Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-10/2026 02.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Sumqayıt şəhər DYPŞ Yol patrul xidməti inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, evli, fərdi sahibkar, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2şayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə 18 dekabr 2025-ci il tarixli İXP7684191 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. xx.xx.2026-cı il tarixində keçirilən məhkəmə iclasında Şəxs bildirmişdir ki, protokolda qeyd olunan ünvanda yaşayır. Həmin gün evinə getmək üçün mobil tətbiq vasitəsilə ayıq sürücü çağırmışdı. Ayıq sürücü avtomobili evinin qapısına yaxın saxlamış, sonra getmişdir. Özü isə evinin idarəetmə qurğusu ilə işləyən jalüzlü qapısını açmaq üçün avtomobilindən düşmüş, qapı açdıqdan sonra avtomobilini döndərib içəri salmaq istəyərkən yol polisi əməkdaşı tərəfindən saxlanılmışdır. Qeyd edir ki, avtomobili içkili vəziyyətdə sürmək istəsəydi, ayıq sürücü çağırmazdı. Cəriməni ödəməyə razıdır. Onun evi Yaşıldərə yaşayış massivində qamışlıq deyilən yerə yaxın məsafədə yerləşir. Ayıq sürücü ilə bağlı tətbiqə şikayət edib. Yol polisi əməkdaşı ayıq sürücü getdikdən 2 dəqiqə sonra gəlmişdir. xx.xx.2026-cı il tarixində keçirilən məhkəmə iclasında Şəxs bildirmişdir ki, hadisə YPX inspektorunun bildirdiyi kimi baş verib. Avtomobili ilə hərəkət edərkən nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən spirtli içki təsirində olub. Məhkəmədən nəqliyyat vasitəsi idarə etməklə gəlir əldə etdiyini nəzərə alınmasını, barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Sumqayıt şəhər DYPŞ Yol patrul xidməti inspektoru X2 bildirmişdir ki, Yaşıldərə yaşayış massivində xidmət apararkən qeyd olunan nəqliyyat vasitəsi tərəfindən saxlanılmış və sürücünün alkotester cihazı vasitəsilə yoxlanılmasından sonra spirtli içki qəbul edərək avtomobil idarə etdiyi aşkarlanmışdır. Bundan sonra nəqliyyat vasitəsi duracağa təqdim edilmişdir. Qeyd edir ki, ayıq sürücünü görməyib. Həmin yerdən sürücünün evinə qədər təxmini 10 km məsafə var idi. Sürücü dayanan vəziyyətdə deyil, hərəkətdə olarkən saxlanılıb. Protokolu müdafiə edir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol, xüsusi texniki vasitənin göstərici və digər iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında 18 dekabr 2025-ci il tarixli İXP7684191 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 04:25-də “X4” markalı **- SL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkət qaydalarını pozduğu üçün saxlanılmış və saxlanılan zaman sərxoş olması müəyyən edilmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərmək haqqında 00033 saylı protokoldan görünür ki, həmin tarixdə Şəxs alkoqol sərxoşluğu vəziyyətində olmuşdur (0,409 faiz). İş materiallarında olan Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2025-ci il tarixində Yaşıldərə yaşayış massivində idarə edərkən yol polisi tərəfindən saxlanıldı. Nəfəsindən spirt qoxusu gəldiyi üçün alkotester vasitəsilə yoxlanıldı və onda sərxoşluq vəziyyəti aşkar edildi. Qeyd edir ki, spirtli içki qəbul etmişdi. 17-ci mikrorayon Yaşıldərə yaşayış massivinədək avtomobilini ayıq sürücü idarə etmişdi, ünvanına 10 metr qalmış özü idarə edib. İş materiallarında olan “Alcovisor Jupiter X”-in nəticəsindən görünür ki, Şəxs 0,409 faiz alkoqol qəbulu aşkarlanmışdır. İş materiallarında olan avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobil duracağa təqdim olunmuşdur. Məhkəmə qeyd edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə birgə həmin Məcəllənin 329.3-cü maddəsi də qeyd edilmişdir. Lakin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə olan inzibati xəta haqqında işlərə baxılması məhkəmənin səlahiyyətinə aid edilməmişdir, ona görə də məhkəmə indiki iş üzrə yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxmalıdır. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 795 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs sürücülük fəaliyyəti ilə məşğul olması barədə hər hansı sübut iş materiallarında mövcud olmasa da, idarə etdiyi nəqliyyat vasitəsinin (Ford Transit) kommersiya məqsədli istifadə edilməsi, həmçinin onun nəqliyyat vasitəsini idarə etməklə gəlir əldə etməsi məzmunundakı izahatı, bundan başqa xüsusi texniki vasitədə şəxsin alkoqol göstəricisinin 0,409 promil olması nəzərə alınmalıdır. Bununla da, inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(5-155)-10/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-10/2026
02.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver