Məhkəmə qərarları › İş №3(5-155)-162/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-162/2026

22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-162/2026 22.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin X7 Şöbəsinin yol-nəqliyyat hadisələri üzrə inspektoru, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2003-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, Sumqayıt ŞPİnin 3-cü PB-nin sahə rəisi vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tərtib edilmiş 22 yanvar 2026-cı il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. 22 yanvar 2026-cı il tarixli, İXP seriyalı ******* nömrəli protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 13:10-da nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “MERCEDES BENZ E220 CDİ MİNİK” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 2012-ci il təvəllüdlü X3 yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin X7 Şöbəsinin yol-nəqliyyat hadisələri üzrə inspektoru X4 tərtib etdiyi protokola uyğun izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 13:10 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “MERCEDES BENZ E220 CDİ MİNİK” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri S.Vurğun küçəsi ilə hərəkət edərkən anidən qarşısına çıxan piyadanı vuraraq yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Təhqiqat Şöbəsindən daxil olmuş material baxılması üçün Sumqayıt ŞPİ-nə göndərilmiş və Şəxs barəsində İXM-nin 332.4cü maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Protokolu müdafiə edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, iş üzrə özünü təqsirli bilir. Hadisə YPX inspektorunun qeyd etdiyi kimi olmuşdur. Hadisə baş verən vaxt oraya xidməti tapşırığı yerinə yetirmək üçün getmişdi. Telefonuna atılan mesaja baxdığı üçün başı qarışmış, nəticədə anidən qarşısına çıxan piyadanı vurmuş, əyləci sıxsa da, avtomobili saxlaya bilməmişdir. Zərərçəkmişin bütün xəstəxana xərclərin qarşılayıb və ona qarşı hər hansı şikayət və ya tələb yoxdur. Məhkəmədən özünü təqsirli bilməsini və bir daha belə halları təkrarlamayacağının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi özünü etirafedici izahatı, həmçinin inzibati xəta haqqında protokol və digər iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 22 yanvar 2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 14:00-da nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “MERCEDES BENZ E220 CDİ MİNİK” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 2012-ci il təvəllüdlü X3 yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Şəxs izahatında bildirmişdir ki, mənim Mercedes Benz E 220 markalı **-DN-*** avtomobili idarə etməyə dair etibarnaməsi olsa da, lakin sürücülük vəsiqəsi yoxdur. xx.xx.2025-ci il tarixdə təxminən saat 13:10 radələrində idarə etdiyi avtomobillə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi ilə üzü Sumqayıt şəhəri istiqamətində təxminən 60-70 km sürətlə hərəkətdə olan zaman "Tess 1" adlanan ərazidə bir anlıq başı mobil telefona qarışdığından yolun sağ kənarı ilə hərəkətdə olan piyadanı avtomobilinin qabaq sağ hissəsi ilə ehtiyatsızlıqdan vurdu. Həmin vaxt piyada zərbənin təsirindən bir qədər irəliyə doğru yerə yıxıldı, o isə dərhal avtomobili sağ kənar hissəyə çəkib avtomobildən endi, piyadanın vəziyyəti ilə maraqlandı, 103 xidmətinə zəng edərək hadisə barədə məlumat verdi, bir qədər sonra isə hadisə yerinə TTYS avtomobili yaxınlaşdı və onu müayinə olunmaqdan ötrü xəstəxanaya çatdırdılar. Hadisə baş verən zaman spirtli içki, narkotik vasitə və s. təsiri altında olmamış, hadisə zamanı avtomobildə tək olmuş, hadisə ehtiyatsızlığı səbəbindən baş vermişdir. İş materiallarında olan X2 xx.xx.2025-ci il tarixli izahatından görünür ki, xx.xx.2025ci il tarixdə saat 13:10 radələrində S.Vurğun küçəsi ilə piyada hərəkətdə olan zaman anidən arxasından gələn modelini vəmarkasını xatırlamadığı onu ehtiyatsızlıqdan vurdu. Həmin vaxt xəsarət aldığından sonrakı baş verənlər barədə heç nə xatırlamır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 1971 nömrəli rəyindən görünür ki, X2 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: QKBT. Baş beynin yüngül dərəcəli əzilməsi. Sağ alın payında mm-lik subdural hematomasqsağ baldırın yuxarı 1\3-nin ön səthinin yarası. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkənin müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə yəni 16.12.25-ci il tarixdə YNH-si zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar