Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(5-155)-435/2026 17.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızı, X1 Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ31768870 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətə və ona əlavə edilmiş materiallara işin baxılmağa hazırlanması mərhələsində baxaraq, MÜƏYYƏNETDİ: X1 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin xx.xx.2025ci il tarixli EQ31768870 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət Sumqayıt şəhər Məhkəməsinə daxil olmuşdur. Məhkəmə qərardan şikayəti və ona əlavə edilmiş materialları araşdıraraq hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə İmişli Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, inzibati xəta haqqında qərardan və Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 yaşayış yeri- qeydiyyat ünvanı İmişli rayonu, İmişli şəhəri, Heydər Əliyev prospekti, ev 132 ünvanıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) verilir. Həmin Məcəllənin 129.1.3-1-ci maddəsinə əsasən Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 129.1-1-ci maddəsinə əsasən Məcəllənin 129.1.3-cü maddəsinə uyğun olaraq şikayətə baxmağa hazırlıq zamanı bu Məcəllənin 128.1-ci maddəsində göstərilən şəxslər tərəfindən şikayətə həmin şəxslərin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə baxılması haqqında vəsatət verilə bilər. “Yaşayış yeri və olduğu yer qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən yaşayış yerini müəyyən edən sənəd Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. İXM-nin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul olunur. Beləliklə, qanunvericiliyin yuxarıda qeyd edilən normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, X1 Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ31768870 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərazi aidiyyəti üzrə baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109 və 110-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin xx.xx.2025ci il tarixli EQ31768870 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət və ona əlavə edilmiş materiallar baxılması üçün ərazi aidiyyəti üzrə İmişli Rayon Məhkəməsinə göndərilsin. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(5-155)-435/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(5-155)-435/2026
17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver