Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(5-155)-494/2026 23.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Tural İsayevin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Tural İsayev tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5067/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 5272 manat borcu üzrsüz səbəbdən ödəmir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Tural İsayev bildirmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 5200 (beş min iki yüz) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməli, iddiaçı Zərərçəkmiş şəxs faktiki istifadəsində olan 1994-cü il buraxılışlı, mühərrik nömrəsi **********4988, BAN №-si WDB1240221J068782, Mercedes Benz E-220 markalı **-CY-*** dövlət qeydiyyat nişanlı minik avtomobili cavabdeh Şəxs geri qaytarılmalıdır. Dövlət rüsumuna görə ödənilmiş vəsaitdən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti cavabdeh Şəxs alınaraq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Borclu xx.xx.2026-cı il tarixində bildirişlə tanış olub və icra sənədinin könüllü şəkildə icra edilməsi üçün müddət müəyyən edilib. Borclu məhkəmə qərarını mübahisələndirməmiş və hissə-hissə ödənilməsi ilə bağlı müraciət etməmişdir. Borcluya dəfələrlə borcunu ödəməsi üçün xəbərdarlıq edilmişdir. Sonuncu dəfə 2 həftə əvvəl borclu onunla əlaqə saxlamış, qarşı tərəfin avtomobili gətirib-gətirmədiyini soruşmuş, o da avtomobilin qarşı tərəfdə olduğunu və istənilən vaxt avtomobili təhvil ala biləcəyini bildirmişdir. 16 fevral tarixində borclu avtomobilin gətirilməyini, bankdan kredit götürüb pulu verəcəyini bildirmişdir. Buna görə də o, qarşı tərəflə əlaqə saxlamış, avtomobil İcra İdarəsinə təhvil verilmişdir. Lakin Tərlan onları bir neçə saat gözlətmiş, daha sonra zəng edərək pulu əldə edə bilmədiyini, sabah ödəyə biləcəyini bildirmişdir. Tərlanın 3-4 gün ərzində pulu ödəyəcəyini düşünərək avtomobili evakuator vasitəsilə tələbkarın olduğu Zərdab rayonuna qaytarmamışdır. Hazırda avtomobil dayanacağa verilib. Tələbkar Zərdab rayonundan məhkəmə iclasına gələ bilməmiş, lakin avtomobili pulu aldıqdan sonra təhvil almalı olduğunu bildirmiş və pulunun ödənilmədiyi təqdirdə avtomobili qarşı tərəfə verməmələrini xahiş etmişdir. Tərlan İcra İdarəsinə gəlmiş, izahatı alınmış və izahatında bildirmişdir ki, pulu yoxdur, avtomobili satdıqdan sonra ödəniş edə bilər, həmçinin məhkəmə qərarından narazıdır. Onlar avtomobilin satılmasına da şərait yaratmışdır. Müştəri cəlb edilib müəyyən qədər depozit məbləğində ödənişə də razıdırlar, qalan ödənişi isə borclu və müştəri arasında öz aralarında razılığa gələ bilərlər. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, Tərlanı 4 saat gözləmiş, lakin o, avtomobili təhvil almaq üçün gəlməmişdir. Avtomobili təhvil vermək səlahiyyəti yoxdur. Həmçinin avtomobil kosmetik cəhətdən əvvəlkindən yaxşı vəziyyətdədir. Protokolun təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, birdən-birə icra məmuru ona zəng edərək İcra İdarəsinə çağırmışdır. O, sonuncu məhkəmə iclasında iştirak etməyib və heç nədən xəbəri olmamışdır. Həmçinin, ona heç kəs məhkəmə qətnaməsini izah etməmişdir. Avtomobil hələ ona təhvil verilməyib, sonuncu dəfə 1 il əvvəl avtomobili görüb, indiki vəziyyətininn nə yerdə olduğunu bilmir. Banklar da ona borc vemir və hazırda ödəniş etməyə imkanı yoxdur. Avtomobili satdıqdan sonra borcunu ödəyə bilər. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, avtomobil ona baş etibarnamə ilə məxsusdur və satdıqdan sonra pulu ona qalacaq. Məhkəmədən ona 15 gün vaxt verilməsini xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 5200 (beş min iki yüz) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilsin, iddiaçı Zərərçəkmiş şəxs faktiki istifadəsində olan 1994-cü il buraxılışlı, mühərrik nömrəsi **********4988, BAN №-si WDB1240221J068782, Mercedes Benz E-220 markalı **-CY-*** dövlət qeydiyyat nişanlı minik avtomobili cavabdeh Şəxs geri qaytarılmalı, dövlət rüsumuna görə ödənilmiş vəsaitdən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti cavabdeh Şəxs alınaraq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2026-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2026-cı il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, xx.xx.2026-ci il tarixli icra sənədi üzrə tələbi 5 gün müddətində icra olunması xahiş olunmuşdur. Bildirişin surəti ona xx.xx.2026-cı il tarixində təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli avtomobilin təhvil verilməsi barədə aktdan görünür ki, Zərərçəkmiş şəxs faktiki istifadəsində olan 1994-cü il buraxılışlı, mühərrik nömrəsi **********4988, BAN №-si WDB1240221J068782, Mercedes Benz E-220 markalı **-CY-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Sumqayıt şəhəri üzrə İcra İdarəsinin həyətinə gətirildi. Avtomobilin qeydiyyat şəhadətnaməsi və avtomobili işə salan 1ədəd açar təhvil verildi. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2026-cı il tarixli ərizəsindən görünür ki, ona ödənilməli olan 5272 manat pulun Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş edir. İş materiallarında olan Şəxs izahatından görünür ki, imkanı olmadığı üçün icra sənədi üzrə tələbi tam şəkildə icra etməmişdir. İndiyədək heç bir ödəniş etməmişdir. Avtomobilini satanda borcundan ödəniş edəcək. İş materiallarında olan “Elektron İcra İnformasiya Sistemindən” əldə edilmiş çıxarışa əsasən Şəxs vətən müharibəsi iştirakçılığına görə 80 manat pensiya alır. Məhkəmə nəticəyə aşağıda qeyd olunanlara əsasən gəlir: İcra məmurunun və barəsində icraat aparılan şəxsin izahatlarına, iş materiallarına əsasən “Mersedes E220” markalı **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin tələbkar X1 tərəfindən icra məmuruna təhvil verilməsi, borclu Şəxs tərəfindən 5272 manat borcun ödənilməməsi işin mübahisəsiz hallarıdır. İcra haqqında Azərbaycan Respublikasının Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Qanunun müvafiq maddəsinə əsasən icra sənədi üzrsüz səbəbdən icra olunmadığı təqdirdə borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilə bilər. “Üzrsüz” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən edə bilər. İşin hallarına görə icra məmuru tələbkarın 5200 manatı ödənilmədən əvvəl avtomobili borcluya təhvil verməməsi barədə xahişini və avtomobil geri qaytarıldıqdan sonra pul məbləğinin ödənilməyəcəyi ehtimalını nəzərə alaraq avtomobili icra idarəsinin dayanacağında saxlamış və borcluyə geri qaytarmamışdır. Hazırda borclu maddi vəziyyəti ilə əlaqədar ona geri qaytarılmalı olan nəqliyyat vasitəsini sataraq həmin məbləği ödəyəcəyini bildirir. xx.xx.2025-ci il tarixli 2(060)-5067/2025 nömrəli icra sənədində avtomobilin geri qaytarılması 5272 manat məbləğin ödənilməsi ilə şərtləndirilməmişdir. Bu səbəbdən icra məmurunun tələbkarın xahişini, borcun ödənilməyəcəyi ehtimalını nəzərə alaraq avtomobili borcluya təhvil verməməsi, dayanacaqda saxlanılması qanunauyğun deyil. Borclu tərəfindən müdafiəsi üçün irəli sürülən dəlillər isə əsaslıdır. Borclunun sərəncamında olan avtomobilin satılaraq icra sənədinin icra edilməsi mümkündür. İcra məmurunun avtomobili satmaq üçün borcluya şərait yaratmasına münasibətdə məhkəmə qeyd edir ki, yaradılan şəraitdə, yəni icra idarəsinin dayanacağında saxlanılan avtomobilin, icra məmurunun iştirakı ilə qısa müddətdə hər hansı müştəriyə satılması ağlabatan görünmür. Məhkəmə işin hallarına uyğun olaraq nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri mövcud deyil. İcra sənədinin könüllü icra edilmədiyi təqdirdə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi müstəsna tədbir olaraq mümkün icra hərəkətləri tükəndikdən sonra həyata keçirilməlidir. Buna görə də borclu barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icrata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda-inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48-50, 53, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xətanın tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(5-155)-494/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(5-155)-494/2026
23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver