Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-138/2026 19.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1980-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Quba rayonunda yaşayan FİN (xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X9 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 19 yanvar 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Quba rayon Məhkəməsinin 2(027)-390/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu Şəxs 6348 manat aliment borcunu üzrsüz səbəbdən ödəmir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X9 bildirmişdir ki, Quba rayon Məhkəməsinin 2(027)-390/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi ilə Zərərçəkmiş şəxs ilə X3 birgə nikahından 25 yanvar 2013-cü il tarixdə doğulmuş X7 və 19 may 2016-cı il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 15 dekabr 2022-ci İİ tarixdən cavabdeh X1 hər uşağa görə ayda 150 (bir yüz əlli) manat olmaqla, iki uşağa görə hər ay 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Tələbkar İcra İdarəsinə rəsmi şəkildə müraciət edərək borcunu tam şəkildə tələb etdiyini bildirmişdir. Borclu İcra İdarəsinə dəvət olunmuş, izahatı alınmış və borcunu tam şəkildə ödəyə bilməyəcəyini bildirmişdir. Borclu sonuncu dəfə yanvar ayından borcundan 40 manat ödəmişdir. Beləliklə, borclunun 6348 manat borcu var. Tələbkarla hazırda telefon vasitəsilə əlaqə qurulmuş və borcunu tam şəkildə tələb etdiyini bildirmişdir. Buna görə də, məhkəmədən tərtib etdiyi protokolun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, taksi fəaliyyəti ilə məşğuldur. Qış ayları olduğu üçün aylıq gəliri çox aşağıdır və təxmini 200-400 manat aralığındadır. O, övladlarına baxır və onları geyimlə, ərzaqla təmin edir. Lakin son aylarda işinə görə az qazanc əldə edir. Aliment borcunu ödəməli olduğunu bilir. Hər ay 300 manat aliment borcunu ödəyə bilməsə də, 200 manat ödəyir. Borc məbləği ilə razıdır. Sonuncu dəfə yanvar ayında 40 manat ödəniş edib. Tələbkarla belə razılığa gəlib ki, ona hər həftə 40 manat ödəniş edəcək. Məhkəmədən ona güzəşt edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt Regional Vəkil Bürosunun vəkili X8 bildirmişdir ki, borclu icra məmurunun çağırışlarına gəlib. Az miqdarda borcundan ödəniş etsə də, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını nəzərə alaraq güzəşt olunmasını və həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-390/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə Şəxs oğunun birgə nikahından 25 yanvar 2013-cü il tarixdə doğulmuş X7 və 19 may 2016-cı İİ tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 15 dekabr 2022-ci İİ tarixdən cavabdeh X2 hər uşağa görə ayda 150 (bir yüz əlli) manat olmaqla, iki uşağa görə hər ay 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. İş materiallarında olan xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Quba rayon Məhkəməsinin 2(027)-390/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Borclu qərarla xx.xx.2023-cü il tarixdə tanış olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borcludan icra sənədində göstərilən tələbi icra etməyi xahiş olunmuşdur. Borclu xx.xx.2023-cü il tarixdə bildirişlə tanış olmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, icra sənədi üzrə ona borclu tərəfindən heç bir ödəniş olunmamışdır. 2024-cü ilin 4 ayı borclu Qubada onlarla birlikdə yaşamışdır. İş materiallarında olan Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, işsizlik səbəbindən icra sənədi üzrə tələbi tam şəkildə yerinə yetirə bilmir. Borcu 7228 manat deyil. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, borclu tərəfindən ona heç bir ödəniş edilməmişdir. 2024-cü ilin iyun, iyul, avqust, sentyabr aylarında borclu onlarla birlikdə Qubada yaşamışdır. Bu dövr ərzində onların ərzaq ehtiyacları ödənilmişdir. Həmin dövrün aliment borcunun silinməsinə etiraz etmir. İş materiallarında olan “Elektron İcra” İnformasiya Sistemindən əldə edilmiş çıxarışa əsasən, Şəxs əmək haqqı, pensiya, təqaüd və s. gəlirləri tapılmamışdır. İş materiallarında olan Şəxs xx.xx.2026-cı il tarixli izahatından görünür ki, iş taparsa, borcunu tam ödəyə bilər. İcra sənədi üzrə tələbi tam şəkildə icra etməməyinin səbəbi taksi işləməsi və qazancının az olmasıdır. Hazırda borcunu tam şəkildə ödəyə bilmir. Məhkəmə iş materiallarına və tərəflərin izahatına əsasən müəyyən etmişdir ki, borclu tərəfindən icra sənədi tam icra edilməmiş, nəticədə kifayət qədər yüksək məbləğdə (6348 manat) aliment borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, az miqdarda ödənişlərin həyata keçirilməsi, borclunun gəlirinin az olması nəzərə alınmalı hallar olsa da, şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsas deyil. Belə ki, hər ay natamam ödənişlərin edilməsi, ödənilməyən borc məbləğin daha da artmasına səbəb olmuş, nəticə icra sənədi üzrsüz səbəbdən icra edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddəsinə əsasən Şəxs əməlində yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli xx.xx.2026-cı il, saat 16.00-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X4 məhkəmədə iştirak etdiyi 03 (üç) saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli xx.xx.2026-cı il, saat 16.00-dan hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 göstərdiyi 03 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(5-155)-138/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-138/2026
19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver