Məhkəmə qərarları › İş №3(5-155)-208/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(5-155)-208/2026

29.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(5-155)-208/2026 29.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızı, X1 X3 Polisi şöbəsinin xx.xx.2026-cı il tarixli TP7791073 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətə və ona əlavə edilmiş materiallara işin baxılmağa hazırlanması mərhələsində baxaraq, MÜƏYYƏNETDİ: X1 X3 Polisi şöbəsinin xx.xx.2026-cı il tarixli TP7791073 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət Sumqayıt şəhər Məhkəməsinə daxil olmuşdur. Məhkəmə qərardan şikayəti və ona əlavə edilmiş materialları araşdıraraq hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, inzibati tənbeh vermə haqqında qərardan görünür ki, inzibati xətanın törədildiyi yer ünvan 1 ünvanıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) verilir. Həmin Məcəllənin 129.1.3-1-ci maddəsinə əsasən Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 129.1-1-ci maddəsinə əsasən Məcəllənin 129.1.3-cü maddəsinə uyğun olaraq şikayətə baxmağa hazırlıq zamanı bu Məcəllənin 128.1-ci maddəsində göstərilən şəxslər tərəfindən şikayətə həmin şəxslərin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə baxılması haqqında vəsatət verilə bilər. X2 şikayətə vəsatət əlavə edərək, Sumqayıt şəhərində yaşadığını və işlədiyini, bu səbəbdən şikayətə Sumqayıt şəhər Məhkəməsində baxılmasını qeyd etsə də, şəxsin yaşayış yerinin Sumqayıt şəhəri olması ilə bağlı şikayətə hər hansı sənəd əlavə edilməmişdir. Bundan başqa, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, şikayət verən şəxsin şəxsiyyətini təsdiq edən sənəddə yaşayış yeri Lerik rayonu, Çayrud ərazi dairəsi, Rvarud kəndidir. Məhkəmə qeyd edir ki, şəxsin yaşayış yeri onun qeydiyyatda olduğu ünvan hesab edilir. Belə ki, “Yaşayış yeri və olduğu yer qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən yaşayış yerini müəyyən edən sənəd Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Həmin Məcəllənin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul olunur. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarına əsaslanaraq qeyd edir ki, X1 X3 Polisi şöbəsinin xx.xx.2026-cı il tarixli TP7791073 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109 və 110-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 X3 Polisi şöbəsinin xx.xx.2026-cı il tarixli TP7791073 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti ona əlavə olunmuş sənədlərlə birlikdə ərazi aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar