Məhkəmə qərarları › İş №3(5-155)-282/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-282/2026

24.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-282/2026 24.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidmətinin 2 saylı X2 nümayəndəsi Nümayəndə2, Protokol tərtib etmiş şəxs Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidmətinin 2 saylı X2 böyük məsləhətçi-müfəttişi Nümayəndə1, xx.xx.1980-ci il tarixdə Füzuli rayonu, Dilağarda kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Sumqayıt şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan (FİN: xxxxxxx) Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidmətinin 2 saylı X3 tərəfindən vəzifəli şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X5 Xidmətinin 2 saylı X2 nümayəndəsi Nümayəndə2 tərtib edilmiş protokolun məzmununa uyğun izahat vermiş və bildirmişdir ki, Nazirlər Kabinetinin qərarına əsasən qeyri-yaşayış sahələrində formalaşan çirkab suların axıdılması üçün nəzərdə tutulmuş su quyularının divarı və dibi su keçirməz olmalıdır. Qeyd olunan qeyri-yaşayış sahəsində mövcud olan şambo normativ tələblərə uyğun olmamışdır. Bu səbəbdən də, həmin qeyri-yaşayış sahəsinin sahibi olan vəzifəli şəxs Şəxs barəsində protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmədən vəzifəli şəxs Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında protokol tərtib edən şəxs Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidmətinin 2 saylı X2 böyük məsləhətçimüfəttişi İmanov X9 Natiq Elçin oğlu ilə razı olduğunu və əlavəsinin olmadığını bildirmiş, məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən X8 bildirmişdir ki, onunla Şəxs arasında icarə müqaviləsi bağlanmışdır. Həmin qeyri-yaşayış sahəsi onun istifadəsindədir və Şəxs qeyd olunan inzibati xətanın törədilməsinə aidiyyəti yoxdur. Həmin qeyri-yaşayış sahəsində olan şambolar qanunda nəzərdə tutulan normativlərə uyğun idi. Lakin, qonşu obyekt onların şambosunu dağıtmış və söz vermişdir ki, 1 ay sonra şambonu düzəldəcəkdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs məhkəmə iclasına gəlməmiş və məhkəmənin ünvanına xx.xx.2026-cı il tarixli teleqram ünvanlayaraq qeyd etmişdir ki, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmir və mülkiyyətində olan obyekti 2024-cü il tarixində icarə müqaviləsi əsasında X6 xx.xx.2027-ci il tarixinə qədər notariat qaydasında vermişdir. Barəsində tərtib edilən protokolun əsassız olduğunu bildirmiş və məhkəmədən işə onun iştirakı olmadan işə baxaraq icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinin tələbinə əsasən işə barəsində protokol tərtib edilmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə protokol tərtib etmiş orqanın nümayəndələri və şahidi dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, vəzifəli şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; xx.xx.2026-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2026-cı il tarixdə Sumqayıt şəhəri, Bakı-Quba yolunun 29-cu km ünvanında vəzifəli şəxs Şəxs məxsus “Türkan” kafesinin fəaliyyəti zamanı formalaşan tullantı suları “Şambo”-ya toplanır və ordan ətraf mühitə (çölə) axıdılır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidmətinin 2 saylı X2 xx.xx.2026-cı il tarixli, 000015 nömrəli aktından görünür ki, Suların İstifadəsinə və X5 Xidmətinin 2 saylı X2 12 yanvar 2026-cı il tarixli, 00002 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Su Məcəlləsinin, “Su təchizatı və tullantı suları haqqında” Qanunun tələblərinə riayət edilməsinin araşdırılması məqsədi ilə keçirilən nəzarət tədbirləri zamanı Sumqayıt şəhəri, Bakı-Quba yolunun 29 kilometrliyi ünvanında yerləşən Şəxs məxsus Türkan iaşə obyektində formalaşan tullantı suları iaşə obyektinin hasarından kənarda qazılmış şamboya, oradan da sızaraq ətraf mühitə axıdılması faktı aşkar edilmişdir. İaşə obyektinin qapısı döyülsə də, açan olmamışdır. Obyektin yiyəsinin qardaşı X12 ilə telefon əlaqəsi saxlanılmış və çirklənmə faktı ilə bağlı məlumat verilmişdir. X12 şambo adlanan qurğunun qonşu tərəfindən divarının dağıdılmasını bildirmişdir. Lakin, yerin təki haqqında qanuna əsas olaraq və şəhərsalmanın qəbul olunmuş normativ aktlarında yerin 5 metrədək tikilən qurğular xüsusi qaydalarla tikilməlidir. Bu halların heç birinə əməl olunmamışdır. Bununla da, Sumqayıt şəhəri, Bakı-Quba yolunun 29 kilometrliyi ünvanında yerləşən Şəxs məxsus Türkan iaşə obyekti tərəfindən Azərbaycan Respublikasının Su Məcəlləsinin 45, 16 və 103-cü maddələrinin, “Su təchizatı və tullantı suları haqqında” Qanunun və “Ətraf mühitin çirkləndirilməsinə görə ödənişlərin tətbiqi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 03 mart 1992-ci il tarixli 122 nömrəli qərarından irəli gələn tələblər pozulmuşdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Bakı-Quba yolunun sol tərəfində yerləşən 0,12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Şəxs məxsusdur. Məhkəməyə təqdim edilmiş xx.xx.2012-ci il tarixli xidmət müqaviləsindən görünür ki, Şəxs ilə "xxxx" ASC-nin “Sumqayıt Sukanal İdarəsi”nin direktoru Ə.C.Mansurov arasında Bakı-Sumqayıt yolunun 29-cu kilometrliyində yerləşən ünvanda içməli və istehsalat məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar xidmət müqaviləsi bağlanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Sumqayıt şəhəri, Bakı-Quba yolunun sol tərəfində yerləşən sahənin mülkiyyətçisi Şəxs ilə X8 arasında icarə müddəti xx.xx.2027-ci il tarixədək olmaqla icarə müqaviləsi bağlanmışdır. Protokola əlavə edilmiş video görüntüyə məhkəmə iclasında baxış keçirilmiş, baxış zamanı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidmətinin 2 saylı X2 əməkdaşları tərəfindən Bakı-Sumqayıt yolunun 29-cu kilometrliyində yerləşən ünvanda kustar üsulla hazırlanmış şambodan çirkab sularının ətrafa axıdılması müşahidə edilmişdir. Beləliklə də, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla- xx.xx.2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol, xx.xx.2026-cı il tarixli 000015 nömrəli akt, akta əlavə edilmiş video görüntülər və tərəflərin izahatları ilə Sumqayıt şəhəri, Bakı-Quba yolunun 29 kilometrliyi ünvanında yerləşən Şəxs məxsus “Türkan” kafesinin fəaliyyəti zamanı formalaşan tullantı sularının “Şambo”-ya toplanması və ordan ətraf mühitə (çölə) axıdılması öz təsdiqini tapmışdır. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş üzrə icraata xitam verilməsi və şəxsin məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 114.1.1-ci maddəsinə müvafiq olaraq iş üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, hər hansı bir şəxsin məsuliyyətinin müəyyən edilməsindən ötrü ilk öncə onun təqsirli hərəkəti (hərəkətsizliyi) ilə ictimai münasibətləri pozması zəruri şərtdir. Hazırki iş üzrə inzibati xəta haqqında məsuliyyətin yaranmasından ötrü içməli məişət, texniki və tullantı suları kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmalıdır. Məhkəmə iclası zamanı barəsində protokol tərtib edilmiş vəzifəli şəxs teleqram göndərib mülkiyyətində olan qeyri-yaşayış sahəsini icarəyə verdiyini qeyd etmişdir. Həmçinin, məhkəmə iclasında şahid X1 Elşən Şamil oğlu ilə Bakı-Quba yolunun sol tərəfində yerləşən sahənin icarəyə götürülməsi ilə bağlı müqavilə bağladığını bildirmişdir. Məhkəmə qeyd edilən hala münasibətdə bildirir ki, həmin qeyri-yaşayış sahəsinin icarəyə verilməsi mülkiyyətçi Şəxs inzibati məsuliyyətdən, onun qanunvericiliyin tələblərinə riayət etmək vəzifəsini icra etməkdən azad edilməsi üçün əsas deyildir. Belə ki, qeyriyaşayış sahəsi mülkiyyət hüququ üzrə Şəxs məxsus olmaqla onun üzərində sahiblik, istifadə və nəzarət səlahiyyətləri də Şəxs məxsusdur. Həmçinin, bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsində içməli və istehsal məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə axıdılması və qeyd edilən öhdəliyin icra edilməməsi ilə bağlı məsuliyyətə dair hər hansı bənd nəzərdə tutulmamışdır. Bundan başqa, bağlanmış icarə müqaviləsinin 8-ci bəndində icarəçinin icarəyə verənin razılığı olmadan icarəyə götürülən sahədə təmir tikinti işlərini apara bilməməsi qeyd edilmişdir. Yuxarıda göstərilən hallar, həmçinin, barəsində protokol tərtib edilmiş şəxs Şəxs kafelərin fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi vergi orqanında qeydiyyata alınması, onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinə dair Sumqayıt Sukanal İdarəsi ilə içməli və məişət suyunun, tullantı sularının kanalizasiya sisteminə axıdılması ilə bağlı müqavilə bağlaması, video görüntü vasitəsilə Şəxs məxsus qeyri-yaşayış sahəsindən çirkab sularının kənara axıdılmasının qeydə alınması xətanın Şəxs tərəfindən törədilməsi qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Su Məcəlləsinin 103-cü maddəsinə əsasən, su qanunvericiliyini pozan vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər su təsərrüfatı qurğularının və avadanlıqlarının istismarı qaydalarını pozduqda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 1.2.5-ci maddəsinə əsasən tullantı suları– istehlakçıların istifadə edilərək çirkləndirdiyi, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifraz maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulardır. Həmin Qaydaların 9.1-ci maddəsinə əsasən tullantı suları yalnız kanalizasiya şəbəkəsi vasitəsilə axıdılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2023-cü il tarixli 295 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə qeyri-yaşayış binalarından onların istismar təyinatı nəzərə alınmaqla axıdılan çirkab sularının yığılacağı tikili və qurğulara dair Tələblər”in: 1-ci bəndinə əsasən mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə yerləşən ictimai binalarda (yoluxucu xəstəliklər təyinatlı tibb müəssisələri və bakterioloji laboratoriyalar istisna olmaqla) formalaşan çirkab sularının axıdılması üçün çirkab quyularından istifadə olunmalıdır. 4-cü bəndinə əsasən mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə yerləşən qeyri-yaşayış binalarında formalaşan çirkab sularının axıdılması üçün nəzərdə tutulan çirkab quyularının divarları və dibi sukeçirməz olmalı, habelə həmin quyuların inşası kanalizasiya, xarici şəbəkə və qurğulara dair texniki normativ hüquqi aktın tələblərinə uyğun həyata keçirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-in aşağıdakı prinsip və müddəalarını nəzərə alır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı vəzifəli şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, vəzifəli şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, vəzifəli şəxs Muradov X7 Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəzifəli şəxs Şəxs (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar