Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(5-155)-401/2026 12.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlu, Şəxs Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ30685382 nömrəli, xx.xx.2025-ci il tarixli EQ30674289 nömrəli, xx.xx.2025-ci il tarixli EQ30685214 nömrəli və EQ30671444 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarından verdiyi şikayətə işə baxılmağa hazırlanması mərhələsində baxaraq, MÜƏYYƏNETDİ: Şəxs şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ30685382 nömrəli, xx.xx.2025-ci il tarixli EQ30674289 nömrəli, xx.xx.2025-ci il tarixli EQ30685214 nömrəli və EQ30671444 nömrəli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayətə baxmağa hazırlıq zamanı iş üzrə icraatı rədd edən halların mövcud olmasını müəyyən etmişdir. Belə ki, müəyyən edilmişdir ki, Şəxs dörd ayrı-ayrı inzibati tənbeh vermə haqqında qərardan şikayəti birlikdə vermişdir. Məhkəmə qeyd edir ki, qəbul edilmiş hər bir inzibati tənbeh qərarı üzrə icraat ayrıayrılıqda aparıldığı üçün onlardan məhkəməyə veriləcək şikayət də ayrı-ayrılıqda verilməlidir. Bundan əlavə müəyyən edilmişdir ki, qəbul edilmiş qərarlar İXM-in 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron formada qəbul edilmiş və hazırda qüvvədə olan qanunvericiliyə əsasən elektron inzibati tənbeh vermə haqqında qərarlardan şikayət yalnız yaşayış yeri üzrə verilə bilər. Şikayət verən şəxsin yaşayış yeri (qeydiyyat yeri) isə Siyəzən rayonu, Zarat kəndidir. Belə ki, elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən şikayətçinin yaşayış yeri (qeydiyyat yeri) müəyyən edilmişdir. “Yaşayış yeri və olduğu yer qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən yaşayış yerini müəyyən edən sənəd Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci və 127- 3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə qaydasını müəyyən edən İXM-in 129-cu maddəsinin tələblərinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) verilir. Şikayətçinin vəsatətinə əsasən isə işə onun yaşayış yeri üzrə baxıla bilər. Göründüyü kimi burada şikayətə inzibati xətanın törədilməsi yeri və şikayət vermiş şəxsin vəsatətinə əsasən onun yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsində baxılması müəyyən edilmişdir. Lakin, İXM-in 129.1.3-1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarlardan verilmiş şikayətlərə şikayət verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsində baxılmalıdır. Göründüyü kimi elektron qərarlardan verilmiş şikayətlərdə hər hansı alternativ aidiyyət qaydası müəyyən edilməmişdir Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət icraata qəbul edilmədən geri qaytarılmalı və mübahisləndirilən inzibati tənbeh tətbiq etmə barədə qərarlardan ayrıayrılıqda hazırki qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd edilmiş aidiyyət qaydalarına müvafiq şikayət vermə hüququnun olması şikayətçiyə izah edilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası İXM-in 132-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ30685382 nömrəli, xx.xx.2025-ci il tarixli EQ30674289 nömrəli, xx.xx.2025-ci il tarixli EQ30685214 nömrəli və EQ30671444 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarından Şəxs tərəfindən verilmiş şikayət icraata qəbul edilməsin, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Mübahisləndirilən inzibati tənbeh tətbiq etmə barədə qərarlardan ayrı-ayrılıqda hazırki qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd edilmiş aidiyyət qaydalarına uyğun şikayət vermə hüququnun olması şikayətçiyə izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(5-155)-401/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(5-155)-401/2026
12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver