Məhkəmə qərarları › İş №3(5-155)-439/2026

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-439/2026

02.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-439/2026 02.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 2 saylı X1 aparıcı məsləhətçi-müfəttişi X4 iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan(FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 2 saylı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İXM-nin 64.3-cü maddəsinə əsasən işə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 2 saylı X1 aparıcı məsləhətçi-müfəttişi X6 bildirmişdir ki, protokolu müdafiə edir. 2 saylı X1 əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı Sumqayıt şəhəri, Stansiya Sumqayıt ərazisi, meronun yaxınlığında yerləşən Şəxs məxsus moykada formalaşan çirkab sular xüsusi çəkilmiş 110 mm-lik polietilen boru ilə təyinatsız ətraf-mühitə axıdılmışdır. Şəxs yerində araşdırmada iştirak etmiş, aktı imzalamış və etirafedici məzmunda izahatı alınmışdır. Həmçinin, foto və videoçəkiliş iş materiallarına əlavə edilmişdir. Buna görə də, Şəxs barəsində İXM-nin 262.2.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2026-cı il tarixində Sumqayıt şəhəri, yükboşaltma məntəqəsi ünvanında fiziki şəxs Şəxs maşın yuma məntəqəsində formalaşan tullantı sularının təyinatsız ətraf-mühitə axıdılması faktı aşkar edilmişdir. Bu fakt xx.xx.2026-cı il tarixli 000038 nömrəli akt, fotoşəkillərlə təsdiq olunur. İş materiallarında olan "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 2 saylı X1 əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli 000038 nömrəli aktdan görünür ki, Sumqayıt şəhəri, Stansiya Sumqayıt ərazisi, meronun yaxınlığında yerləşən Şəxs məxsus moykada formalaşan çirkab sular xüsusi çəkilmiş 110 mm-lik polietilen boru ilə təyinatsız ətraf-mühitə axıdılmışdır. İş materiallarında olan Şəxs izahatından görünür ki, Sumqayıt şəhəri, yükboşaltma məntəqəsində formalaşan çirkab sularının təyinatsız ətraf-mühitə axıdılma faktı onun şahidliyi ilə aşkar edilmişdir. Maşın yuma məntəqəsi fəaliyyətə yeni başlayıb. Tez bir zamanda axıdılma ilə bağlı nöqsanı aradan qaldıracaq. Məhkəmə hesab edir ki, Şəxs qanunsuz olaraq su təchizatı şəbəkəsinə qoşulmaqla suyu talaması faktı protokol tərtib etmiş orqanın məhkəmə iclasında verdiyi izahatı və iş materialları ilə tam təsdiq olunur. Azərbaycan Respublikasının İXM-nin 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə- fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 32-ci və 33-cü maddələrinə əsasən məhkəmə Şəxs əməlində yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 262.2.3cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 100 (yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar