Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-349/2026 18.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Sumqayıt şəhər DYPŞ-nin YPX inspektoru X1, Qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, Sumqayıt şəhər DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt şəhər DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ona tətbiq olunmuş inzibati tənbeh heç bir obyektiv sübutla təsdiq edilməmişdir. Göstərilən inzibati xəta üzrə videogörüntülər və fotoşəkillər olsa da, həmin materiallar ona təqdim olunmamışdır. İnzibati xəta yalnız subyektiv rəyə əsasən qeydə alınmışdır. Sübutlar təqdim edilmədiyii halda şəxsin inzibati məsuliyyətə cəlb edilməsi qadağandır. Şikayətinin təmin edilməyini və Sumqayıt şəhər DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X4 şikayət ərizəsinin mahiyyətinə uyğun çıxış etmiş və bildirmişdir ki, qayda pozmuşdursa, videogörüntü tələb edir. Onun hərəkət etdiyi Sumqayıt bulvarından köhnə “4 qardaş” restoranına çıxan istiqamətdə stop işarəsi var idi, O stop işarəsinin tələbini yerinə yetirib üzü məscidə tərəf dönürdü. Bu vaxt oradan avtomobil gəlmirdi. Bir avtomobil var idi, lakin hərəkətdə deyildi. Buna görə də, o hərəkətinə davam etdi. Həmin avtomobil üzü Xəzri yaşayış massivindən gələn nəqliyyat vasitəsinə yol verirdi. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, çıxdığı yolun baş yol olduğunu bilirdi. Qarşıdan gələn avtomobil üzü Bulvar istiqamətində olan avtomobilə yol verirdi, buna görə hərəkətinə davam etdi. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhər DYPŞ-nin polis kapitanı X3 bildirmişdir ki, digər nəqliyyat vasitəsi sürücü ilə toqquşmasın deyə baş yolda yolayrıcına daxil olub əyləci sıxaraq məcburi dayanma edib. Sürücü də Sahil küçəsinə dönərək hərəkətinə davam edib. Sürücü hərəkətdə olan nəqliyyat vasitəsini gözləyib, sonra hərəkətinə davam etməli idi, lakin o digər nəqliyyat vasitəsinin qarşısını kəsir, o da hərəkətini dayandırır, bununla da açıq-aşkar qayda pozuntusu görünür. İş materiallarında Sumqayıt şəhər DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 həmin tarixdə “OPEL ASTRA MİNİK” markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Sahil küçəsi ilə C.Məmmədquluzadə küçələrinin kəsişməsində yolayrıcınını keçmə qaydalarının pozulmasına görə Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan CD diskdəki görüntülərdən məlum olur ki, sürücü baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitəsinə yol vermədən qarşısına çıxır, bu zaman həmin nqəliyyat vasitəsinin sürətini azaltması açıq şəkildə görünür. Müəyyən olunmuşdur ki, X4 xx.xx.2026-cı il tarixində “OPEL ASTRA MİNİK” markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Sahil küçəsi ilə C.Məmmədquluzadə küçələrinin kəsişməsində yolayrıcını keçmə qaydalarının pozmuş, bununla da Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş, DYPŞ tərəfindən qeyd edilən maddə ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Tərəflərin izahatına, iş materiallarına əsasən məhkəmə hesab edir ki, şikayət əsassızdır, Sumqayıt şəhər DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı isə qanuni və əsaslıdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş videogörüntüdən məlum olur ki, Elvin Əliyevin idarə etdiyi “OPEL ASTRA MİNİK” markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobil baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitəsinə yol vermir. Yol hərəkəti haqqında qanunun 77-ci maddəsinin 1-ci hissəsinə əsasən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - 100 manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Sumqayıt şəhər DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan X2 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin edilməsin. Sumqayıt şəhər DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(5-155)-349/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-349/2026
18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver