Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(5-155)-18/2026 07.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlu, Azərbyaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ32009693 saylı elektron inzibati tənbeh vermə haqqında qərarından X1 şikayətinə işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏN ETDİ : X2 şikayətlə məhkəməyə müraciət edərək, Azərbyaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ32009693 saylı elektron inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iş baxılması üçün ərazi adiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, inzibati inzibati tənbeh vermə haqqında qərar İXM-in 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron formada qəbul edilmiş və hazırda qüvvədə olan qanunvericiliyə əsasən elektron inzibati tənbeh vermə haqqında qərarlardan şikayət yaşayış yeri üzrə verilə bilər. Şikayət verən şəxsin yaşayış yeri (qeydiyyat yeri) isə Bakı şəhəri Xəzər Rayonu ərazisindədir. Elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən X1 qeydiyyat yeri (yaşayış yeri) ünvan 1 ünvanıdır. Şikayətçi ərizəsində yaşayış yerinin Sumqayıt şəhərində olmasını qeyd etsə də, qanunvericliyin tələbinə əsasən onun yaşayış yeri şəxsiyyət vəsiqəsində qeyd edilən yer, yəni ünvan 1 ünvanı hesab edilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən yaşayış yerini müəyyən edən sənəd Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 129.1.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə qaydasını müəyyən edən İXM-in 129-cu maddəsinin tələblərinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) verilir. Şikayətçinin vəsatətinə əsasən isə işə onun yaşayış yeri üzrə baxıla bilər. Göründüyü kimi burada şikayətə inzibati xətanın törədilməsi yeri və şikayət vermiş şəxsin vəsatətinə əsasən onun yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsində baxılması müəyyən edilmişdir. Lakin, İXM-in 129.1.3-1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarlardan verilmiş şikayətlərə şikayət verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsində baxılmalıdır. Göründüyü kimi elektron qərarlardan verilmiş şikayətlərdə hər hansı alternativ aidiyyət qaydası müəyyən edilməmişdir. Qeyd olunmalıdır ki, X1 qeydiyyat yeri (yaşayış yeri) Bakı şəhəri Xəzər rayonu ərazisindədir və inzibati tənbeh vermə haqqında qərar İXM-in 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron formada qəbul edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki şikayətə aidiyyəti Sumqayıt Şəhər Məhkəməsində deyil, Bakı şəhəri Xəzər Rayon Məhkəməsidə baxılmalıdır. Azərbaycan Respublikası İXM-in 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118, 128 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbyaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ32009693 saylı elektron inzibati tənbeh vermə haqqında qərarından X1 şikayəti və ona əlavə edilmiş sənədlər baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(5-155)-18/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(5-155)-18/2026
07.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver