Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-474/2026 20.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Gülmalı Əzizovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, Qubadlı rayonu, Qubadlı şəhəri ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 2-ci məhəllədə yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Gülmalı Əzizov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Şəxs Qubadlı rayon Məhkəməsinin 2(028)-119/2025 saylı, xx.xx.2025-ci il tarixli, 2(02xx-xx/2025 saylı, xx.xx.2025-ci il tarixli, 2(028)-156/2025 saylı icra vərəqələri üzrə icra məmurunun çağırışlarından üzrlü səbəb olmadan yayınmış və qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Gülmalı Əzizov bildirmişdir ki, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs MPKE5937564 saylı xx.xx.2021-ci il tarixli borc müqaviləsinə əsasən 852 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 3000 manat əsas borc, 421,89 manat faiz borcu, cəmi 3421,89 manat borc və 54,62 manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulsun. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 3665,79 manat əsas borc, 21,1 faiz borcu, cəmi 3686,9 manat borc və 56,87 manat ödənilmiş dövlət rusun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. “Elektron İcra İnformasiya Sistemi” vasitəsilə borclunun ünvanına qərar və bildiriş göndərilmişdir. Borclu icra məmurunun çağırışlarından yayınıb və İcra İdarəsinə gəlməyib. Buna görə də Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən borclu bu gün İcra İdarəsinə təqdim edilmişdir. Borclunun izahatı da alınmışdır. Hər 3 icra sənədi üzrə borclunun ümumi 8801 manat borcu var. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, borclu barəsində axtarış elan edilməyib. Borclunun mobil telefon nömrəsinə sms bildiriş göndərilib, bildiriş ünvana poçtla göndərilməyib. İcra İdarəsi tərəfindən Qubadlı Rayon Polis Şöbəsinə məktubla müraciət edilib və borclu bu gün təhvil verilmişdir. Bildirişlər əvvəllər poçtla göndərilirdi, indi isə elektron qaydada göndərilir. Tələbin könüllü icrası haqqında bildirişdə 10 gün müddət müəyyən edilmişdir. Borcludan digər icra sənədləri barədə razılağa gələrək bir icra sənədi üzrə 882 manat borcu ödəməsi tələb edilmiş, lakin heç bir ödəniş etməmişdir. Bankların nümayəndələri də İcra İdarəsinə müraciət edərək borcun ödənilməsinin təmin olunmasını tələb edirlər. Borclunun sms bildirişdən xəbəri olduğunu bilmir. Protokolu müdafiə edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, borcunu ödəmədiyi üçün özünü təqsirli bilir. Lakin onun öz adına olan mobil telefon nömrələri işləmir və onlara sms bildiriş gəlməmişdir. Özünün istifadəsində ***-***-**-** nömrəli nar nömrəsi var. İcra məmuru onun valideyni ilə əlaqə saxlayıb və sonuncu ona bildirib ki, sabah saat 9-da İcra İdarəsində olmalıdır. Həmin vaxt da idarədə olmuşdur. İndiyə qədər icra məmuru onunla əlaqə saxlamayıb, borcundan bu gün xəbəri olub. Borcunu ödəyə bilməməsinin səbəbi maddi vəziyyəti və sağlamlıq problemləri ilə bağlıdır. İşə düzəlmək üçün bir neçə yerə CV göndərib, işə başlayan kimi borcunun bir qismini ödəyəcək və gələn aydan borcunu ödəməyə başlayacaq. Qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2026-cı il tarixli “bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, Qubadlı Rayon Məhkəməsinin e- 2(028)-88/2025-008 nömrəli, xx.xx.2025-ci il tarixli Qubadlı Rayon Məhkəməsinin 2(028)- T19/2025-005 nömrəli, xx.xx.2025-ci il tarixi Qubadlı Rayon Məhkəməsinin e-2(028)- 156/2025-010 nömrəli, xx.xx.2025-ci il tarixi icra sənədlərinin “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 54.1-ci maddəsinə əsasən ümumi icraatda birləşdirilmişdir. İş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs MPKE5937564 saylı xx.xx.2021-ci il tarixli borc müqaviləsinə əsasən 852 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə tələbi dərhal könüllü icra olunması xahiş olunmuşdur. İş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 3000 manat əsas borc, 421,89 manat faiz borcu, cəmi 3421,89 manat borc və 54,62 manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulsun. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə tələbi dərhal könüllü icra olunması xahiş olunmuşdur. İş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 3665,79 manat əsas borc, 21,1 faiz borcu, cəmi 3686,9 manat borc və 56,87 manat ödənilmiş dövlət rüsumu əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə tələbi dərhal könüllü icra olunması xahiş olunmuşdur. İş materiallarında olan Şəxs xx.xx.2026-cı il tarixli izahatından görünür ki, işsiz olduğu üçün icra sənədində göstərilən tələbi bu günədək tam şəkildə icra etməmişdir. Borcunu işləyəndə ödəyəcək. Məhkəmə iclasında protokolu tərtib etmiş icra məmurunun, Şəxs izahatlarından və iş materiallarından məlum olmuşdur ki, borclu tərəfindən hər üç icra sənədləri üzrə hər hansı məbləğdə ödənişlər edilməmişdir. Məhkəmə qeyd edir ki, icra məmuru icra sənədlərinin icrası məqsədilə borcluya “icraata başlamaq haqqında” qərarı və “tələbin könüllü icrası haqqında” bildirişi onun ünvanına göndərməmiş, protokol tərtib etdiyi gün həmin sənədlərlə borclunu məlumatlandırmışdır. İcra məmuru tərəfindən iş materiallarına “SMS bildirişin göndərilməsi barədə” çıxarış əlavə olunsa da, borclunun məhkəmə iclasında verdiyi izahata əsasən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə sms bildirişin göndərilmədiyi müəyyən olunmuşdur. Həmçinin, göndərilən sms bildirişlərinin növü icraata başlamaq və könüllü icra müddəti barədə olsa da, sms bildirişin mətni şəxs barəsində icra sənədləri barədə məlumat verilməsindən ibarətdir. Məhkəmə hesab edir ki, hər bir halda həmin sms bildiriş icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin borcluya təqdim edilməsi hesab edilə bilməz. Bununla da, icra sənədlərindən məlumatı olmayan, tələbin könüllü icra müddəti ilə təmin olunmayan borclu barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsi onun hüquqlarının pozulması ilə nəticələnmişdir. Məhkəmə işin hallarına uyğun olaraq nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri mövcud deyil. Buna görə də borclu barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icrata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda-inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48-50, 53, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xətanın tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(5-155)-474/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-474/2026
20.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver