Məhkəmə qərarları › İş №3(5-155)-1/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(5-155)-1/2026

05.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(5-155)-1/2026 05.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında materialın Azərbaycan Respublikası İXM-in 106-cı maddəsinə müvafiq olaraq baxılması üçün hazırlanması zamanı müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokol düzgün tərtib edilməmişdir. Belə ki, inzibati xəta haqqında protokola əsasən Şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(060)-6119/2017 saylı, xx.xx.2021-ci il tarixli 2(060)- 6812/2021 saylı və xx.xx.2023-cü il tarixli 3(060)-2176/2023 saylı icra sənədlərini üzrsüz səbəbdən icra etməmişdir. Göründüyü kimi İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol həm mülki işlər üzrə icra sənədlərinin, həm də inzibati tənbeh vermə haqqında qərarın icra edilməməsinə görə tərtib edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, inzibati tənbeh vermə haqqında məhkəmə qərarının icra edilməməsinə görə xüsusi norma (İXM-in 529.2-ci maddəsi) mövcud olduğu halda, həmin məsələ ilə bağlı da protokol İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən hal inzibati xəta haqqında protokolun düzgün tərtib edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında material natamam olduğundan geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar