Məhkəmə qərarları › İş №3(5-155)-279/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(5-155)-279/2026

04.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(5-155)-279/2026 04.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızı, Şəxs MMC barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin X1 baş əmək müfəttişi X6 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara işin baxılmağa hazırlanması mərhələsində baxaraq MÜƏYYƏNETDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin X1 baş əmək müfəttişi X6 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları araşdıraraq hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə Qusar Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəməyə daxil olmuş iş materiallarından görünür ki, Şəxs MMC-nin hüquqi ünvanının ünvan 1 iş Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparlan hüquqi şəxs Şəxs MMC-nin hüquqi ünvanı Qusar rayonu, Xürel kəndidir. Məhkəmə hesab edir ki, İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməli - əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə, həmin məcburi göstərişin icra edilməli olduğu yer üzrə, yəni hüquqi şəxsin hüquqi ünvanı üzrə rayon Məhkəməsi tərəfindən baxılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində göstərilən xəta hərəkətsizlik formasında törədilən inzibati xətadır. Hüquqi şəxslərə münasibətdə nəzərə alınmalıdır ki, onlar qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə hüquqlarını həyata keçirir və vəzifələrini icra edirlər. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.2-ci maddəsindən göründüyü kimi qurumun dövlət reyestrinə daxil edilən məlumatlarına aid edilmiş hüquqi ünvanı onun daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yerdir. Hazırki iş materiallarından isə məlum olur ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-nin qeydiyyatda olduğu hüquqi ünvan Qusar rayonu, Xürel kəndidir, yəni Qusar Rayon Məhkəməsinin inzibati ərazisində yerləşir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Beləliklə, məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hüquqi ünvanının ünvan 4yıt şəhəri ərazisində törədilmədiyini, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxıldığını (yəni, dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının hüquqi şəxs üçün icrası məcburi olan göstərişi icra etməli olduğu yerin), formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında işə Qusar Rayon Məhkəməsində baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs MMC (VÖEN:**********) barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin X2 tərəfindən tərtib edilmiş 21 yanvar 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material baxılması üçün aidiyyəti üzrə Qusar Rayon Məhkəməsinə göndərilsin. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar