Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-213/2026 28.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X1, Zərər çəkmiş şəxsin hüquqi varisi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Yaşıllaşdırma İdarəsində bağban işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X4 tərəfindən xx.xx.2026-cı il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3278/2024 nömrəli icra vərəqi üzrə üzrlü səbəb olmadan icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra sənədini icra etməmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X4 protokola uyğun olaraq izahat vermiş və bildirmişdir ki, Şəxs müxtəlif vaxtlarda icra idarəsinə dəvət olunmuş və izahatları alınmışdır. Bundan əvvəl də Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilərək 500 manat cərimə olunmuş, həmin qərara Sumqayıt Apellyasiya Məhkəməsində baxılaraq dəyişdirilmədən saxlanılmışdır. 500 manat cərimə Şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Tələbkar Zərərçəkmiş şəxs öldüyü üçün Əmirova Sona vərəsə kimi tanınmışdır. Məcburi icra tədbirləri nəticəsində borc məbləği Şəxs əmək haqqına yönəldilmiş və ayda 216 manat olmaqla əmək haqqından tutulmalar aparılmışdır. Lakin, tələbkar borc məbləğinin tam şəkildə ödənilməsini tələb edir. Hazırda ödənilmiş borc məbləği çıxılmaqla borclunun 8445 manat borcu qalmışdır. Şəxs xx.xx.2026-cı il tarixdə idarəyə dəvət olunan zaman tələbkarla şifahi qaydada razılaşmışlar ki, 3500 manat ödəyəcəkdir. Lakin, bu vaxta kimi heç bir ödəniş etməmişdir. Göstərilənlərə əsasən tərtib etdiyi protokolu müdafiə etdiyini və məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, 2020-ci ildə tələbkarın oğlu ona faizə pul vermişdir və 2 ay müddətində həmin pulu özünün və atasının maşınını sataraq tam şəkildə qaytarmışdır. 6 ay müddətində isə borcla bağlı danışıqları olmamışdır. Əgər borcu qalsaydı həmin müddətdə oğlu ondan pulunu istəyərdi. Buna baxmayaraq məhkəmə onun borc tələbini ödəməsi ilə bağlı qərar qəbul etmiş və o, məcburən qərarla razılaşmışdır. Lakin, həmin məbləği tam şəkildə ödəməyə imkanı yoxdur. Buna baxmayaraq onun əmək haqqından altı aydan çoxdur ki, mütəmadi olaraq hər ay 216 manat məbləğində pul tutulur. Bundan başqa 500 manat məbləğində cərimə edilməsi ilə bağlı cərimə məbləğini də qohumlarından borc alıb ödəmişdir. O, Yaşıllaşdırma idarəsində fəhlə işləyir, onun əmək haqqından başqa gəlir yeri yoxdur və himayəsində 4 uşağı vardır. İcra sənədi üzrə borc məbləğini yalnız hissə-hissə ödəyə biləcəyini bildirmiş və məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxsin hüquqi varisi X8 izahatında bildirmişdir ki, onun oğlu Şəxs 2019-cu ildə borca pul vermişdir. Daha sonra oğlu rəhmətə getmiş, həyat yoldaşı məhkəməyə müraciət etmiş və məhkəmə pulun Şəxs alınaraq qaytarılmasına qərar vermişdir. Daha sonra həyat yoldaşı rəhmətə getmişdir. Lakin, Şəxs borcunu ödəməmişdir. Şəxs məhkəmə tərəfindən ona tətbiq edilmiş cəriməni ödəsə də, onlara borcundan ödəniş etməmişdir. Borclunun iki iş yerinin olduğunu bildirmişdir. Pulun hissə-hissə ödənilməsi ilə razı olmadığını, tam şəkildə qaytarılmasını tələb etdiyini, ödəmədiyi halda isə məhkəmədən tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X6 izahatında Şəxs borca görə əmək haqqından pul tutulduğunu, himayəsində 4 uşağının olduğunu bildirmiş və məhkəmədən şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-3278/2024 nömrəli icra sənədinə əsasən cavabdeh Şəxs 10052 (on min əlli iki) manat məbləğində pul və iş üzrə ödənilmiş 125 (bir yüz iyirmi beş) manat dövlət rüsumu alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin xx.xx.2024-cü il tarixli icraata başlama haqqında qərarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-3278/2024 nömrəli icra sənədi üzrə icraata başlanmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixli 2(060)-3278/2024 nömrəli icra sənədi üzrə tələbin könüllü icrasına dair bildiriş tərtib edilmiş və Şəxs icra sənədi barədə məlumat verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(060)-233/2025 nömrəli qərardadından görünür ki, Şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Ölüm haqqında şəhadətnamədən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə miokardın ön divarının kəskin transmural infarktı nəticəsində ölmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3 (105)-326/2025 nömrəli qərar ilə Şəxs apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3 (060)-996/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Ödəniş tapşırıqlarından görünür ki, Şəxs əmək haqqından xx.xx.2025-ci il tarixdə 216,50 (iki yüz on altı manat əlli qəpik), xx.xx.2025-ci il tarixdə 216,50 (iki yüz on altı manat əlli qəpik), xx.xx.2025-ci il tarixdə 216,50 (iki yüz on altı manat əlli qəpik), xx.xx.2025-ci il tarixdə 216,50 (iki yüz on altı manat əlli qəpik), xx.xx.2025-ci il tarixdə 216,50 (iki yüz on altı manat əlli qəpik), xx.xx.2025-ci il tarixdə 216,50 (iki yüz on altı manat əlli qəpik), xx.xx.2025-ci il tarixdə 216,50 (iki yüz on altı manat əlli qəpik) məbləğində icra sənədi üzrə tutulmalar aparılmışdır. Şəxs tərəfindən xx.xx.2026-cı il tarixdə Sumqayıt Şəhəri üzrə İcra İdarəsində verdiyi izahatdan görünür ki, o, on gün könüllü müddətində borcundan 3500 manatı ödəməyi öhdəsinə götürmüşdür. Tərəfin onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edilməsi barədə xx.xx.2026-cı il tarixli qərardan görünür ki, vərəsə X2 Əlişan Xanəli oğlu ilə əvəz edilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Şəxs himayəsində ikisi azyaşlı olmaqla dörd uşağı var. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3278/2024 nömrəli icra sənədinə əsasən icraata başlama barədə qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildirişlər borcluya təqdim edilmişdir. Borclu icra sənədi üzrə borcun əmək haqqına yönəldiyini, əmək haqqından başqa gəlir mənbəyi olmadığını və qeyd olunan məbləği hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Borclunun əmək haqqından tutulmalar aparılmış, hazırda onun 8445 manat borcunun qalması müəyyən edilmişdir. Tələbkar isə borcun tam ödənilməsini tələb etmişdir. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə -fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-in 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs himayəsində ikisi azyaşlı olmaqla, 4 uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tədbirinin təyin edilməsi ilə bağlı qeyd edir ki, hazırda barəsində protokol tərtib edilmiş şəxs Şəxs Yaşıllaşdırma idarəsində bağban işləməklə ayda 450 manat məbləğində əmək haqqı alır. Materiala əlavə edilmiş ödəniş tapşırıqlarından görünür ki, borclunun aldığı əmək haqqından 2025-ci ilin iyun ayından mütəmadi olaraq 216,50 manat məbləğində icra sənədi üzrə tutulmalar həyata keçirilmişdir. Bundan başqa, borclunun himayəsində ikisi azyaşlı olmaqla dörd uşağı var. Hazırki vəziyyətdə borclunun həbs edilməsi onun iqtisadi vəziyyətinin daha da ağırlaşmasına, iş yerinin itirilməsinə, eyni zamanda icra sənədi üzrə tutulmaların aparılmasının dayanmasına səbəb olacaqdır. Məhkəmə qeyd edilən halları, həmçinin, inzibati tənbeh tətbiq edərkən törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, ailəsinin həyat şəraitini, yüngülləşdirici halı, ağırlaşdırıcı halların olmamasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, vəkil X3 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1000 (min) manat məbləğində inzibati cərimə edilsin. Vəkil X6 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(5-155)-213/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-213/2026
28.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver