Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-21/2026 26.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərardan şikayət vermiş şəxs X1, DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 32334778 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 32334778 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, idarə etdiyi 50-fa-250 nömrəli avtomobilinin 80 azn, 2 bal cərimə olunmuşdur. Dərhal məsələni araşdırmaq məqsədilə sms radar mobil tətbiqinə daxil oldu və orada bu barədə heç bir məlumatın olmamasını gördü, mobil tətbiqdə də heç bir məlumat aşkarlanmadığı gördü. Qərara əsasən onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 364.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi və törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmişdir. Barəsində heç bir qanuni əsası olmayan inzibati qərar tərtib edilərək cərimə tətbiq edilmiş, heç bir əsaslandırma heç bir qanuni istinad göstərmədən, öz versiyalarını sübuta yetirmədən barəsində “Yollardan istifadə qaydaları əleyhinə olan İnzibati Xətalarla bağlı” Qanunun tələblərini pozmaqla cərimə edilməyi ilə bağlı qərar çıxarılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın dispazisiyasını (Yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşma təşkil edir. AR.İXM-nin yuxarıda qeyd olunan maddəsinin tələblərindən də göründüyü kimi barəsində tərtib olunmuş protokolun və həmin protokol əsasında qəbul edilmiş qərarın heç bir hüquqi qüvvəsi yoxdur və bu səbəbdən də həmin qərar ləğv olunmalıdır. AR.İXM-nin 25.1-ci maddəsinə əsasən inzibati cərimə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda hakim,səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Lakin bunun üçün təqsiri sübut olunmalıdır. Çünki AR.İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu İXM-i ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin , səlahiyyətli orqan (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir.AR.İXM-nin 8.2-ci maddəsinə əsasən işə inzibati məsuliyyət cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyi borclu deyildir. Beləliklə, İXM-nin 53.0 maddəsinin 53.0.1-ci bəndinə əsasən inzibati xəta hadisəsi olmadıqda,X4 işlər üzrə icraat başlanıla bilməz,başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.5-ci maddəsinə əsasən X4 İşlər üzrə qərardan verilən şikayətdən dövlət rüsumu tutulmur. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsini rəhbər tutaraq, barəsində tərtib olunmuş EQ 32334778 nömrəli 30 noyabr 2025-ci il tarixli Qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməsini xahiş edir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət vermiş şəxs X3 bildirmişdir ki, hazırda şikayət etdiyi inzibati tənbeh vermə haqqında qərar barəsində qəbul edilmiş ilk qərar deyil. Bununla bağlı, DİN-ə müraciət etmiş və ona qəbul edilmiş qərarların onun avtomobili ilə bağlı olmamasını bildiriblər. Lakin telefonuna sms vasitəsilə bildiriş göndərilmiş və ödənilməsə, dəbbə pulunun hesablanacağı bildirilmişdir. Bununla bağlı, Sumqayıt ŞPİ-nə müraciət etmiş və ona inzibati tənbeh vermə haqqında qərarı vermişlər. Həmin qərardan görünür ki, Karvan Ticarət Mərkəzi ərazisində dayanma və durma qaydalarını pozduğuna görə cərimə olunmuşdur. Lakin qeyd edir ki, həmin ərazinin texniki vasitələrlə çəkildiyindən və avtomobilin saxlanmasının cərimə ilə nəticələndiyindən xəbərdardır. Ona görə də, avtomobilini sözügedən ərazidə saxlaması mümkünsüzdür. Həmçinin, inzibati xətanı törətməsi sübut olunmur. Məhkəmədən şikayətinin təmin olunmasını və barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməyini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 32334778 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, Elşad İsayev barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 32334778 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 “Kia Sorento minik” markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobillə yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və durmasına görə Azərbaycan Respublikası İXM-in 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, İXM-in 346.4-cü maddəsinin dispozisiyasında yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və durmasına görə məsuliyyət müəyyən edilmişdir. Məhkəmə iclasları vaxtı və yari barədə lazımı qaydada məlumatlandırılmış, BDYPİnin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmiş, həmçinin hər hansı sübut təqdim etməmişdir. Buna görə də, məhkəmə iclasında fotoşəkillər və ya videogörüntü təqdim edilmədiyindən şikayətçinin həmin vaxt hərəkətdə olmasını və ya dayanması(durması)nı müəyyən etmək mümkün deyil. Bununla da, məhkəmə hesab edir ki, qeyd olunanlar məhkəmə tərəfindən şikayətçinin təqsirli olmasını şübhə altına alan hal kimi qiymətləndirilərək onun xeyrinə həll edilməlidir. Həmçinin, məhkəmə əlavə olaraq qeyd edir ki, İXM 346.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə sürücünün təqsirliliyini təsdiq edən sübut növü videogörüntü qeydiyyatıdır. Yalnız videogörüntüyə baxış keçirməklə sürücünün hadisə vaxt dayanmasını, durmasını və ya hərəkətdə olmasını aydınlaşdırmaq mümkündür. Hazırkı iş üzrə isə qərarı qəbul etmiş orqan tərəfindən videogörüntü materialları təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İXM-in 53.2-ci maddəsinə əsasən Elşad İsayevin təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində başlanmış X4 iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış X4 işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar X4 işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən X4 işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-in 40, 43, 50, 53, 114, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin olunsun. DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 32334778 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X3 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Bu qərar Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya sistemində X2 adına qeyd edilmiş xx.xx.2025 -ci il tarixli EQ 32334778 nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə inzibati cərimənin, ona hesablanmış dəbbə pulunun və cərimə balının silinməsi üçün əsasdır. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(5-155)-21/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-21/2026
26.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver