Məhkəmə qərarları › İş №3(5-155)-309/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-309/2026

06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-309/2026 06.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı X15, Zərərçəkmiş şəxs X19, Zərərçəkmiş şəxs X2, Zərərçəkmiş şəxs X3, Zərərçəkmiş şəxs X12, Zərərçəkmiş şəxs X6, Zərərçəkmiş şəxs X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şimal Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1984-cü ildə Qarakilsə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 14, otaq 13 ünvanında qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə tərtib edilmiş 06 fevral 2026-cı il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən xx.xx.2026-cı il tarixdə Şəxs saat 12:25 radələrində X7 Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində yerləşən 14 saylı yataqxananın girişində nalayiq küçə söyüşləriylə təhqir etmişdir və xırda xuliqanlıq əməli törətmişdir. Bundan başqa Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə tərtib edilmiş 06 fevral 2026-cı il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs xx.xx.2026-cı il tarixdə saat 12:49 radələrində Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində yerləşən yataqxanın girişində X22 nalayiq küçə söyüşləri ilə söyərək xırda xuliqanlıq əməli törətmişdir. Bundan başqa Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə tərtib edilmiş 06 fevral 2026-cı il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən xx.xx.2026-cı il tarixdə saat 12:40-da Şəxs Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində yerləşən 14 saylı yataqxananın girişində X16 nalayiq küçə söyüşləriylə təhqir etmişdir və xırda xuliqanlıq əməli törətmişdir. Bundan başqa Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə tərtib edilmiş 06 fevral 2026-cı il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs xx.xx.2026-cı il tarixdə saat 12:10 radələrində Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində yerləşən yataqxanın girişində nalayiq küçə söyüşləri söyərək xırda xuliqanlıq əməli törətmişdir. Bundan başqa Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə tərtib edilmiş 06 fevral 2026-cı il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs xx.xx.2026-cı il tarixdə saat 12:30 radələrində Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində yerləşən yataqxanın girişində X10 nalayiq küçə söyüşləri ilə söyərək xırda xuliqanlıq əməli törətmişdir. Bundan başqa Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə tərtib edilmiş 06 fevral 2026-cı il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən xx.xx.2026-cı il tarixdə saat 16:30 radələrində Şəxs Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində yerləşən yataqxanın girişində X8 nalayiq küçə söyüşləri ilə söyərək təhqir etmişdir və xırda xuliqanlıq əməli törətmişdir. Bundan başqa Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə tərtib edilmiş 06 fevral 2026-cı il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs xx.xx.2026-cı il tarixdə saat 15:00 radələrində Sumqayıt ŞPİ 1-Cİ PB-də olan zaman səs-küy salaraq PB-nin iş rejimini pozaraq xırda xuliqanlıq əməli törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı X25 tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, Vəfa Məhərrəmova, Nərmin Ağazadə, Sevil Həsənova, Eminə Nəsibova, Zərərçəkmiş şəxs 1-ci PB-nə ərizə ilə müraciət edərək qonşuluqda yaşayan Şəxs mütəmadi olaraq münaqişə yaratdığını, mütəmadi olaraq onları nalayiq küçə söyüşləri lə təhqir etdiyini, həmçinin 05 fevral 2026-cı il tarixdə yaşadıqları mənzildə olan zaman səs-küyə çıxaraq Tünzalə adlı qonşu ilə Aytəkin adlı qonşunun mübahisə etdiyini görüb həmin şəxslərə yaxınlaşıb sakitləşdirmək istəyən zaman Aytəkin onları nalayiq küçə söyüşləri ilə söyüb təhqir etmişdir. Bundan əlavə Təranə Qasımova da 02 fevral 2026-cı il tarixdə Aytəkinin onun ünvanına gələrək səbəbsiz yerə mübahisə edib səs-küy saldığını, onu küçə söyüşləri ilə söydüyünü bildirmişdir. Bundan əlavə baş vermiş hadisə ilə bağlı əməliyyat qrupunun üzvü Nahid Həsənov hadisə yerində olan zaman həmin şəxsləri sakitləşdirməyə çalışmış, Şəxs 1-ci PB-nə təmin etmişdir. Şəxs 1-ci PB-də olan zaman səs-küy salaraq bölmənin iş rejimi pozması ilə bağlı raport tərtib etmişdir. Tərəflərindən araşdırma aparılan zaman Şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X20 təmin edilmişdir. Araşdırma zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510.1-ci maddəsinin tərkib əlamətləri olduğundan protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolu müdafiə edir, şəxs barəsində ən ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X29 izahatında göstərmişdir ki, 05 fevral 2026-cı il tarixdə Tünzalə xanımla Aytəkin xanımın münaqişəsini eşidib oraya yaxınlaşmışlar. Aytəkin Tünzaləyə onun qapısına təpik vurduğunu deyirdi. Onlar sakitləşdirmək istədikdə Aytəkin nalayiq ifadələr işlətməyə başlamışlar. Şəxs barəsində ən ağır cəzanın təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X11 izahatında göstərmişdir ki, 02 fevral 2026-cı il tarixdə Aytəkinin anası ilə söhbət etmiş və ona qızının gecələr səs-küy saldığını demişdir. Aytəkin də anası ilə danışdığına görə onu nalayiq söyüşlərlə söymüşdür. Oraya gəldiyi gündən qonşularla səbəbsiz yerə mübahisələr edir, onları təhqir edir. Aytəkin oraya gəldiyi gündən qonşularla səbəbsiz yerə mübahisələr edir, onları təhqir edir. Şəxs barəsində ən ağır cəzanın təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X13 izahatında göstərmişdir ki, 05 fevral 2025-ci il tarixdə jurnalist gəlmiş, onlar səs-küyə çıxmışlar. Bu zaman Aytəkin onları təhqir etmişdir. Aytəkin oraya gəldiyi gündən qonşularla səbəbsiz yerə mübahisələr edir, onları təhqir edir. Şəxs barəsində ən ağır cəzanın təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X23 izahatında göstərmişdir ki, 05 fevral 2025-ci il tarixdə səs-küyə çıxmış, Aytəkinlə Tünzalənin mübahisə etdiyini görmüşlər. Bu zaman Aytəkin onları təhqir etməyə başlamışdır. Aytəkin oraya gəldiyi gündən qonşularla səbəbsiz yerə mübahisələr edir, onları təhqir edir. Şəxs barəsində ən ağır cəzanın təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X17 izahatında göstərmişdir ki, 3 ildir ki, Aytəkin oraya köçmüşdür, gəldiyi gündən münaqişlər yaradır, hadisə digər zərərçəkmiş şəxslərin dediyi kimi olmuşdur. Şəxs barəsində ən ağır cəzanın təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X14 izahatında göstərmişdir ki, 05 fevral 2026-cı il tarixdə Aytəkinlə Tünzalə xanımın mübahisəsi eşidib dəhlizə çıxmışlar. Onları sakitləşdirmək istəyərkən Aytəkin hamısına nalayiq söyüşlər söymüşdür. Mübahisə bir saata yaxın davam etmiş, səs-küyə hər kəs yığılmışdır. Şəxs barəsində ən ağır cəzanın təyin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, qonşular özü onunla mübahisə yaradır. Tünzalənin uşağı onun qapısına hər dəfə təpik vurur, qızını qorxudur. O, jurnalist çağırmış, bu zaman Tünzalə də onun qapısına çıxmış və jurnalisti ona görə çağırdığını soruşmuş, daha sonra Tünzalə jurnalistin yanında qolunu kəsmiş, jurnalist qorxub qışqırmış, daha sonra səs-küyə digər qonşular gələrək onu təhqir etmətə başlamışlar. Himayəsində xəstə uşağı vardır. Məhkəmədən barəsində ən yüngül cəzanın təyin edilməsini xahiş edir. Məhkəmə iclasında müdafiəçisi Şimal Vəkil Bürosunun vəkili X9 hüquqlarını müdafiə etdiyi şəxs barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Şəxs xx.xx.2010-cu il təvəllüdlü X5 adlı övladı vardır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Şəxs xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməsi sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın hallarını və xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini ağırlaşdıran halların olmamasını, himayəsində bir qız övladının olmasını və onu təkbaşına böyüdən ana olmasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Bu növ tənbehin tətbiqi tənbeh tətbiq edilməsinin məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, vəkil X1 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115.1, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Vəkil X9 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Şimal Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar