Məhkəmə qərarları › İş №3(5-155)-2/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(5-155)-2/2026

05.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(5-155)-2/2026 05.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlu, Bakı şəhəri Baş Polis İdarəsi X4 İdarəsinin xx.xx.2025-ci il tarixli TP7667451 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X1 şikayətinə işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏNETDİ: X2 Bakı şəhəri Baş Polis İdarəsi X4 İdarəsinin xx.xx.2025-ci il tarixli TP7667451 nömrəli inzibati tənbeh vermə haqqında qərarndan şikayətlə məhkəməyə müraciət etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iş baxılması üçün ərazi adiyyəti üzrə Xocavənd Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən edilir ki, hazırda mübahisələndirilən inzibati tənbeh tətbiq etmə barədə qərar üzrə inzibati xəta hadisəsi Bakı şəhəri, Xan Şuşinski küçəsində qeydə alınmışdır. Şikayətçi isə vəsatət təqdim edərək şikayətinə yaşayış yeri üzrə Sumqayıt Şəhər Məhkəməsində baxılmasını xahiş etmiş və yaşayış yerinin ünvan 1 ünvanı olmasını qeyd etmişdir. Lakin, elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən X1 qeydiyyat yeri (yaşayış yeri) Xocavənd rayonu, Əmirallar kəndidir. Şikayətçi ərizəsində yaşayış yerinin Sumqayıt şəhərində olmasını qeyd etsə də, qanunvericliyin tələbinə əsasən onun yaşayış yeri şəxsiyyət vəsiqəsində qeyd edilən yer, yəni Xocavənd rayonu, Əmirallar kəndi hesab edilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən yaşayış yerini müəyyən edən sənəd Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Azərbaycan Respublikasın İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) verilir. Həmin Məcəllənin 129.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 129.1.3-cü maddəsinə uyğun olaraq şikayətə baxmağa hazırlıq zamanı bu Məcəllənin 128.1-ci maddəsində göstərilən şəxslər tərəfindən şikayətə həmin şəxslərin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə baxılması haqqında vəsatət verilə bilər. Müəyyən edilmişdir ki, hazırki iş üzrə iddia edilən inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilmiş və İXM-in 124-cü maddəsi ilə müəyyən edilmiş icraat qaydalarına uyğun inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Yəni, qəbul edilmiş qərar elektron qaydada qəbul edilməmişdir. İnzibati xəta hadisəsi Bakı şəhəri ərazisində qeydə alınmış, şikayətçi İXM-in 129.1-1-ci maddəsinə uyğun qaydada şikayətə yaşayış yeri üzrə baxılması haqqında vəsatət vermiş və şikayətçinin yaşayış yerinin (şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat yerinin) Xocavənd rayonu, Əmirallar kəndi olması müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki şikayətə aidiyyəti Sumqayıt Şəhər Məhkəməsində deyil, Xocavənd Rayon Məhkəməsidə baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118, 128 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Bakı şəhəri Baş Polis İdarəsi X4 İdarəsinin xx.xx.2025-ci il tarixli TP7667451 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X1 şikayəti və ona əlavə edilmiş sənədlər baxılması üçün ərazi aidiyyəti üzrə Xocavənd Rayon Məhkəməsinə göndərilsin. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar