Məhkəmə qərarları › İş №3(5-155)-125/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(5-155)-125/2026

19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(5-155)-125/2026 19.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Sumqayıt ŞPİ-nin X3 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında materialın Azərbaycan Respublikası İXM-in 106-cı maddəsinə müvafiq olaraq baxılması üçün hazırlanması zamanı müəyyən etmişdir ki, inzibati xəta haqqında iş üzrə materiallar natamamdır və işə baxılarkən onu tamamlamaq mümkün deyil. Belə ki, yol-nəqliyyat hadisəsinin video görüntüləri (cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda yol-nəqliyyat hadisəsinin video görüntülərinin də olması qeyd edilmişdir) məhkəməyə göndərilmiş iş materiallarına əlavə edilməmişdir. Bundan əlavə zərərçəkmiş şəxslərdən X1 azyaşlı olmasına baxmayaraq (2019-cu il təvəllüdlü) onun qanuni nümayəndəsi barədə iş materiallarına hər hansı sənəd əlavə edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, hazırki iş daha öncə də məhkəməyə göndərilmiş və Sumqayıt Şəhər Məhkəməsinin 29 dekabr 2025-ci il tarixli qərardadı ilə materialların natamamlığı səbəbindən geri qaytarılmışdır. Həmin qərardadda qeyd edilən natamamlıqların bir qismi aradan qaldırılsa da, yuxarıdakı iki abzasda qeyd edilən natamamlıqlar yenə də aradan qaldırılmamışdır. Azərbaycan Respublikası İXM-in 63.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir. Azərbaycan Respublikası İXM-in 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxılmağa hazırlanması zamanı işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmaması məsələsini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə üzrə hazırki qərarın təsviri-əsaslandırıcı hissəsinin 3-5-ci abzalarında qeyd edilən natamamlıqlar olduğundan, mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Sumqayıt ŞPİ-nin X3 Şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Sumqayıt ŞPİ-nin X3 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar