EQ seriyalı, 31044285 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən X4 02 oktyabr 2025-ci il tarixdə, saat 13:18:23-də idarə etdiyi “X11 1840” yük markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Şabran rayonun Mollakamallı kəndi ərazisindən keçən Bakı-Quba yolunun 129-cu kilometrliyi ilə hərəkətdə olarkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi qaydalarını pozduğuna görə İXM-in 353.2-ci maddəsi ilə təqsirli bilinib 600 manat inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş “Tərəzi Qəbzi” başlıqlı 53388 saylı qaimədən görünür ki, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2025-ci il tarixdə saat 12:27:46-da tara çəkisi 12940 kiloqram, netto çəkisi 26620 kiloqram, brutto çəkisi 39560 kiloqram olmuş, həmin qəbzin üzərinə "xxxx" MMC adlı hüquqi şəxsin möhürü vurulmuş, qəbz imzalanmamışdır. İş materiallarından görünür ki, “X8” MMC tərəfindən "xxxx" MMC-yə məxsus elektron avtomobil təzəzisi üçün 0965/25 saylı sertifikat verilmişdir. İşdə olan Azərbaycan Yerüstü Nəqliyyat X5 ünvanlanmış müraciətinə baxılmasının nəticəsinə dair məktubdan müəyyən edilir ki, ona Şabran rayonun Mollakamallı kəndi ərazisindən keçən Bakı-Quba yolunun 129-cu kilometrliyi hissəsində quraşdırılmış elektron tərəzinin müvafiq qaydada yoxlanıldığı və “Ölçmə vasitələrinin yoxlanılması haqqında Şəhadətnamə” aldığı bildirilmiş və nəzərə alması xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 327- 1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 127-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar hərəkətdə olan nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzilərin və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada çıxarılır. Bütün elektron tərəzilər və foto və ya video qeydiyyat funksiyalarına malik texniki vasitələr, habelə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazələrin verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya edilməlidir. Həmin Məcəllənin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 52-ci bəndinə əsasən iriqabaritli nəqliyyat vasitəsi - ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları üçün müəyyən edilmiş qabarit parametr hədlərini aşan yüklü və ya yüksüz nəqliyyat vasitəsidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci bəndlərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, 104 nömrəli qərarının ümumi müddəalarının 3-cü bəndinə əlavə edilmiş 2 nömrəli cədvələ əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşquya malik olan avtomobilin ümumi kütləsi 40 ton həddi aşmamalıdır. Məhkəmə iş materiallarını və yuxarıda göstərilən qanunvericilik normalarını qarşılıqlı şəkildə təhlil edərək qeyd edir ki, xx.xx.2025-ci il tarixdə, saat 13:18:23-də idarə etdiyi “Mercedes Benz” yük markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Şabran rayonun Mollakamallı kəndi ərazisindən keçən Bakı-Quba yolunun 129-ci kilometrliyi ilə hərəkətdə olarkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən 40 ton kütlə parametrlərini 11890 kiloqram aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi qaydalarını pozmuş və bu hal 9835A X10 X9 vasitəsilə qeydə alınmış və həmin məlumatlar foto və videoçəkilişi ilə birlikdə Azərbaycan Respublikası DİN BDYP İdarəsinin elektron sisteminə inteqrasiya edilmişdir. Bundan sonra, X4 barəsində mübahisəli inzibati xəta haqqında elektron qərar qəbul edilmişdir. İXM-nin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə məsuliyyət müəyyən edilməsi göstərilmişdir. İşin araşdırılan hallarından müəyyən edilir ki, X4 tərəfindən İXM ilə yol verilən 5 faiz artıq yük kütləsi də aşılmış və onun çəkisi 51890 kiloqram olmaqla inzibati xətaya yol vermişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Xalid Abdulrəhimov şikayət ərizəsinə sübut kimi yalnız yükün yola çıxmazdan əvvəl ölçülməsi ilə bağlı “Tərəzi Qəbzi” başlıqlı 53388 saylı qaiməni əlavə etmiş, habelə həmin qaimənin avtomobilinə yük vurduğu karxananın tərəzisində çəkilərək verildiyi bildirilsə də, həmin tərəzinin lisenziyasının olub-olmaması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəməyə təqdim edilmiş “X8” MMC tərəfindən Tərəzi Qəbzi” başlıqlı 53388 saylı qaimənin möhüründə qeyd edilən "xxxx" MMC-yə məxsus elektron avtomobil təzəzisi üçün 0965/25 saylı sertifikatda isə onun etibarlı olduğunu şərtləndirən hər hansı məlumata rast gəlinməməklə bərabər, bu sertifikatdakı kalibrlənmənin nəticələrinin yalnız kalibrlənmənin icra olunduğu tarixdə cihazın vəziyyətinə aid olduğu qeyd olunmuşdur. Məhkəmə şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, X2 şikayətində irəli sürdüyü dəlillər onun subyektiv mülahizələrinə əsaslanmaqla onun tərəfindən dəlillərini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bununla belə iş materiallarında olan mötəbər sübut və sənədlərə əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Bu mənada, qeyd olunur ki, inzibati xəta haqqında qərarla gəlinmiş nəticənin şübhə altına alınaraq, qərarın ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunan Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-i tərəfindən qəbul edilmiş 02 oktyabr 2025-ci il tarixli, EQ seriyalı, 31044285 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi üçün əsas olmadığına və X1nun göstərdiyi xüsusatlar mötəbər sübutlara əsaslanmamaqla öz təsdiqini tapmadığına görə onun şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin 02 oktyabr 2025-ci il tarixli, EQ seriyalı, 31044285 saylı qərarının ləğv edilməsi barədə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X4 tərəfindən verilmiş şikayət təmin edilməsin, qərar dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində nəzərdə tutulmuş hazırkı qərardan şikayət vermə hüququ olan şəxslər tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Günel Quluzadə
Məhkəmə qərarları › İş №3(5-154)-1/2026
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(5-154)-1/2026
16.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver