Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(5-154)-68/2026 06.02.2026 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakimi Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxs Siyəzən rayon X8 yol polis bölməsi baş inspektoru X1 iştirakları ilə, xx xxx 1990-cı il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs (fərdi identifikasiya nömrəsi xxxxxxx) barəsində barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 332.1, 332.2 və 332.4-cü maddələri ilə Siyəzən rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyənetdi: Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan 27 oktyabr 2025-ci il tarixdə, saat 12:30 radələrində arvadı Zərərçəkmiş şəxs məxsus “Toyota Carolla minik” markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Siyəzən rayonunun Dağ Quşçu kəndi ərazisində hərəkətdə olarkən idarə etməni itirməsi səbəbindən yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə özü ağır bədən xəsarəti almaqla bərabər sözügedən avtomobilə 8240 manat məbləğində maddi zərər dəymiş və barəsində Siyəzən rayon X8 yol polis bölməsi baş inspektoru X4 tərəfindən 30 yanvar 2026-cı il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunub baxılması üçün Siyəzən Rayon Məhkəməsinə təqdim olunmuşdur. Zərərçəkmiş şəxs inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin, o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İXM-nin 112.1.4-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Siyəzən rayon X8 yol polis bölməsi baş inspektoru X4 tərtib etdiyi protokolun məzmununa uyğun, eyni məzmunlu izahat verərək bildirdi ki, sözügedən yol-nəqliyyat hadisəsi 27 oktyabr 2025-ci il tarixdə Siyəzən rayonunun Dağ Quşçu kəndi ərazisində baş vermişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs “Toyota Carolla minik” markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomobil ilə sözügedən kəndə müəllim işləyən arvadı Zərərçəkmiş şəxs evə gətirmək üçün gedən zaman sərt döngədə qarşısına maneə çıxmış, həmin an birinci idarəetməni itirərək, avtomobili yolun kənarına aşırmışdır. Həmçinin, hadisə nəticəsində Şəxs xəsarət aldığına görə ilkin araşdırma rayon Polis Şöbəsinin istintaq bölməsində aparılmış və istintaqın sonuncu qəbul edilmiş qərarı əsasında hazırki protokol tərtib edilərək, baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, “Toyota Carolla minik” markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomobili ötən ilin mart ayında almaqla arvadı Zərərçəkmiş şəxs adına rəsmişləşdirsə də, nə onun, nə də ki arvadının sürücülük hüququ yoxdur. Beləliklə, sözügedən avtomobili ilə Siyəzən rayonunun Dağ Quşçu kəndi ərazisində hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törətmiş və bu zaman ağır bədən xəsarəti almışdır. Həmçinin, hadisədən dərhal sonra, təcilli tibbi yardıma zəng etməklə yanaşı, hadisə barədə rayon Polis Şöbəsinə özü məlumat vermişdir. Eyni zamanda, hadisə zamanı avtomobildə tək olmuş və həmin vaxt avtomobilin texniki pasportu itmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş vəzifəli şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını iş materialları ilə birlikdə tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.1 və 332.2-ci maddələri ilə təqsirli bilinərək həmin maddələr ilə inzibati məsuliyyətə cəlb edilməli, sonuncu barəsində İXM-nin 332.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Siyəzən Rayon Polis X3 müstəntiqi X7 11 dekabr 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, habelə sonuncu barəsində Azərbaycan Respublikası İXM-nin 332.1, 332.2 və 332.4-cü maddələri, həmçinin zərərçəkmiş Zərərçəkmiş şəxs barəsində İXM-nin 335.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Siyəzən RPŞ-nin DYP bölməsinə göndərilmişdir. İşdə olan 30 yanvar 2026-cı il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, hazırki iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 335.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X10 məhkəmə-tibb ekspertizasının 06 noyabr 2025-ci il tarixli, 539/MEŞ nömrəli rəyindən görünür ki, Şəxs bədənində qeyd olunan xəsarətlər travmatik şokla müşayiət olunan sağ tərəfli hemotoraks, sağdan X, Xİ qabırğaların, sol körpücük sümüyünün, Xİİ döş fəqərəsinin cisminin, İİ bel fəqərəsinin sağ köndələn çıxıntısının sınıqları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmiş, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. İş materiallarından görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə izahat verərək göstərmişdir ki, Şəxs ilə 11 ildir ki, evlidir. O, Siyəzən rayonu, Dağquşçu kəndində yerləşən məktəbdə müəllim işləyir. Həftənin 4 günü dərsə gedir. Marşrutla gedib gəlmək çətinlik yaratdığı üçün onlar “Toyota Corolla” markalı ** EY *** dövlət qeydiyyat nişanlı avtomobili almış, avtomobil onun adına rəsmiləşdirilmişdir. Lakin nə onun, nə də Samirin sürücülük vəsiqəsi olmamış, ona görə də o, Samirin adına etibarnamə verə bilməmişdir. Hazırda Samirdən hər hansı şikayət və tələbi yoxdur. İş materiallarında olan Siyəzən rayon qeydiyyat şöbəsi tərəfindən 27 avqust 2014cü il tarixdə verilmiş AZ-l seriyalı, 929115 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Şəxs ilə X2 arasında 27 avqust 2014-cü il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 27 avqust 2014-cü il tarixdə 136 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ər öz soyadında qalmış, arvada isə "Nəzərova" soyadı verilmişdir. İş materiallarında olan elektron sistemdən çıxarışdan görünür ki, qeydiyyat nömrəsi BD 786115, qeydiyyat nişanı ** EY ***, qırmızı rəngli, “Toyota Carolla minik” markalı avtomobilin sahibi Zərərçəkmiş şəxsdır. İş materiallarında olan 05 yanvar 2026-cı il tarixli ziyan aktından görünür ki, “Toyota Carolla minik” markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 8240 manat təşkil etmişdir. Azərbaycan Respublikası İXM-nin 34-cü maddəsinin İ, İİ və İİİ hissələrinin tələblərinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xəta haqqında protokolun tərtib edilməsi eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə baxılmasının məhkəmənin səlahiyyətinə aid olduğu müəyyən edildikdə, inzibati xəta haqqında iş üzrə icraatı başlamış və protokol tərtib etmiş müvafiq səlahiyyətli orqan (vəzifəli şəxs) prosessual qənaət prinsipinin qorunması və işlərə qanunvericiliklə nəzərdə tutulmuş müddətlər çərçivəsində baxılmasının təmin edilməsi məqsədi ilə bir neçə inzibati xəta haqqında işi (protokolu) bir icraatda birləşdirərək məhkəməyə göndərməkdə haqlıdır. Məhz buna görə İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi bir neçə inzibati xətaya dair işlərin məcmusunun hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni vaxtda baxılmasını nəzərdə tutur. Həmin Qərarda həmçinin göstərilmişdir ki, şəxsin eyni vaxtda törətdiyi (bir hərəkətlə ideal məcmu yaradan) bir neçə inzibati xətaya dair işlərə baxılması müxtəlif orqanların səlahiyyətlərinə aid olduqda, bu işlərin eyni vaxtda, eyni orqan tərəfindən baxılmasının mümkünlüyü məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir. Yuxarıda qeyd olunduğu kimi, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Azərbaycan Respublikası İXM-nin 43-cü maddəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 795 saylı Fərmanının 5.1-ci bəndinin tələblərindən görünür ki, İXM-nin 332.1-332.3-cü maddələri üzrə inzibati işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxdığı halda 332.4-cü maddəsinə baxılması məhkəmənin səlahiyyətlərinə aid edilmişdir. İşin araşdırılan hallarından müəyyən edilir ki, tərtib edilmiş inzibati xəta haqqında protokolda şəxsin eyni vaxtda və eyni əməllə Azərbaycan Respublikası İXM-nin bir maddəsinin müxtəlif hissələri ilə, yəni İXM-nin 332.1, 332.2 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyi qeyd olunmuşdur. İXM-nin 332.4-cü maddəsinin tələblərinə əsasən bu maddə ilə inzibati məsuliyyət yaranması üçün Bu Məcəllənin 332.4-cü maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması halı mövcud olmalıdır. Yəni şəxs 332.4-cü maddəsi ilə təqsirli hesab olunarsa onda həm də 332.2-ci maddəsi ilə təqsirli hesab edilməsi istisna edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, bir maddənin müxtəlif hissələri ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlər bir-biri ilə əlaqəli olduğundan və əməlin tövsif edilməsi ehtimalı olduğundan həmin xətalara birlikdə baxılmalıdır. Əks halda qeyd olunan bu hal prosessual qənaət prinsipinin pozulması, işə vaxtında baxılıb qərar qəbul edilməsi və şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə görə daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməsi prinsipləri pozula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. İşin araşdırılan hallarından görünür ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs və Zərərçəkmiş şəxs 27 avqust 2014-cü ildən rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikah dövründə-2025-ci ilin mart ayında “Toyota Carolla minik” markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomobil əldə etmiş, avtomobili qarşılıqlı razılıq əsasında Zərərçəkmiş şəxs adına rəsmiləşdirmişlər. Qeyd olunan bu fakt barəsində inzibati iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxslərin izahatları ilə öz təsdiqini tapır. Göründüyü kimi baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərər dəymiş “Toyota Carolla minik” markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomobil barəsində inzibati iş üzrə icraat aparılan Şəxs və Zərərçəkmiş şəxs ümumi birgə mülkiyyətindədir. Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin tələblərinə əsasən bu maddə ilə inzibati məsuliyyət yaranması üçün Bu Məcəllənin 332.4-cü maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması halı mövcud olmalıdır. Hazırki işin araşdırılan hallarından da göründüyü kimi, yol-nəqliyyat hadisəsi nəticəsində maddi zərər “Toyota Carolla minik” markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş, həmin avtomobil zərərçəkmiş şəxsə məxsus olmaqla yanaşı, həm də barəsində inzibati iş üzrə icraat aparılan şəxsə məxsus olmuş, həmin əmlak üzərində hər hansı paylar müəyyən edilməmişdir. Ona görə də hazırki halda avtomobilə dəymiş zərərə münasibətdə zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs və ya Şəxs özünün çıxış etdiyi müəyyənləşdirilə bilmir. Həmçinin zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi halı da mövcud deyildir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından inzibati iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə barəsində inzibati iş üzrə icraat aparılan Şəxs İXM-nin 332.1 və 332.2ci maddəsi ilə təqsirləndirilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İXM-nin 332.1 və 332.2-ci maddəsinin tələblərinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi inzibati məsuliyyət yaradan haldır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 iyul 2023-cü il tarixli qərarında formalaşdırdığı mövqeyə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun normaları qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olmadığı hallarda, nəqliyyat vasitəsinin etibarnaməsiz idarə edilməsi (ərarvadın ümumi mülkiyyət hüququna dair şəhadətnaməsinin olduğu hallar istisna olmaqla) həmin Məcəllənin 332.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə səbəb olur. Göründüyü kimi, “Toyota Carolla minik” markalı, ** EY *** dövlət qeydiyyat nişanlı avtomobil barəsində inzibati iş üzrə icraat aparılan Şəxs və Zərərçəkmiş şəxs ümumi birgə mülkiyyətində olsa da, ər-arvadın ümumi mülkiyyət hüququna dair şəhadətnaməsi mövcud olmamış, maşının faktiki mülkiyyətçisi Zərərçəkmiş şəxs tərəfindən Şəxs avtomobilin idarə edilməsinə dair hər hansı etibarnamə verilməmişdir. Həmçinin Şəxs sürücülük vəsiqəsi olmamaqla bərabər, nəinki Zərərçəkmiş şəxs məxsus avtomobilin, hətta heç bir avtomobili idarə etmək hüququ olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iş materiallarında olan biri digərini tamamlayan sübutlarla barəsində inzibati iş üzrə icraat aparılan Şəxs İXM-nin 332.1 və 332.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam şəkildə sübuta yetirildiyindən o, həmin maddələr ilə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllnin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə iki yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə olan Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü Zəhra və xx.xx.2017-ci il təvəllüdlü Ülvi adında iki azyaşlı övladı vardır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs gənc yaşda olması, himayəsində iki azyaşlı uşağının olması, həmçinin baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində onun sağlamlığına ağır zərər dəyməsi, həmçinin maddi ziyana uğraması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə barəsində inzibati iş üzrə icraat aparılan şəxs barəsində təyin olunacaq inzibati tənbehin növünü seçərkən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini ağırlaşdıran halların olmamasını, yuxarıda sadalanan yüngülləşdirən halların olmasını nəzərə alaraq, Şəxs İXM-nin 332.1 və 332.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.2-ci maddələri ilə təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə, ona 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Günel Quluzadə
Məhkəmə qərarları › İş №3(5-154)-68/2026
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(5-154)-68/2026
06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver