Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-220/2026 02.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Şəxs MMC-nin baş mühasibi Nümayəndə2 iştirakları ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə xx.xx.2026-cı il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddələrinə əsasən işə protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2026-cı il tarixində məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin baş mühasibi Nümayəndə2 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixində PEN LUX” MMC tərəfindən xarici ölkənin bank hesabına 40000.00 (qırx min) ABŞ dolları məbləğində vəsait avans olaraq ödənilmişdir. Lakin xarici ölkə tərəfindən mallar göndərilmədiyi üçün həm ölkədəki banka, həm də xarici ölkənin bankına müvafiq sorğular göndərilmişdir. Lakin həmin malların tapılmasında çətinlik çəkdiklərini bildirmişdirlər. Şəxs MMC də ya malları çatdırmalarını, ya da ödənişi geri qaytarmalarını tələb etmişdir. Yəni MMC tərəfindən banka rəsmi müraciət ünvanlanmışdır. Ölkədəki bank da xarici ölkənin bankına müvafiq sorğu göndərmişdir. Bundan başqa, Şəxs MMC-nin həmin ölkə ilə alqı-satqı müqaviləsi var və külli miqdarda dövriyyələr olmuşdur. Şəxs MMC dəftərxana və ofis ləvazimatlarının satışı ilə məşğuldur. Məhkəmədən malların göndərilməsi və ödənişin edilməsi üçün vaxt verilməsini xahiş etmişdir. xx.xx.2026-cı il tarixində məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin baş mühasibi Nümayəndə2 izahatında bildirmişdir ki, qarşı tərəfə müraciət edilmiş və bayram günləri ilə əlaqədar olaraq SWİFT-in göndərilməsi mümkün olmadığı bildirilmişdir. Məhkəmədən bankın yenidən iş fəaliyyətinə başlayacağını nəzərə alaraq vaxt verilməsini xahiş etmişdir. xx.xx.2026-cı il tarixində məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin baş mühasibi Nümayəndə2 40000 ABŞ dollarının müvəkkil bank hesabına köçürülmüş, lakin məhkəmə iclası günü köçürüldüyündən bununla bağlı bankla əlaqə saxlamaq mümkün olmamışdır. Şəxs MMC barəsində İXM-nin minimum faiz dərəcəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; - "xxxx" ASC tərəfindən verilmiş sənədlərdən görünür ki, hüquqi şəxs Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixdə 40000.00 (qırx min) ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti Azərbaycan Respublikasından kənara köçürülmüş və 40000.00 (qırx min) ABŞ dolları vəsait hesabına alınan mallar (xidməti) ölkəyə idxal edilməmiş, valyuta vəsaiti geri qaytarılmamışdır. - Azərbaycan Respublikasının Mərkəzi Bankı inzibati icraat və məhkəmə işləri departamentinin inzibati icraat və məhkəmə işləri şöbəsinin hüquq məsləhətçisi X2 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs Şəxs 40000.00 (qırx min) ABŞ dolları məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş və 02 (iki) il müddət keçsə də, 40000.00 (qırx min) ABŞ dolları vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Bununla da İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Xəta xx.xx.2025-ci il tarixdə hüquqi şəxsin hüquqi ünvanında, yəni ünvan 1 xx.xx.2023-cü il tarixli köçürmə haqqında ərizədən görünür ki, Şəxs 40000.00 (qırx min) ABŞ dolları məbləğində vəsaiti "xxxx" ASC-dəki hesabından xarici ölkədəki bankın hesabına köçürmüşdür. - xx.xx.2026-cı il tarixli çin dilində olan bank qəbzindən görünür ki, 40000.00 (qırx min) ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Həmin Məcəllənin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X1 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarına əsasən “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri-rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndi dəyişikliklər edilməklə, aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir”. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixində 40000.00 (qırx min) ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, 40000.00 (qırx min) ABŞ dolları vəsait hesabına alınan malların ölkəyə idxal olunmasını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd 02 (iki) il müddətində banka təqdim edilməmiş və ya valyuta vəsaiti geri qaytarılmamışdır. 2 il müddət keçdikdən sonra hüquqi şəxsin nümayəndəsi tərəfindən Çin dilində 40000 ABŞ dolları məbləğində vəsaitin müvəkkil hesaba qaytarılması barədə “SWİFT” sənədi təqdim edilməsinə baxmayaraq, müvəkkil banka aid hər hansı rəsmi sənəd təqdim edilməmişdir. Həmçinin, İXM-in tələblərinə əsasən inzibati xəta haqqında iş üzrə icraata baxılması nəzərdə tutulan müddət bitdiyi üçün iş materiallarında mövcud olan sənədlərə əsasən məhkəmə yekun nəticəyə gəlmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizi məbləğində cərimə tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.2.1-cı maddəsinə əsasən inzibati cərimə inzibati xətanın başa çatdığı və ya qarşısının alındığı vaxt inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ifadə oluna bilər. Məhkəmə hesab edir ki, inzibati xətanın obyekti olan pul məbləği ABŞ dolları olduğundan cərimənin məbləği ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 40000.00 (qırx min) ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 8000.00 (səkkiz min) ABŞ dolları məbləğində (ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(5-155)-220/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-220/2026
02.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver