Azərbaycan Respublikası adından QƏRAR Siyəzən Rayonu İş № 3(5-154)-94/2026 24.02.2026 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Siyəzən Rayon Məhkəməsinin hakimi Quluzadə Günel Cəbrayıl qızı, 16 avqust 1993-cu il tarixdə Siyəzən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Siyəzən rayonu, Zarat kəndində qeydiyyatda olan Rüstəmzadə X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 529.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Sabunçu rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Sabunçu rayon Polis İdarəsindən daxil olmuş 23 yanvar 2026-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta protokoldan və inzibati xəta haqqında iş materialından görünür ki, Rüstəmzadə X2 Azərbaycan Respublikası İXM-nin 329.3-cü və 332.1-ci maddələri ilə təqsirli bilinərək, barəsində tərtib edilmiş İXP ******* saylı protokola müvafiq olaraq, inzibati tənbeh olunmasına dair 28 sentyabr 2025-ci il tarixli, TP ******* saylı qərarı qanuni qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində icra etməmişdir. Məhkəmə, Rüstəmzadə X1 barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Rüstəmzadə X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, “AsanPay” ödəniş portalının çıxarışının surətindən müəyyən edildi ki, İXP ******* saylı qaimə ödənilməklə, mövcud olmamışdır. Azərbaycan Respublikası İXM-in 106-cı maddəsinin İV hissəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin icraatını rədd edən halların mövcudluğu məsələsini həll edir. İXM-nin 529.3-cü maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Beləliklə məhkəmə hesab edir ki, Rüstəmzadə X2 İXP ******* saylı protokola müvafiq olaraq, inzibati tənbeh olunmasına dair 28 sentyabr 2025-ci il tarixli, TP ******* saylı qərar üzrə cəriməsini tam olaraq ödədiyindən onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xəta Məcəlləsinin 529.3-cü maddəsini rəhbər tutaraq, hakim qəraraaldı: Rüstəmzadə X2 barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Siyəzən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Quluzadə
Məhkəmə qərarları › İş №3(5-154)-94/2026
Siyəzən Rayon Məhkəməsi Qərar — İş №3(5-154)-94/2026
24.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver