Məhkəmə qərarları › İş №3(5-155)-304/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-304/2026

20.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-304/2026 20.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1 maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib edilmiş 06 fevral 2026-cı il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:45-də Sumqayıt şəhəri, 40-cı məhəllə ərazisində keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs məxsus “Chevrolet” markalı **-ME-*** nömrəli avtomobili cızaraq ona 1160 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, qarşı tərəf dəfələrlə onun şərəf və ləyaqətini alçaltdığı üçün belə əmələ yol verib. Dəymiş ziyanın 500 manatını ödəməyə maddi imkanı çatırdı, lakin qarşı tərəf bununla razılaşmamışdır. Məhkəmədən günahkar olduğunu bildiyini, azyaşlı uşağa baxdığını nəzərə alaraq dəymiş zərəri ödəyə bilməməsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, qarşı tərəf dəfələrlə uşaq qucağında onun qapısına qədər gəlmiş və uşağı qucağına almasını bildirmişdir, o isə imtina etmişdir. Bundan sonra qarşı tərəf aşağı düşərək onun avtomobilinə zərər vurmuşdur. Bununla bağlı kamera görüntüləri də var. Servisin hesabladığı qiymətə görə avtomobilinə 1160 manat ziyan dəymişdir və həmin məbləğ faktiki dəymiş ziyandır. Hadisə ilə bağlı DİN-in 102 Xidmətinə zəng etmiş və 3-cü PB-yə çağırılmışdır. Qarşı tərəf əvvəlcə 500 manat ödəyəcəyini bildirmiş, ödəyə bilmədiyi üçün həmin məbləğ 300 manata endirilmişdir. Nəticədə heç bir ödəniş olunmamışdır. Məhkəmədən avtomobilinə dəymiş zərərin ödənilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür kİ, NK-1/1906 saylı material üzrə cinayət təqibinin başlanması rədd edilmiş və aidiyyatı üzrə Sumqayıt ŞPİ-nin 3-cü PB-ə göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs DİN-in 102 xidməti zəng mərkəzinə və Sumqayıt ŞPİ-nin 3-cü PB-nə müraciət edərək xx.xx.2025-ci il tarixdə keçmiş həyat yoldaşı Şəxs ona olan aliment borcunu verə bilmədiyi üçün etibarnamə ilə idarə etdiyi Chevrolet Malibu markalı avtomobilini əlində olan predmet ilə cızmasmı bildirmişdir. İş materiallarında olan Şəxs izahatından görünür ki, Zərərçəkmiş şəxs ilə 2021-ci ildən rəsmi olaraq ailə həyatı qurub. 2023-cü ildən rəsmi şəkildə ayrılıb. Həmin ərəfədən sonra onunla münasibəti qalıb. 2024-cü ilin oktyabrında övladı dünyaya gəlib və övladı dünyaya gəldikdən sonra onunla münasibətləri pozulub. Mansur son zamanlarda ünvanına hədələyici və nalayiq ifadələr işlədirdi. Uşağın ondan olmadığını, aliment öhdəliyindən yayınmaqdan ötrü DNT müayinəsinin keçirilməsini tələb edirdi. O övladını görməsi üçün onun yaşadığı evə yollandı. Alimenti ödəməsini və onunla danışmalı olduğunu dedi. Bundan sonra Mansur əli ilə uşağ geri itələdi. O bundan sonra əsəbləşdi, övladına qarşı aqressiyadan sonra əlində olan açarla Mansura məxsus avtomobili cızmağa başladı. Bir müddət cızdıqdan sonra oranı tərk edib yaşadığı evə yollandı. İş materiallarında olan Zərərçəkmiş şəxs izahatından görünür ki, Vaqifli Jalə ilə 2021-ci ildə ailə həyatı qurub. Onunla 2023-cü ilin may ayında boşanıblar. Boşandıqdan sonra onunla heç bir münasibəti olmayıb. Jalə boşandıqdan sonra yaşadığı evə gəlib onu narahat edir, acığını çıxmaq üçün qapını cızır, ona əhəmiyyət vermədiyi üçün bu gün avtomobilini cızıb. Jalə 2024-cü il təvəllüdlü övladının məndən olmasını iddia edir. O isə öz növbəmdə mövcud vəziyyəti ilə əlaqədar olaraq uşağın ondan olmadığını bilir. ArtıQ bir neçə müddətdir ki, Jalə bu kimi hərəkətlərlə ondan heyif çıxır. Jalə bugün avtomobili cızıb və bununla bağlı müvafiq videogörüntüsü də var. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qüsur aktından görünür ki, X1 məxsus 2019-cu il istehsalı olan ** ME *** dövlət nömrə nişanlı CHEVROLET MALİBU minik markalı avtomobilə “Şahin—95” firması tərəfindən texniki baxış keçirilmiş və avtomobilin bərpası üçün 1160 manat xərc müəyyən olunmuşdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilmişdir. Lakin, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi əsasları müəyyən edilmişdir. Belə ki, Şəxs inzibati məsuliyyətə cəlb olunması müddəti keçmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məhkəmə qeyd edir ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş və barəsində inzibati tənbeh tədbir tətbiq edilməsindən ötrü Sumqayıt ŞPİ-nin 3-cü PB-yə göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün İXM-nin 38.3-cü maddəsində nəzərdə tutulmuş 03 (üç) ay müddət keçdikdən sonra, yəni xx.xx.2026-cı il tarixində məhkəmə göndərilmişdir. İXM-in 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətə cəlb olunması müddəti keçdiyi üçün onun barəsində Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 38, 40, 43, 53, 114.1.4, 115.1, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar