Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(5-155)-505/2026 23.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru, polis serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2006-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3cü maddəsi ilə tərtib edilmiş 12 avqust 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs xx.xx.2025-ci il tarixində Sumqayıt şəhəri, Sülh küçəsi ilə Nəriman küçələrinin kəsişməsində “Hyundai Tucson minik” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə avtoxuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru, polis serjantı X2 tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, qeyd olunan tarixdə axşam saatlarında PPX əməkdaşları efir vasitəsi ilə onları Sülh küçəsi ilə Nəriman küçələrinin kəsişməsinə çağırmış, yaxınlaşan zaman şəxsin nəqliyyat vasitəsi ilə avtoxuliqanlıq etdiyini bildirmişlər. Raporta əsasən nəqliyyat vasitəsini duracağa gətirmişlər. Hadisədən uzun müddət keçdiyi üçün videogörüntülər silinmişdir. Şəxsi onlar deyil, PPX əməkdaşları saxladığı üçün onların kamerasında hadisə qeydə alınmamışdır. Qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, dostu ilə birlikdə avtomobillə Sülh küçəsindən Nərimanov küçəsinə hərəkətdə olan zaman PPX əməkdaşları yaxınlaşaraq onların avtoxuliqanlıq etdiyini bildirmiş və oraya YPX əməkdaşlarını çağırmışlar. YPX əməkdaşları da nəqliyyat vasitəsini duracağa təmin etmişlər. Onlar avtoxuliqanlıq hərəkətləri etməmişdir. Videogörüntü istəyən zaman verəcəklərini demişlər, lakin verilməmişdir. Məhkəmədən tərtib olunmuş protokolun ləğv edilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında materialın Azərbaycan Respublikası İXM-in 106-cı maddəsinə müvafiq olaraq baxılması üçün hazırlanması zamanı müəyyən etmişdir ki, işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmamış, inzibati xəta haqqında materiallar natamamdır və işə baxılarkən tamamlamaq mümkün deyil. Belə ki, Sumqayıt ŞPİ-nin DYPŞ tərəfindən aparılan araşdırma zamanı iddia edilən hadisənin baş verdiyi yerdə olan video görüntülər əldə edilməmiş və həmçinin natamam sübutlar əsasında inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Göstərilən səbəbdən də məhkəmə hesab edir ki, iş üzrə yekun nəticəyə gəlinməsi üçün yetərli sübutlar toplanmamış və materiallara əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-in 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxılmağa hazırlanması zamanı işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmaması məsələsini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsi ilə Sumqayıt ŞPİ-nin X4 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə Sumqayıt ŞPİ-nin X4 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Elşad Əliyev
Məhkəmə qərarları › İş №3(5-155)-505/2026
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(5-155)-505/2026
23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver