Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-466/2026 27.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli EQ seriyalı 33607940 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli EQ seriyalı 33607940 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abdullazadə tərəfindən EQ 33607940 saylı, xx.xx.2026-cı il tarixli qərar qəbul edilmişdir. Həmin qərarda göstərilmişdir ki, guya o, xx.xx.2026-cı il tarixdə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərini pozaraq svetaforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirmişdir. Bildirmək istəyir ki, qəbul edilmiş həmin inzibati xəta haqında qərarla razı deyil və hesab edir ki, həmin qəbul edilmiş inzibati xəta haqqında qərar qanunvericiliyin tələblərinə zidd olaraq qəbul edilmişdir. Belə ki, inzibati xəta törədilən zaman, yəni xx.xx.2026-cı il tarixdə etibarnamə əsasında onun istifadəsində olan “Renault Megane minik” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobili o yox, atası Nəbi Ağayev idarə etmişdir. Həmin faktı atası Nəbi Ağayev məhkəmə iclasında da təsdiq edə bilər. Onu da qeyd etmək istəyir ki, tərtib edilmiş qərar özü belə qanunvericiliyə zidd şəkildə tərtib edilmişdir. Belə ki, həmin qərarda xüsusi texniki vasitənin tipi, markası və modeli inzibati xəta haqqında qərar göstərilməmişdir. “SMS Radar” Mobil tətbiqində göndərilmiş video və foto ilə də aydın şəkildə də görünür ki, məhz inzibati xəta törədilən zaman xətanın onun tərəfindən törədilməsi sübuta yetmir. Onun barəsində qəbul edilmiş Yol hərəkət qaydaları, yol hərəhəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abdullazadə tərəfindən EQ 33607940 saylı, xx.xx.2026-cı il tarixli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmədə iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən X3 şikayət ərizəsinin mahiyyətinə uyğun çıxış etmiş və bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə, saat 5-6 radələrində **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobili atası idarə edirdi. Özü xəstə olduğu üçün avtomobilin arxa oturacağında əyləşmişdi. Atası fikirli olduğu üçün svetaforun qırmızı işığında keçmiş, lakin cərimə onun adına qeydə alınmış, nəticə nəqliyyat vasitəsini idarə etmək hüquq məhdudlaşdırılmışdır. Avtomobili atası idarə etdiyindən qayda pozuntusunu da atası törədib. Qayda pozuntusunun olmasına etiraz etmir. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, avtomobili etibarnamə əsasında idarə edir. Həmin vaxt səhhəti pisləşdiyi üçün avtomobilin arxa oturacağında əyləşmiş, atası onu Neftçilər xəstəxanasına aparmışdır. Həmin gün xəstə olması ilə bağlı hər hansı sübutu, sənədi yoxdur. O, təcili tibbi yardıma zənglə yox, birbaşa yaxın olduğu üçün özü müraciət edərək getmiş, bu səbəbdən hər hansı sənəd təqdim edə bilmir. Məhkəmədən öz adına yazılmış cərimənin atasının adına qeydə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X2 izahatında bildirmişdir ki, həmin gün oğlunun səhhəti yaxşı deyildi. Avtomobili idarə etmək üçün etibarnaməsi olmamış, oğlu yanında olduğu üçün avtomobili özü idarə etmişdir. Məhkəmə ilə üzbəüz yolda yolun 1-ci zolağında hərəkət edən avtomobillər üçün sola dönməyə yaşıl işıq yandığından özü də keçə biləcəyini düşünərək fikirli olduğu üçün svetaforun qırmızı işığında keçmişdir. Sürücülük vəsiqəsi var. Həmin gün Sumqayıtdan Masazıra evinə gedirdilər. Oğlunun təzyiqi var idi, evdə də təzyiq dərmanı olduğunda həkimə müraciət etməmişdirlər. İş materiallarında DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli EQ seriyalı 33607940 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2026-cı il tarixdə “RENAULT MEGANE MİNİK” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Sülh küçəsi, Azərboru zavodun yaxınlığı, Sumqayıtın çıxışı istiqamətində svetaforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi qaydalarının pozulmasına görə Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Tərəflərin izahatına, iş materiallarına əsasən məhkəmə hesab edir ki, şikayət əsassızdır, DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli EQ seriyalı 33607940 nömrəli inzibati tənbeh vermə haqqında qərarı isə qanuni və əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati tənbehvermə haqqında elektron qərar inzibati xəta qanunvericiliyinin tələblərinə əsasən tərtib edilmiş, avtomobilin Orxan Ağayev tərəfindən deyil, atası tərəfindən idarə edilməsi obyektiv sübutlarla təsdiq olunmamışdır. Belə ki, hər iki şəxsin bildirdikləri arasında ziddiyyət olmuş, O.Ağayev atası tərəfindən “Neftçilər” xəstəxanasına aparıldığını desə də, atası ifadəsində oğlunu Masazırda yerləşən evinə apardığını bildirmişdir. Həmçinin, fotoşəkillər də, avtomobilin arxa hissəsinin qeydə aldığından sürücünün kimliyini fərqləndirmək mümkün olmamışdır. Bundan başqa, Orxan Ağayev izahatına əsasən EQ 33607940 nömrəli inzibati tənbeh qərarı nəticəsində onun nəqliyyat vasitəsinin idarə etmək hüququnu məhdudlaşdırılmışdır. İşin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanaraq, daxili inam ilə sübutlar qiymətləndirilərək nəticəyə gəlmək mümkündür ki, şikayətin məqsədi cərimə balının silinməsindən və nəqliyyat vasitəsini idarə etmək hüququnun bərpa olunmasından ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - 100 manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən nzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli EQ seriyalı 33607940 nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan X1 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti təmin edilməsin. DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli EQ seriyalı 33607940 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(5-155)-466/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-466/2026
27.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver