Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-307/2026 06.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsi polis sahə rəisi Səid Alırzayevin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi “ŞİMAL” Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta-ixtisas təhsilli, "xxxx" MMC-də aşbaz köməkçisi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin polis sahə rəisi Səid Alırzayev tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə 06 fevral 2026-cı il tarixli, müvafiq olaraq MN seriyalı ******* və ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 3(5-155)-307/2026 saylı qərardadı ilə Şəxs İXM-nin 510.1 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.2026-cı i il tarixli, MN seriyalı ******* №-li, xx.xx.2026-cı il tarixli MN seriyalı ******* №-li inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(5-155)-307/2026 və 3(5-155)-308/2026 №-li işlər bir icraatda 3(5-155)-307/2026 nömrəsində birləşdirilmişdir. Tərtib edilmiş protokollardan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 14:00 radələrində Sumqayıt şəhəri, 6-cı məhəllə, Nizami küçəsində mobil telefonla danışarkən ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Həmçinin, o, xx.xx.2026-cı il tarixdə saat 14:00 radələrində Sumqayıt şəhəri, 6-cı məhəllə, Nizami küçəsində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin polis sahə rəisi Səid Alırzayev tərtib etdiyi protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 14:00 radələrində Sumqayıt şəhəri, 6-cı məhəllə, Nizami küçəsində mobil telefonla danışarkən ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Səs-küy yarandığı üçün polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim etmiş və onu nizamintizama dəvət etmişlər. Lakin Şəxs polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamışdır. 2-ci dəfə nizam-intizama dəvət edildikdə o, polis əməkdaşlarının ünvanına aqressiv şəkildə nalayiq ifadələr işlətmişdir. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə ictimai yerdə baş verib. Buna görə də o, aidiyyəti üzrə 4-cü Polis Bölməsinə gətirilərək barəsində İXM-nin 510.1 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Protokolu müdafiə edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, iş üzrə özünü təqsirli bilir. xx.xx.2026-cı il tarixdə günorta saat 2-3 radələrində Sumqayıt şəhəri, 6-cı məhəllə ərazisində dostu ilə telefonda danışırdı. Belə ki, dostu ona olan borcunu ödəmədiyi üçün ona qarşı nalayiq ifadə işlətmişdir. Bundan sonra 2 nəfər mülki geyimli polis əməkdaşları ona yaxınlaşmış və özlərini təqdim etmişlər. Polis əməkdaşları nalayiq ifadə işlətməməli olduğunu bildiriblər. O, polis əməkdaşlarının tələbinə qulaq asmamış və onlara qarşı da nalayiq ifadə işlətmişdir. Bundan sonra 4-cü PB-nə gətirilmişdir. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, ona qarşı hər hansı təzyiq olmayıb. Əməlindən peşmandır. Qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında “ŞİMAL” Vəkil Bürosunun vəkili X2 bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əməlini səmimi etiraf edir və əməlindən peşmandır. İndiyədək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmamasını nəzərə alaraq İnzibati həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 06 fevral 2026-cı il tarixli MN ******* seriyalı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 14:00 radələrində Sumqayıt şəhəri, 6-cı məhəllə, Nizami küçəsində mobil telefonla danışarkən ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur İş materiallarında olan 06 fevral 2026-cı il tarixli MN ******* seriyalı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 14:00 radələrində Sumqayıt şəhəri, 6-cı məhəllə, Nizami küçəsində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İş materiallarında olan xx.xx.2026-cı il tarixli raportdan görünür ki, xx.xx.2026-cı il tarixdə saat 14 radələrində CAŞ-nin kiçik inspektoru Ramiz Zamanov ilə birlikdə Sumqayıt şəhəri 6-cı məhəllə ərazisində bir nəfər şəxsin ucadan nalayiq ifadələrlə telefonla danışdığını müşahidə etdilər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdilər. Həmin şəxsi nizam intizama dəvət etsələr də o onların qanuni tələblərinə məhəl qoymayaraq polisində ünvanına nalayiq ifadələr işlətməyə başladı. Dəfələrlə nizam intizama dəvət etsələr də bizim qanuni tələblərinə məhəl qoymadı. Tərəflərindən həmin şəxs Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirildi. PB-də həmin şəxsin xx.xx.1995-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs olması müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 17:10-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Sumqayıt ŞPİ CAŞ-nin kiçik inspektoru Ramiz Zamanovun izahatından görünür ki, xidmətdə olarkən bir nəfər vətəndaşın Sumqayıt şəhəri, 6-cı məhəllə, Nizami küçəsində telefonla danışarkən nalayiq ifadələr işlədərək səs-küy yaratdığını gördü. Həmin şəxsə yaxınlaşaraq özünü təqdim etdi və onu nizam-intizama dəvət etsə də, həmin şəxs məhəl qoymayaraq öz hərəkətlərinə davam etmiş və onların ünvanına nalayiq ifadələr işlətmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ CAŞ-nin kiçik inspektoru Ruslan Əlizadənin izahatından görünür ki, xidmətdə olarkən bir nəfər vətəndaşın Sumqayıt şəhəri, 6-cı məhəllə, Nizami küçəsində telefonla danışarkən nalayiq ifadələr işlədərək səs-küy yaratdığını gördü. Həmin şəxsə yaxınlaşaraq özünü təqdim etdi və onu nizam-intizama dəvət etsə də, həmin şəxs məhəl qoymayaraq öz hərəkətlərinə davam etmiş və onların ünvanına nalayiq ifadələr işlətmişdir. Beləliklə, Şəxs polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmaması, həmçinin xırda xuliqanlıq etməsi, yəni Azərbaycan Respublikasının İXM-nin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Şəxs İXM-nin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi özünün etirafedici ifadəsi və iş materialları ilə tam təsdiqini tapır. Buna görə də, onun barəsində həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 4-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlini səmimi etiraf etməklə peşman olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olmasını və ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirli bildiyi İXM-in 510.1 və 535.1-ci maddələri üzrə daha ciddi sanksiyası olan İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməli, inzibati həbs etmənin əvvəli xx.xx.2026-cı il tarixdən, saat 17:10-dan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, “ŞİMAL” Vəkil Bürosunun vəkili X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 21, 40, 43, 114.1.1, 115.1, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinərək 25 (iyirmi beş) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx.xx.2026-cı il tarixdən, saat 17:10-dan hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə təqsirləndirilən Şəxs “ŞİMAL” Vəkil Bürosunun vəkili X1 göstərdiyi 03 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat dövlət büdcəsindən tutularaq “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(5-155)-307/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-307/2026
06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver