Məhkəmə qərarları › İş №3(5-155)-299/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(5-155)-299/2026

05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(5-155)-299/2026 05.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Tağıyeva Fatimə Rahim qızının katibliyi, Protokol tərtib edən şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci PB-nin sahə rəisi, polis mayoru Eldar Abdullayevin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şimal Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 13:00 radələrində Sumqayıt şəhəri, BTZ bağları ərazisində küçədə həyat yoldaşı Zərərçəkmiş şəxs döymüşdür. Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. 111.3-cü maddəsinə əsasən-inzibati həbs tənbeh növü nəzərdə tutulan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 62.4-cü maddəsinə görə inzibati xəta haqqında işə zərər çəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclas zalında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etmədiyi və onun iştirakı olmadan inzibati xəta haqqında protokola baxılması barədə vəsatətinin olmaması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 39-cu maddəsində həmin Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanması və zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilməsi göstərilmişdir. Məhkəmə hesab edir ki, zərər çəkmiş şəxsin məhkəmə iclasında iştirak etməməsi və onun iştirakı olmadan işə baxılmasına dair vəsatət təqdim etməməsi ilə əlaqədar hazırki halda işə baxıla bilməz. Göründüyü kimi qeyd edilən maddənin sanksiyasında həbs tənbeh tədbiri nəzərdə tutulduğundan, hazırki inzibati xəta haqqında işə dərhal baxılmalı olduğundan, zərər çəkmiş şəxsin məhkəmə iclasında iştirakı olmadan işə baxılması mümkün deyildir. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci PB-dən daxil olmuş inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər baxılmadan Sumqayıt Şəhər Polis idarəsinin 5-ci PB-yə geri qaytarılmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Şimal Vəkil Bürosunun vəkili X1 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi 02 (iki) saata görə 22 (iyirmi iki) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 62.4-cü və 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci PBdən daxil olmuş inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər baxılmadan Sumqayıt Şəhər Polis idarəsinin 5-ci PB-yə geri qaytarılsın. Şimal Vəkil Bürosunun vəkili X2 tərəfindən göstərilmiş hüquqi yardıma görə 22 (iyirmi iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Şimal Vəkil Bürosunun hesabına köçürülsün. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar