Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-443/2026 17.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, Zərər şəkmiş şəxs Zərərçəkmiş şəxs təsisçisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokola əsasən borclu Şəxs Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-2(119)-1318/2025 nömrəli icra sənədinə əsasən, Zərərçəkmiş şəxs MMC-yə olan 42551 manat pulu qərəzli olaraq ödəmir. Nəticədə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərtib etdiyi inzibati xəta haqqında protokola uyğun olaraq izahat vermiş və bildirmişdir ki, xx.xx.2018-ci il tarixdə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-2(119)-1318/2025 nömrəli icra sənədi üzrə icraata başlanılmış və “Elektron İcra İnformasiya Sistemi” vasitəsi ilə onun ölkə xaricində olduğu müəyyən edilmiş, onunla əlaqə saxlamaq mümkün olmamışdır. “Elektron İcra İnformasiya Sistemi”ndən adına olan əmlaklara baxdıqda adına avtomobil olduğu müəyyən edilmiş və avtomobilin üzərinə həbs qoyulmuşdur. Ölkədən gedişinə məhdudiyyət qoyulması ilə bağlı Sumqayıt Kommersiya Məhkəməsinə təqdimat verilmiş, lakin borcun əmlaka yönəldilməsi ilə bağlı təqdimat verilməmişdir. Borclu Şəxs hazırda 42551 manat borcu vardır və ölkəyə qayıtdıqdan sonra icra idarəsinə dəvət olunmuş, izahatında imkanı olmadığı üçün ödəyə bilməyəcəyini bildirmişdir. Məhkəmədən protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər şəkmiş şəxs Zərərçəkmiş şəxs təsisçisi X7 bildirmişdir ki, Şəxs Məhəmməd oğlu 2025-ci ilin iyul ayında şirkətdən satmaq üçün 42000 manatlıq istehsal materialı almışdır. Özü ölkə xaricində ola-ola onu “Kristal Abşeron” binalarının qarşısına dəvət edərək gəlib pulu ödəyəcəyini bildirmiş, lakin onu aldatmışdır. Telefonla əlaqə saxlamaq istədikdə isə onu hər yerdən bloklamış və borclu ilə heç cür əlaqə saxlamaq mümkün olmamışdır. O da Şəxs həyat yoldaşına zəng etmiş, həyat yoldaşı isə boşandıqlarını və əlaqələrinin olmadığını bildirmişdir. Beləliklə, o, Şəxs tərəfindən dələduzluğa məruz qaldığını başa düşmüşdür. Həmçinin, Şəxs Məhəmməd oğlunun elektron kabinetinin olduğunu, icra sənədindən və məhkəmə işlərindən xəbəri olduğunu bildirmişdir. Çünki, onun tərəfindən məhkəmə gedişində elektron kabinetə ərizələr yerləşdirilirdi. Onun nümayəndəsi Xətai Yusubov adlı şəxslə əlaqə saxladıqda isə müvəkkilini bu məsələ ilə bağlı narahat etməmələrini bildirmişdir. Şəxs Məhəmməd oğlu özü də onunla danışarkən “Nahaq ölkəyə qayıtdım”, “Yaxşı edirəm pulu qaytarmıram” kimi ifadələr işlətmişdir. Bununla da, onun icra sənədindən qərəzli şəkildə boyun qaçırdığı açıqaşkar görünür. Hazırda Şəxs Məhəmməd oğlunun ölkədən gedişinə məhdudiyyət qoyulması ilə bağlı Sumqayıt Kommersiya Məhkəməsinə təqdimat verilmişdir. Həmin məhkəmə qərarının çıxarılmasına qədər həbs olunarsa, onun ölkədən çıxmasının qarşısını almaq mümkün olacaqdır. Qeyd edilənlərə əsasən məhkəmədən Şəxs Məhəmməd oğlu barəsində 30 gün müddətinə həbs tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, X4 pulu hissə-hissə ödəyəciyini bildirmişdir. Lakin, maddi vəziyyəti yaxşı olmadığı üçün və övladı təhsil aldığı üçün pulları xərcləmişdir. X1 olan borcunu ödəyə bilməmişdir. Bu səbəbdən də o, X4 onların yanında işləyə-işləyə pulları qaytarmağı təklif etmiş, lakin razı olmamışdır. Serbiyada olduğu üçün məhkəmə işlərindən və icra sənədlərindən məlumatı olmamışdır. Serbiyadan bu gün qayıtdığını və bununla da, məhkəmə işlərindən və icra sənədindən məlumatı olmuşdur. Elektron kabinetinə isə nümayəndəsinin baxdığını bildirmişdir. Ölkəyə yeni gəldiyi və icra sənədlərindən məlumatı olmadığı üçün məhkəmədən ona vaxt verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X9 müdafiə etdiyi Şəxs icra sənədindən məlumatı olmadığını və ölkəyə bu gün gəldiyini bildirmişdir. Bu səbəbdən də borclunun əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-2(119)-1318/2025 nömrəli icra sənədinə cavabdeh Şəxs 40834 (qırx min səkkiz yüz otuz dörd) manat məbləğində əsas borc, 1500 (min beş yüz) manat məbləğində penya və 217 (iki yüz on yeddi) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 42551 (qırx iki min beş yüz əlli bir) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Zərərçəkmiş şəxs MMC-yə ödənilməlidir. İcraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-2(119)-1318/2025 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2025-ci il tarixdə tələbin könüllü icra edilməsi barədə bildiriş Şəxs təqdim edilmişdir. Borclunun əmlakı üzərinə həbs qoyulması haqqında xx.xx.2026-cı il tarixli qərardan görünür ki, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-2(119)- 1318/2025 nömrəli icra sənədi üzrə borclu Şəxs mülkiyyətində olan “OPEL ASTRA MİNİK” markalı **-DU-*** qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmuşdur. xx.xx.2026-cı il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. xx.xx.2026-cı il tarixdə Sumqayıt Kommersiya Məhkəməsinə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimat ünvanlanmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-2(119)-1318/2025 nömrəli icra sənədinə əsasən cavabdeh Şəxs 40834 (qırx min səkkiz yüz otuz dörd) manat məbləğində əsas borc, 1500 (min beş yüz) manat məbləğində penya və 217 (iki yüz on yeddi) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 42551 (qırx iki min beş yüz əlli bir) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Zərərçəkmiş şəxs MMC-yə ödənilməsi müəyyən edilmiş, iş üzə xx.xx.2025-ci il tarixdə icraata başlamaq barədə qərar qəbul edilmiş, borcluya onun istifadəsinə olan telefon nömrələrinə barəsində icra sənədinin olması və icra idarəsinə yaxınlaşması barədə məlumat verilmişdir. Məhkəmə iclasında borclu maddi vəziyyəti yaxşı olmadığından icra sənədi üzrə borc məbləğini bir dəfəyə ödəyə bilməyəcəyini, icra sənədindən məlumatı olmadığını və ona vaxt verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Şəxs qanuni qüvvəyə minmiş məhkəmə aktı üzrə borcunu ödəməməsi, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Bundan başqa, məhkəmə borclu Şəxs məhkəmə iclasında icra sənədindən məlumatı olmadığını bildirməsinə münasibətdə qeyd edir ki, borclu məhkəmədə Zərərçəkmiş şəxsndən 40000 manatdan artıq məbləğdə material aldığını, pula ehtiyacı olduğu üçün ödəməli olduğu məbləği xərclədiyini, Sumqayıt Kommersiya Məhkəməsinin icraatında məhkəmə mübahisəsinin olmasından məlumatlı olduğunu bildirmiş, bundan başqa, Sumqayıt şəhəri üzrə İcra İdarəsində verdiyi izahatında barəsində olan icra sənədindən məlumatı olduğunu, ölkə xaricində olduğundan icra sənədini icra etmədiyini bildirmişdir. Bu səbəbdən də məhkəmə borclunun icra sənədindən məlumatı olmaması ilə bağlı məhkəmə iclasında verdiyi izahatını inzibati məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli qiymətləndirir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır Məhkəmə iclasında İXM-nin 32-ci və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və belə nəticəyə gəlir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli xx.xx.2026-cı il tarixdən, saat 17:20-dən hesablanmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, vəkil X6 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli xx.xx.2026-cı il tarixdən, saat 17:20-dən hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Vəkil X9 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(5-155)-443/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-443/2026
17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver