Məhkəmə qərarları › İş №3(5-155)-196/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-196/2026

26.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-196/2026 26.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 4cü Polis Bölməsinin sahə rəisi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, “Botteqa” adlı qadın geyimi dükanında menecer vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2aşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi X1 Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 26 yanvar 2026-cı il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi X3 izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs Sumqayıt ŞPİ-nin 4-cü PB-yə ərizə ilə müraciət edərək xx.xx.2026-cı il tarixdə, saat 16:30 radələrində işlədiyi Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən “Moon Boutugie” paltar dükanına glən keçmiş müdiri Elvin və həyat yoldaşı Aliyə adlı şəxslərin gələrək onunla mübahisə etdiklərini, Aliyənin onun sifət nahiyyəsindən sillə ilə vuraraq onu döydüyüny bildirmişdir. Müraciət üzrə təhqiqatçı tərəfindən araşdırma aparılmış, araşdırma zamanı hər iki şəxsin izahatları alınmış, həmçinin iş üzrə məhkəmətibbi ekspertiza təyin edilərək rəy alınmışdır. Baş vermiş hadisədə cinayət hadisəsi olmadığı üçün material üzrə cinayət işi xx.xx.2026-cı il tarixli qərarla rədd edillmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi yarandığı üçün inzibati qaydada tədbir görülməsi məqsədi material ona göndərilmiş və tərəfindən şəxs barəsində müvafiq protokol tərtib edilmişdir. Qeyd olunanları nəzərə alaraq, qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, təxminən 3 il müddətdir ki, həyat yoldaşı X2 icarə əsasında Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən “Botteqa" adlı qadın geyimi dükanında menecer vəzifəsində işləyir. Zərərçəkmiş şəxs dükan açılan müddətdən dükanda satıcı işləmişdir. Elvin təxminən 3-4 ay əvvəl Aybənizin dükandan 65.000 manata yaxın pul yeyintisi etməsini aşkar etmiş, bununla bağlı hazırda Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır. Aybəniz həmin müddətdən onların dükanında işləmir. O, 2025-ci ilin noyabr ayında Aybənizin Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində “Moon Boutugue” adlı paltar dükanında satıcı işlədiyini öyrənmişlər. O, xx.xx.2025-ci il tarixdə, saat 16:30 radələrində dükanın Ofeliya adlı müdiri ilə görüşmək üçün həmin dükana getmişdir. Ofeliya ona Aybənizin də razılığı ilə onun aylıq əmək haqqısını verəcəyini bildirdi. O, orada Ofeliya ilə söhbət etdikləri zaman Aybəniz onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bu zaman o, əsəbiləşərək onun çiyin nahiyyəsindən itələmişdir. Elvin onları sakitləşdirmiş, daha sonra Ofeliya ilə söhbət etdikdən sonra Elvin ilə birlikdə mağazadan çıxaraq getmişdir. Mübahisə zamanı o, Aybənizi vurmamışdır. Hesab edir ki, onun əməlinda inibati xəta tərkibi yoxdur bu səbəbdən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, təxminən 3 il müddət Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində yerləşən “Botteqa” adlı qadın geyimi dükanında menecer vəzifəsində işləmişdir. Həmin iş yerindən təxminən 4-5 ay müddətdir ki, çıxmışdır. Onun barəsində müdiri X4 polisə şikayət edərək dükanın pulunu onun götürdüyünü bildirmişdir. Bununla bağlı hazırda Sumqayıt şəhər Prokurorluğunda araşdırma davam edir. xx.xx.2026-cı il tarixdə, saat 16:30 radələrində hazırda işlədiyi Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən “Moon Boutugie” paltar dükanında olduğu zaman Elvin və həyat yoldaşı Aliyə gələrək onunla mübahisə edib, onun onların dükanından pulu götürməyini təsdiq etməyini israrla desələr də o, onlara pulu götürmədiyini, hazırda da Sumqayıt şəhər Prokurorluğunda araşdırma davam etməsini bildirsə də onlar ondan pulu tələb etməyə davam etdilər. Onlar onunla mübahisə edərək yüksək səslə qışqırdılar, Aliyə anidən sillə zərbəsi ilə sifət nahiyyəsindən vuraraq onu döymüş, o, qarşılıq vermək istədikdə Elvin onun qolundan tutaraq itələmişdir. Daha sonra onun hazırki müdirəsi Ofeliya xanım onları mağazadan çölə çıxartmışdır. Hazırda, Şəxs ilə barışmamış və ona qarşı şikayətçidir və inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş, həmçinin qərar Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli, 26 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş DVD disk videgörüntüdən görünür ki, Şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs mübahisə edərkən əli ilə sonuncu itələmiş və sillə zərbəsi ilə sifət nahiyyəsindən vurması və xəsarət yetirməsi faktı öz əksini tapmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Zərərçəkmiş şəxs döyməsi sübut olunmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 12.1-ci maddəsinə əsasən qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXMin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə, inzibati xəta tərkibi olmadıqda, iş üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 114.2.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəfa haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 40, 43, 53, 114.1.4, 115.1, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar