Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-207/2026 06.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, X1 iştirakı ilə, DİN BDYPİ-nin xx.xx.2026-cı il tarixli EQ 32220818 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək DİN BDYPİ-nin xx.xx.2026-cı il tarixli EQ 32220818 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, DİN BDYPİ-nin xx.xx.2026-cı il tarixli EQ 32220818 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə İXM-in 346.5-ci maddəsinin dispozisiyasında nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə 40 manat məbləğində cərimə olmuşdur. Həmin qərardan 2 ay əvvəl şikayət etmiş və şikayəti qismən təmin olunmuşdur. Bundan sonra BDYPİ işə yenidən baxmamış, heç bir ölçü işi aparmamış və onun xəbəri olmadan köhnə qərarı ləğv edib yenidən eyni qərarı bərpa ediblər. Məhkəmədən DİN BDYPİ-nin xx.xx.2026-cı il tarixli EQ 32220818 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş edir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş DİN BDYPİ-nin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət vermiş şəxs X4 bildirmişdir ki, hazırkı qərardan bir dəfə məhkəməyə şikayət etmiş və şikayəti qismən təmin olunmuşdur. Həmin qərarı Sumqayıt şəhər DYPŞ-ə təqdim etmiş və şikayəti qismən təmin olunduğu üçün cərimənin silinməyəcəyi ona bildirilmişdir. Qeyd edir ki, həmin gün qızı ilə birlikdə “Yelo Bank”-a getmək üçün avtomobilini yolun digər tərəfində saxlamış və yolu keçib banka gedərkən avtomobilini düzgün park etmədiyini gördüyü üçün geri qayıtmışdır. Ondan qabaqda saxlayan avtomobilin sürücüsü avtomobilini 1 metr qabağa vermiş və o da avtomobilini 5 metrdən çox məsafədə saxlamışdır. Qarşı tərəf heç bir ölçmə prosesi aparmadan gözəyarı şəkildə barəsində elektron qərar tərtib etmişdir. Şikayətini müdafiə edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, DİN BDYPİ-nin xx.xx.2026-cı il tarixli EQ 32220818 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, Ramin Mustafayev barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan DİN BDYPİ-nin xx.xx.2026-cı il tarixli EQ 32220818 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 İoniq 5 minik markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə nəqliyyat vasitəsinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına (durmasına) görə Azərbaycan Respublikası İXM-in 346.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, X4 İXM-in 346.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat və 2 bal inzibati cərimə edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X3 şikayəti qismən təmin edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, həmin nəqliyyat vasitəsinin içərisinin, dövlət qeydiyyat nişanının və arxa hissəsinin şəkilləri çəkilərək elektron qərara əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş şikayətçi tərəfindən çəkilmiş fotoşəkillərdən görünür ki, nəqliyyat vasitəsinin dayandığı yerdən hərəkət hissəsinin kənarına olan məsafə 560 smdir. Məhkəmə qeyd edir ki, İXM-in 346.5-ci maddəsinin dispozisiyasında nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına sürücülərə inzibati məsuliyyət müəyyən edilmişdir. Qeyd olunan maddə ilə aparılan inzibati xəta haqqında iş üzrə icraat zamanı nəzərə alınan ən mühüm sübut növü xüsusi texniki vasitənin göstəricisidir. Mübahisələndirilən elektron qərara əlavə edilmiş xüsusi texniki vasitənin göstəricilərinə, yəni fotoşəkillərə nəzər yetirdikdə məlum olur ki, YPX əməkdaşı nəqliyyat vasitəsinin arxa hissəsinin və içərisinin fotoşəkillərinin çəkilməsi ilə kifayətlənmiş, lakin nəqliyyat vasitəsinin dayanma yerinin hərəkət hissəsinin kəsişməsindən 5 metr az məsafədə olmasını sübuta yetirməmişdir. Bundan başqa şikayətçinin təqdim etdiyi əlavə fotoşəkillərdən nəticəyə gəlmək mümkündür ki, həmin ərazidə avtomobilin dayandığı yer ilə hərəkət hissələrinin kənarı arasında olan məsafə 5 metrdən artıqdır. Bununla da, elektron qərara əlavə edilmiş mövcud fotoşəkillər R.Mustafayevin İXMin 346.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirliliyini sübuta yetirmədiyindən, yəni İXM-in 53.2-ci maddəsinə əsasən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-in 40, 43, 50, 53, 114, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X3 şikayəti təmin olunsun. DİN BDYPİ-nin xx.xx.2026-cı il tarixli EQ32220818 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilsin və X4 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Bu qərar Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya sistemində X3 adına qeyd edilmiş xx.xx.2026-cı il tarixli EQ32220818 nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə inzibati cərimənin, ona hesablanmış dəbbə pulunun və cərimə balının silinməsi üçün əsasdır. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(5-155)-207/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-207/2026
06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver